Türkiyə xalq musiqisi — Vikipediya

Bir məkanda məskunlaşmış insanlar tərəfindən yaradılan, sevərək oxunan və çalınan, o yerin insanlarının ümumi yaradıcılığı olan və ağızdan-ağıza ötürülərək yaşadılıb günümüzə qədər çatdırılan musiqilərdir. Bu musiqilər yerli mədəniyyətlərin izlərini daşıyır və yaradıcılarının adlarının çoxü məlum deyil.

Ölkə xalq musiqisini, tarixin qədim zamanlarından bu günə qədər Anadolu və Rumelidə mövcud olmuş bütün mədəniyyətləri, onlara məxsus dəyərləri bir yerə cəmləşdirən və bölgələrə görə mədəni fərqləri özündə ehtiva edən, son nəticədə zəngin və müxtəlif növ musiqilərə görə bütün dünyada müsbət qiymətləndirilir.

Xalq musiqisi, onun yayıldığı bölgə baxımından müxtəlif çeşidliliyi və fərqliliyi, ümumi sinifləşdirmə baxımından İstanbul və Rumeli, Ege, Orta Anadolu, Şərqi Anadolu, Qaradəniz, Ağdəniz daxil olmaqla 7 bölgə daxilində cəmləşdirilərək analiz edilə bilər. Bununla yanaşı eyni bölgədə yerləşən kənd, mərkəz və ya bu tipli yerlər arasında ciddi fərqlərin meydana çıxa biləcəyi də diqqqətdən qaçırılmamalıdır.