Tərtər Elektromexanika Zavodu — Vikipediya

Tərtər Elektromexanika Zavodu
Ümumi məlumatlar
Təsis tarixi 1976
Baş qərargahın yeri Tərtər, Azərbaycan

Tərtər Elektromexanika ZavoduAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Tarixi[redaktə | mənbəni redaktə et]

Tərtər Elektromexanika Zavodu (TEMZ) Azərbaycan SSR Nazirlər Sovetinin 246 nömrəli 03 avqust 1976-cı il tarixli Sərəncamına əsasən "Azərsutikinti" Baş idarəsinin Tərtər rayonu ərazisində yerləşən obyektlərinin bazasında yaradılmışdır.

1977-ci ildən zavod SSRİ Radio Sənayesi Nazirliyinin tərkibində olan və Moskva şəhərində yerləşən Lionozovo Elektromexanika zavodunun Tərtər (Mirbəşir) filialı olmuşdur.

Zavod ilk fəaliyyətini 1977-ci ildə mühərrikli qayıqlar üçün "Taxometr-spidometr" məhsulunun istehsalı ilə başlamışdır.

1993-cü ildən zavod DXMKK-nin tərkibində olmuş, 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Müəssisə haqqında". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]