TRT 1 — Vikipediya

TRT 1
Loqonun şəkli
Ölkə Türkiyə
Yayım ərazisi Bütün dünyada
Dil Türk dili
Baş qərargah
Yaranma tarixi 31 yanvar 1968
Sahibi

Türkiye Radyo Televizyon Qurumu (1968-günümüz)

T.C. Baş Nazirlik

(1968-günümüz) (ortaqlıq)
Rəhbərlik İbrahim Şahin
Şüar

Türkiye'nin 1 Numaralı Kanalı (2012)

Biz 1 Aileyiz (2012-günümüz)
Sayt trt1.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

TRT 1 (tam adı: Türkiyə Radio və Televiziyası 1-ci kanalı, türk. Türkiye Radyo ve Televizyonu 1. kanalı) — 31 yanvar 1968-ci ildə qurulan Türkiyənin ilk milli televiziya kanalıdır.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Türkiyə Radio Televiziya Qurumu (TRT) 1961-ci il Konstitusiyasının 121-ci maddəsinə əsasən çıxan 24.12.1963 tarixli və 359 saylı qanunla Türkiyə Respublikasının mülkü olaraq 1 may 1964-cü il tarixində qurulmuşdur. Həmin qanuna əsasən radio-televiziya ilə bağlı bütün hüquqlar TRT-yə məxsusdur. Görülən işlər nəticəsində ilk test yayımını 31 yanvar 1968-ci il tarixində axşam saatlarında Ankaradan həyata keçirmişdir. Daha sonra 1970-ci ildə İzmir, 1971-ci ildə isə İstanbul studiyaları istifadəyə verilmişdir. İlk qardaş kanalı "TV 2" açılana kimi (daha sonrakı adları "TRT 2" və "TRT Haber" olmuşdur) "TRT 1" sadəcə "TRT" adlanırdı. Adında proqramın, ya da xəbərin hazırlandığı vilayətin adı da olmuşdu. 6 oktyabr 1986-cı ildə "TV 2"nin yayıma başlamasına görə adı "TV 1" olmuşdu. İnkişaf edən yayım texnologiyası ilə birlikdə 1982-ci ildə qismən, 1984-cü ildə isə tam rəngli yayıma keçmişdir. 1982-ci ildə "Eurovision" bağlantı mərkəzi istifadəyə verilmişdir. "TV 1" olan adı 1993-cü ildə "TRT 1" olaraq dəyişdirilmişdir. Loqosu 2001 və 2009-cu illərdə böyük miqyasda dəyişən TRT 1 sonuncu dəfə 19 may 2012-ci il tarixində loqosunu, introlarını və görüntü ölçüsünü dəyişərək 16:9 (geniş ekran) formatlı yayıma keçmişdir. Həmin gündə "HD" keyfiyyətində yayımlanan "TRT 1 HD" kanalı açılmışdı.

Loqoları[redaktə | mənbəni redaktə et]

Xəbər aparıcıları[redaktə | mənbəni redaktə et]

  • Zafer Cilasun, Jülide Gülizar və İdil Öztamer (1968–1976)
  • Alev Sezer, Jülide Gülizar, İdil Öztamer və Mesut Mertcan (1976–1980)
  • Mesut Mertcan, Jülide Gülizar və İdil Öztamer (1980–1982)
  • Mesut Mertcan və İdil Öztamer (1982–1985)
  • Gülgün Feyman, Mesut Mertcan və İdil Öztamer (1986)
  • Gülgün Feyman, Mesut Mertcan, İdil Öztamer və Orhan Ertanhan (1986–1989)
  • Gülgün Feyman və Orhan Ertanhan (1989–1990)
  • Orhan Ertanhan (1990–1993)
  • Reha Muhtar (1993)
  • Nermin Tuğuşlu (1993–1994)
  • Reha Muhtar (1994–1995)
  • Mehmet Alkaş (1995–2006)
  • Fulin Arıkan (2006–2009)
  • Anda Ayva Özmen (2010–2011)
  • Seval Çöpür (2011-günümüz)

Günümüzdə yayımladığı serialları[redaktə | mənbəni redaktə et]

  • 2024: Aziz Mahmud Hüdayi: Aşkın Yolculuğu (Ramazan ayı boyunca)
  • 2023-: Kudüs Fatihi Selahaddin Eyyubi (Bazar Ertəsi 21:00)
  • 2024-: Mehmed: Fetihler Sultanı (İlk Bölüm - Çərşənbə Axşamı 21:00)
  • 2024-: Bir Sevdadır (Çərşənbə 21:00)
  • 2024-: Kül Masalı (Cümə Axşamı 21:00)
  • 2024-: Kara Ağaç Destanı (İlk Bölüm - Cümə 21:00)
  • 2020-: Gönül Dağı (Şənbə 21:00)
  • 2023-: Kod Adı: Kırlangıç (Bazar 17:15)
  • 2021-: Teşkilat (Bazar 21:00)

Qardaş kanallar[redaktə | mənbəni redaktə et]

Keçidlər[redaktə | mənbəni redaktə et]