Türkiyə Dövlət Dəmir Yolları — Vikipediya

“Türkiyə Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Tcdd logo.png
Rail transport map of Turkey.png
Ölkə: Türkiyə Türkiyə
Tipi: Qapalı Səhmdar Cəmiyyəti
Qərargahı: Ankara
Təsis etmə tarixi: 1924
Uzunluq: 12,532km (2021)
Genişliyi: 1,435 mm
Voltaj: 3 kV (3 000 V) DC
Veb-saytı: Türkiyə Dövlət Dəmir Yollarının Rəsmi Saytı

Türkiyə Dövlət Dəmir Yolları (türk. Türkiye Cumhuriyeti Devlet Demiryolları) (TCDD) — Baş qərargahı Ankarada yerləşir. Türkiyədə dövlətə məxsus bir milli dəmiryol operatorudur. Türkiyə Dövlət Dəmir Yolları 1 İyun 1927-də qurulmuşdur. Türkiyə hökuməti Osmanlı İmperatorluğunun dağılmasından sonra ortaya çıxan Türkiyə Cümhuriyyəti sərhədləri daxilində mövcud olan dəmir yolu xətlərinin idarə edilməsini öz üzərinə götürür və eyni zamanda ölkədə yeni dəmir yolu xətlərinin inşasına başlayır[1].

2008-ci ildə 10,991 km dəmir yolu xəttinə sahib idi və bu onu dünyanın ən böyük dəmir yolu sistemlərinin sıralamasında 22-ci yerdə yerləşdirirdi. 2009-cu ildə Türkiyə Dövlət Dəmir Yolları 17,105,353 ton yük və 7,118,699 sərnişin daşıyaraq dünyanın 33-cü ən böyük sərnişin dəmir yolu şirkəti olur. 2009-cu il məlumatına görə Türkiyə Dövlət Dəmir Yolları şirkətində 25.593 nəfər işlə təmin edilmişdir.

Türkiyə Dövlət Dəmir Yolları bir sıra digər dəmir yolu və dəmiryol xidmət şirkətlərinin paylarına sahibdir. İzmir şəhərətrafı qatarların dəmir yolu operatoru İZBAN-ın səhmlərinin 50% -nə sahibdir. 1994-cü ildən bəri Türkiyə Dövlət Dəmir Yolları InterRail-in üzvüdür.

Tarix[redaktə | mənbəni redaktə et]

Osmanlı dövrü[redaktə | mənbəni redaktə et]

Türkiyədəki dəmir yollarının tarixi 1856-cı ildə, bir ingilis şirkəti tərəfindən inşa edilən İzmir - Aydın 130 km-lik Osmanlı İmperiyasındakı ilk dəmir yolu xəttinin açılması ilə başlayır. 1856 - 1889 illər arasında Osmanlı İmperiyasındakı yollar əsasən İngilis şirkətləri tərəfindən inşa edilir. Lakin 1889-1918-ci illər arasında Osmanlı İmperiyasındakı bir çox dəmir yolu bu dövlətlər arasındakı siyasi ittifaq sayəsində Alman şirkətləri tərəfindən inşa edilməyə başlanılır.

1856-1922-ci illərdə ümumi uzunluğu 9,919 km olan aşağıdakı xətlər çəkilir: Rumeli - 2,383 km, 1,435 mm

Ruse - Varna, 223 km, 1866-cı ildə bir ingilis şirkəti tərəfindən tamamlanır; Dunay ilə Qara dənizi birləşdirir.

Konya - Bağdad 2.424 km, 1.435 mm.

İzmir - Kasaba 695 km, 1,435 mm.

İzmir - Aydın 610 km, 1,435 mm.

Şam - Həma 498 km, 1.067 mm və 1.435 mm.

Yaffa - Qüds 86 km, 1.435 mm.

Bursa - Mudanya 42 km, 1.067 mm.

Ankara - Yaxsıxan 80 km, 1.067 mm.

Şam - Mədinə 1300 km, 1.067 mm.

Türkiyə Cumhuriyyəti dövrü[redaktə | mənbəni redaktə et]

1923-cü ildə Türkiyə Cümhuriyyəti qurulduqda, onun milli sərhədləri daxilində yalnız 4.000 km dəmir yolu yolu qalır. Türkiyə Cümhuriyyətinə xarici şirkətlərə məxsus olan 2282 km 1435 mm, 70 km 1.067 mm dəmir yolu xəttlərini və 1378 km (1435 mm) hökumət malı miras alır.

