Tərəzi (astrologiya) — Vikipediya

Tərəzi
← Qız[d]
Əqrəb →
İşarə [d]
Unicode simvolu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Tərəzi

Tərəzi bürcünün simvolu (lat. Libra)

TərəziAstrologiya ya görə yeddinci Zodiak nişanı. Yaz gün bərabərliyi nöqtəsi indən başlayaraq Ekliptika nın 180°-dan 210°-dək uyğun gələn sektoru. Tərəzi bürcünün hamisi Venera planeti hesab edilir.

Qərb astrologiya sına görə hesab edilir ki, Günəş Tərəzi bürcündə 24 sentyabr dan 22 oktyabr dək yerləşir. Vedi astrologiya sına görə isə o orada 16 oktyabr dan 15 noyabr dək yerləşir.

Tərəzi bürcü astronomiyadakı Tərəzi bürcü deyil. Orada Günəş 31 oktyabr dan 22 noyabr dək olur.

Bağlı olduğu keyfiyyətlər: hava. Metalı: bürünc. Rəngi – bənövşəyi

Digər əlamətləri :

  • Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək.
  • Müsbət xüsusiyyətləri –özünə güvənir, suyuşirin, zərif, gözəl zövqlü, qəlbiaçıq, nəzakətli və səbirlidir.
  • Mənfi xüsusiyyətləri –nəyəsə üstünlük verməkdə əziyyət çəkir, tənhalığa tab gətirə bilmir, öyüd-nəsihət verməyi sevir, əfval-ruhiyyəsi gözlənilmədən dəyişir.

Bürc altında doğulanların xüsusiyyətləri haqqında[redaktə | mənbəni redaktə et]

Bu Zodiak işarəsi zəif və incə bədənləri, hiyləgər və qalın sifətləri, düz burunları, mavi, bəzən də qara-qonur gözləri, kəhrəba və ya şabalıdı saçları ilə digər bürclərdən seçilirlər.

Tərəzi bürcündən olanlar təzadlı xarakterə malik olduqları üçün onları anlamaq çətinlik yaradır. Orta əsrlərdə belələrini "ən etibarsız adam" adlandıran Fransız münəccimləri onlara tapşırıq və ya sirr verməkdən ehtiyat edirdilər. Lakin həmin dövr əsrlərin arxasında qaldığı üçün, biz bu bürcə müasir nəzərlərlə baxmağa çalışacağıq. "Tərəzi"lər nadir hallarda özlərindən çıxır və demək olar ki, əsəbiləşərkən ümumiyyətlə, hay-küy, dava-dalaş qaldırmırlar. Amma adi bir sözlə münaqişə yaratmaqda da qabiliyyətlidirlər. Onlar hər şeydə sərbəstliyi sevir, başqalarının təklif və məsləhətlərini qulaqardına vururlar. Buna baxmayaraq əgər onlar bu üsulu başqaları üzərində tətbiq etsələr, ömürləri boyu təhlükəli məqamlar yaşayırlar.

"Tərəzi"lər 25 yaşdan sonra böyük iddialarla yaşayır, az qala hamını özlərinə xidmət etməyə çağırırlar. Həmin ərəfədə onlara "yox" deyənlər asanlıqla düşmənə çevrilirlər. İnadkarlıq etdikdə onların öhdəsindən gəlmək çox çətin olur.

Məhəbbət sahəsində "Tərəzi"lər[redaktə | mənbəni redaktə et]

Məhəbbət sahəsində "Tərəzi"lər etika qaydalara əməl etməyi unutmur. Onlar hər şeyi sakit, konfliktsiz həll etməyi xoşlayırlar. Bu Zodiak işarəsi öz tərəf-müqabillərində ciddiliyi üstün tuturlar. Əvvəlcə onunla dostluq münasibətləri saxlayır, planetlər öz yerlərini dəyişəndə isə bu dostluq gözlənilmədən məhəbbətə çevrilir. Bu adamlarla əlaqələrinizin uzun müddət davam etməsini, möhkəm olmasını istəyirsinizsə, baxışlarınız mütləq üst-üstə düşməlidir. Yoxsa "Tərəzi"lərlə sizinki tutmayacaq.

Bu adamlar məhəbbət magiyasının ən gözəl biliciləridir və bundan məharətlə istifadə edirlər. Lakin başqalarının məhəbbət oyunları üçün onlar praktiki olaraq sarsılmazdır. Tərəzi bürclülər tez-tez şər qüvvələrin hücumuna məruz qalırlar. Onlara müxtəlif dini ayin və mərasimlərdə iştirak etmək məsləhət görülmür. Əks təqdirdə böyük fəlakət və xəstəliklərlə üzləşə bilərlər. Başqa bürclərə təhlükə törədə bilən şeylər "Tərəzi"lərə böyük uğurlar gətirə bilər. Məsələn, opal daşı onlara çox faydalıdır. Əgər istəsələr, belələri fövqəltəbii sirlərə malik olar, xüsusən də müalicə sahəsində böyük uğurlar qazanarlar. Maraqlı orasıdır ki, Tərəzi bürcünə aid insanların əksəriyyəti fövqəltəbii elmlərlə məşğul olurlar.

