Tərbiyəçi (film, 1971) — Vikipediya

Tərbiyəçi
Janr bioqrafik
Rejissor Kamil Mirzəyev
Ssenari müəllifləri Sofya Yaqubova
V.Volkova
Operator Kamil Mirzəyev
İstehsalçı "Peşətexfilm" Studiyası
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1971
Texniki məlumatlar 1 hissə
120 metr
16 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

Film-portret Bakıdakı 3 saylı poliqrafiya peşə-texniki məktəbin direktoru Sofya Yaqubova haqqında danışır. Filmdə vaxtilə S.Yaqubovanın bu məktəbi bitirməsi, istehsalat təhsili ustası işləməsi, sonra uzun illər həmin məktəbin direktoru olması göstərilir.

"Gənc fəhlə" jurnalı ilk dəfə bu məktəbdə nəşr olunmuşdur. Məktəbin məzunları bir çox mətbəələrdə, o cümlədən "Kommunist" nəşriyyatında, "Qırmızı Oktyabr" mətbəəsində işləyirlər. Elə məktəbin özündə çalışan təhsil ustaları da bu təhsil ocağının məzunlarıdır.

Filmdə S.Yaqubovanın ailəsi də göstərilmişdir. O, məşhur pambıqçı, iş başında faciəli şəkildə həlak olmuş Sevil Qazıyevanın bu məktəbə necə daxil olması barədə xatirəsini danışır.

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1) 1976-cı ildə Bakıda Beynəlxalq Qadınlar gününə həsr olunmuş Respublika həvəskarlar filmləri müsabiqəsi
  • Film I dərəcəli Diploma və Fəxri Fərmana layiq görülmüşdür.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Kamil Mirzəyev
Ssenari müəllifi: Sofya Yaqubova, V.Volkova
Operator: Kamil Mirzəyev
Səs operatoru: Vladimir Savin