Təfsir Quliyev — Vikipediya

Təfsir Quliyev
Təfsir Quliyev.png
Şəxsi məlumatlar
Doğum tarixi 1932
Doğum yeri
Partiya
Təhsili

Təfsir Ağakərim oğlu Quliyev (1932, Əhmədli) — Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi (1975–1982).

Həyatı[redaktə | mənbəni redaktə et]

Təfsir Ağakərim oğlu Quliyev 1932-cü ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində doğulub. 1950-ci ildə 63 saylı orta məktəbi bitirmiş, 1951–1954-ci illərdə Sovet ordusunda xidmət etmiş, 1963–1968 illərdə Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan SSR Ali Sovetinin X çağırışı deputatı (1980–1984), Səhiyyə və sosial təminat komissiyasının üzvü, 1975–1982-ci illərdə Azərbaycan KP Dəvəçi rayon partiya komitəsinin birinci katibi olmuşdur.[1]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

  • 2 dəfə Qırmızı Əmək Bayrağı ordeni
  • Ali Sovetin Fəxri Fərmanı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Qurban Əlizadə,"Metrolu Kənd"