Karmik astrologiyada[redaktə | mənbəni redaktə et]

Karmik astrologiyaya görə, "Tərəzi" ali sintezi təcəssüm etdirir. Onların əsas problemi — insan həyatının müxtəlif sferalarını əhatə edən harmoniya axtarışıdır. Bu adamlar vəziyyəti tez başa düşməyi, reallığa uyğunlaşmağı və tanış olmayanlara ümumi qiymət verməyi bacarırlar. "Tərəzi"lər üçün informasiyanın ünvanı və mənbəyi maraqsızdır. Çünki onlar intellektual, aktiv və məntiqli bir fərddir. Buna baxmayaraq, heç bir halda emosional deyillər, soyuqluğu belə açıq-aşkar nümayiş etdirirlər. Onların daxilən can atdığı şey — hər zaman ədalətli hakim yerini tumaqdır ki, bu hakim də öz nöbəsində məsələyə hərtərəfli yanaşaraq ədalətli qərar çıxarır. Ali-Tərəzi həyata bir neçə prizmadan yanaşır. O, tez-tez qəti qərar qəbul etməkdə, müəyyən qədər şüurlu qəddarlıq göstərməkdə çətinlik çəkir, həmişə müxalifinin nəzərləri ilə ətrafa baxa bilir. Ümumiyyətlə, "Tərəzi" istənilən şeyə istənilən nöqtədən baxmağı bacarır. Bu şəxslər istənilən ideologiyanın üstündə durub onu müdafiə etməyə meyillidirlər, bir şərtlə ki, onun düzgünlüyünə tam əmin olsunlar. Fərdi etikaya malik olduqlarından vəziyyəti nəzərə alırlar. Ali-Tərəzi güman ki, ən məsuliyyətli bürcdür. Onların kosmik sevgisi yaratdıqları və ətrafa bağışladıqları harmoniyada ifadə olunur.

İstər cəmiyyətdə, istərsə də ictimai proseslərdə fəaliyyət göstərən "Tərəzi"lər tez məşhurlaşsalar da, nadir hallarda liderə çevrilirlər. Bu isə onların özlərinə inamsızlıqlarından irəli gəlir. Bu adamlar həmişə kənardan kiminsə kömək edəcəyini düşünürlər. Onların qəlbində daima narahatlıq və nisgil olur ki, bu da ömürlərinin sonuna qədər davam edir. Duyğu və hisslərin qarşılıqlı münasibətlərində "Tərəzi"ləri başa düşmək olduqca çətindir. Bu adamlar öz qabiliyyət və bacarıqlarından heç vaxt razı olmurlar.

Məşhur "Tərəzi"lər[redaktə | mənbəni redaktə et]

Məşhur "Tərəzi"lər: S. S. Axundov, Səmədbəy Mehmandarov, Şövkət Ələkbərova, Cahangir Zülfüqarov, Azad Mirzəcanzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Əminə Yusifqızı, Nüsrət Kəsəmənli, Hamlet Qurbanov, Hüseyn Seyidzadə, Həsən Həsənov, Eldar Həsənov, Rövşən Cavadov, Cavan Zeynallı, Zülfiyyə Xanbabayeva və b. George Gershwin (26 sentyabr 1898)

  • Rita Haywort
  • Franz Liszt (22 oktyabr 1811)
  • Bob Geldolf (5 oktyabr 1951)
  • Friedrich Nietzche (15 oktyabr 1844)
  • Oscar Wilde (15 oktyabr 1856)
  • Olivia Newton John (26 sentyabr 1948)
  • Catherine Deneuve (22 oktyabr 1943)
  • Christoper Reeve (25 sentyabr 1949)
  • Susan Sarandon (4 oktyabr 1946)
  • Le Courbusie (6 oktyabr 1887)
  • Sting (2 oktyabr 1951)
  • Michael Douglas (25 sentyabr 1944)
  • Bruce Springsteen (23 sentyabr 1949)
  • Catherina Zeta Jones (25 sentyabr 1969)
  • Margaret Thatcher (13 oktyabr 1925)
  • Luciano Pavarotti (12 oktyabr 1935)
  • Sigourney Weaver (8 oktyabr 1949)
  • Jean Claude Van Damme (18 oktyabr 1960)
  • Tarkan
  • Levent Yüksel
  • Ebru Gündeş
  • Turgut Ozal