Tədqiq — Vikipediya

Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat.

Məsələn, a) elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq;
              b) bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək.

Tədqiqat metodu[redaktə | mənbəni redaktə et]

Tədqiqat metodları aşağıdakılardır:

  • yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu;
  • elmi faktların əldə edilməsi vasitəsi;
  • məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu.


Tədqiqat mövzusu[redaktə | mənbəni redaktə et]

Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey.


Tədqiqat obyekti[redaktə | mənbəni redaktə et]

Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə.


Tədqiqatçı[redaktə | mənbəni redaktə et]

Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim.


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.