Tələt Şıxəliyev — Vikipediya

Tələt Şıxəliyev
Doğum tarixi
Doğum yeri Digah, Lənkəran qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1982

Tələt Ağalar oğlu Şıxəliyev (1 yanvar 1928[1], Digah, Lənkəran qəzası1 iyul 1987[1], Bakı) — Azərbaycan SSR əməkdar rəssamı (1982).

Həyatı[redaktə | mənbəni redaktə et]

Şıxəliyev Tələt Ağalar oğlu 1 may 1928-ci ildə hazırkı Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, Talışxanovlar nəslinin nümayəndəsidir. 1951-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, daha sonra isə təhsilini 1961-ci ildə bitirdiyi Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir.

1962-ci ildən artıq əsərləri respublika və xarici sərgilərdə nümayiş olunan Tələt Şıxəliyev "Abşeron məktəbi" kimi tanınan istedadlı gənc rəssamlardan ibarət "Abşeron qrupu"nun ən istedadlı üzvlərindən birinə çevrilmişdi.[2]

Rəssam 1987-ci ildə, 59 yaşında vəfat etmişdir. T.Şıxəliyev qısa, lakin olduqca məhsuldar yaradıcılıq yolu keçmişdir..[2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İlk fərdi sərgisi 1976-ci ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir. Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdi.[3]

Yaradıclığında daha çox portret janrına müraciət edən rəssamın hər bir obrazı fərdi xüsusiyyəti, həyata baxışı, əhval-ruhiyyəsi ilə seçilir. Bu baxımdan O. Babiçevanın portreti, M. Bayraməlibəyovanın portreti, "Ailə" və s. əsərləri onun yaradıcılığı üçün xarekterikdir.[2]

Uşaq mövzusu rəsssamın yaradıcılığında xüsusi yer tutur. "Oğlumun portreti", "Gənc rəssam", "Qızım yatarkən", "Uşaq və pişik" kimi tabloları uşaq psixologiyasını, onların nağıl dünyasını, istək və arzularını rənglərin sehirli dili ilə açmağa çalışan həssas rəssam qəlbinin ifadəsidir.[2]

Əsərləri respublika və bir çox xarici ölkə muzey və qalereyaların fondunda, şəxsi kolleksiyalarda yer almışdır.[2]

Mükafatları[redaktə | mənbəni redaktə et]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Güzgü ilə qız" (1968)
  • "Xoruz ilə oğlan" (1975)
  • "Oğlumun portreti" (1976)
  • "Analıq" (1976)
  • "Həkimin qəbulunda" (1978)
  • Yelləncəkdə (1978)
  • "Gül ilə qız" (1980)
  • "Şeydanın portreti" (1984)
  • "Molla Nəsrəddinin Lətifələri" (1986)
  • "Tütək çalan oğlan" (1986)
  • "Avtoportret" (1974; 1985)
  • "Qız qalası" (1971)
  • "Yol" (1958)
  • "Roza" (1969)
  • "Natürmort" (1970)
  • "Portret" (1971)
  • "Brijatyuk" (1972)
  • "Kəlin kəlləsi" (1973)
  • "Qadın portreti" (1973)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://elib.tomsk.ru/elib/data/2018/2018-1107/10084.jpg.
  2. 1 2 3 4 5 citylife.az
  3. "azculture.az". 2020-06-25 tarixində orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2021-12-25.
  4. "Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekаbr 1982-ci il tarixli Fərmanı" (PDF). Azərbaycan Milli Kitabxanası. 16 yanvar 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 fevral 2020.