Tacikistanda vətəndaş müharibəsi — Vikipediya

Tacikistan Vətəndaş Müharibəsi
Paytaxt Düşənbədəki Şahidon Meydanında baş verən etiraz aksiyaları (3 May 1992)
Paytaxt Düşənbədəki Şahidon Meydanında baş verən etiraz aksiyaları (3 May 1992)
Tarix 5 May 1992 27 İyun 1997
Yeri Tacikistan
Nəticəsi Sülh müqaviləsi imzalandı.
Münaqişə tərəfləri
 Tacikistan Birləşmiş Tacikistan Müxalifəti

Tacikistan İslam İntibah Partiyası
Cəmiyyəti İslami
Komandan(lar)
Emomali Rahmon Sayed Abdullah Nuri
Tərəflərin qüvvəsi
Tacikistan:
 2.000-3.000 (1993 təxmini)[3]
 Rusiya:
 3.500 sərhəd birliyi[4]
 Sayı bilinməyən Özbək qüvvələri

16.000 (1992 təxmini)

İtkilər
50.000-100.000 ölü
1,2 milyon insan köç edib

bilinmir

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tacikistan Vətəndaş Müharibəsi may 1992-də Tacikistanın Garm və Dağlıq Bədəxşan Muxtar Vilayətidə bəzi İslamçı təbəqəsinin, Rəhman Nəbiyevin başçılıq etdiyi hökumətə qarşı başlatdığı qiyam nəticəsində ortaya çıxan vətəndaş müharibəsi. Müxalif təbəqə Birləşmiş Tacik Müxalifəti adı altında toplanmış, ÖzbəkistanRusiya isə hərbi olaraq Tacikistan hökumətinə dəstək vermişdi. 27 iyun 1997-də Moskvada imzalanan sülh sazişlə sona çatan müharibədə 50.000–100.000 qədər adamın öldüyü, 1,2 milyon adamın isə miqrasiya etdiyi təxmin edilir.[5][6]

Tacikistanda hökumət qüvvələri ilə keçmiş müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadənin tərəfdarları arasında toqquşmalar 2015-ci ilin sentyabr aylarında da davam etmişdir. Hökumət qüvvələrinin Ramit dərəsində keçirdyi əməliyyat zamanı azı 14 nəfər qiyamçı öldürülüb. Çoxlu sayda silah-sursat müsadirə edən hökumət qüvvələri Nəzərzadənin 31 tərəfdarını da həbs edib. Hücumlara cümə günü prezident tərəfindən vəzifəsindən çıxarılan müdafiə nazirinin keçmiş müavini Əbdühəlim Nəzərzadə rəhbərlik edir. Bu birbaşa dövlət çevrilişinə cəhd kimi qiymətləndirilsə də, Əbdülhəlim Nəzərzadə sosial şəbəkələr vasitəsilə yayımlanan məktubunda dövlət çevrilişinə cəhd etmədiyini və ona qarşı repressiyaların prezident İmoməli Rahmon tərəfindən başladıldığını deyib.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. [[1]] www.eawarn.ru
  2. [2] Tajikistan in the New Central Asia
  3. [3] Arxivləşdirilib 2012-01-21 at the Wayback MachineUppsala conflict data expansion Non-state actor information Codebook
  4. [4] Arxivləşdirilib 2016-03-05 at the Wayback MachineWar or Peace?
  5. [5] Arxivləşdirilib 2016-09-20 at the Wayback MachineCivil Wars of the World: Major Conflicts Since World War II
  6. [6] Arxivləşdirilib 2016-09-20 at the Wayback MachineThe Transformation of Tajikistan: The Sources of Statehood
  7. [7] Tacikistan vətəndaş müharibəsi ərəfəsində