Daha sonra Türkiyə Cümhuriyyəti xarici xəttləri milliləşdirir və əsasən ölkənin sənayeləşmə hədəflərinə uyğun olan, 1932-1936-cı illər arasında dəmir və kömür nəql etmək üçün inşa edilən xarici xəttləri tikməyə başlayır.

Türkiyə iqtisadiyyatına təsir edən maliyyə açlığına və Böyük Depressiyaya baxmayaraq, yeni dəmir yolu xətlərinin inşası davam edir. 1923-1950-ci illər arasında inşa edilmiş 3578 km yeni xətlərin böyük əksəriyyəti (3208 km) 1940-cı ildən əvvəl tamamlanmışdır.

Bu dövrdə dəmir yollarının xalq təsərrüfatında geniş istifadəsinə dair bir proqram qəbul edilir. Aşağıdakı hədəflər qoyulur: Potensial istehsal mərkəzləri ilə təbii ehtiyatların birləşdirilməsi.

İstehsal və istehlak mərkəzlərinin dəniz limanları ilə əlaqələndirilməsi, ölkənin kənd yerləri ilə əlaqələrinin genişləndirilməsi.

İqtisadi böyüməni və sosial tərəqqini sürətləndirmək üçün az inkişaf etmiş sahələri ölkənin daha inkişaf etmiş bölgələri ilə əlaqələndirmək.

Milli təhlükəsizliyin gücləndirilməsi.

Bu siyasət sayəsində Kayseri (1927), Sivas (1930), Malatya (1931), Niğdə (1933), Elazığ (1934), Diyarbəkir (1935) və Ərzurum (1939) şəhərləri Türkiyənin dəmir yolu şəbəkəsinə qoşulur.

Bu məqsədlərə iki mərhələdə nail olundu: 1. Maliyyə problemlərinə baxmayaraq xarici şirkətlərə məxsus dəmir yolu xətləri milliləşdirilir.

2. Dəmir yollarının əksəriyyəti Türkiyənin qərb vilayətlərində cəmləşdiyindən, ölkənin mərkəzi və şərq bölgələrini böyük ticarət mərkəzləri və dəniz limanları ilə birləşdirmək tələb olunurdu. Bu dövrdə aşağıdakı xətlər şəkilir:

Ankara - Kayseri - Sivas.

Sivas - Ərzurum.

Samsun - Kalin.

Irmak - Filyos.

Adana - Fevzipaşa - Diyarbəkir.

Sivas - Çetinkaya.

1935-1945-ci illər arasında ölkənin müxtəlif bölgələrindəki mövcud dəmir yolları bir-birinə bağlanılır. Məsələn bu addımlar sayəsində Ankara ilə Diyarbakır arasındakı məsafə 1324 km-dən 1116 km-ə endirilir. 1960-cı ildən sonra maliyyənin böyük hissəsi avtomobil yollarının tikintisinə yönəldilir. Bu siyasət sayəsində 1950 ilə 1980 arasında hər il orta hesabla yalnız 30 km yeni dəmir yolu inşa edilir.

1980-ci illərin ortalarında yeni magistral yolların tikintisi səbəbindən dəmir yolu tikintisinə ayrılan maliyyə kəsilir. Bu zaman təkcə yeni xətlər çəkilmir, köhnələri də sıradan çıxır.

Lakin 2000-ci illərin əvvəllərində yeni irimiqyaslı layihələrə başlanılır. İlk sürətli qatar HT65000 CAF-dan (İspaniya) alınır. Bu qatarlar 260 km/saat sürətə çata bilir. EUROTEM (Cənubi Koreyanın ROTEM şirkəti ilə Türk TÜVASAŞ arasında ortaq bir müəssisə) 2007-ci ildə Türk şəbəkəsi üçün yeni qatarlar istehsal etmək üçün qurulmuşdur. Plan maksimum sürəti müvafiq olaraq 352 km/saat (HSR-350X) və 330 km/saat (KTX-II) olan qatarların inşasıdır.

Digər bir böyük layihə də Marmaray tunelidir. Tunel bosfor boğazının altından keçir. Türkiyənin Avropa və Asiya dəmir yollarını birləşdirir. Tuneldən keçən qatarların hərəkəti 29 oktyabr 2013-cü il tarixində başlanılmışdır[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Türkiyə Dövlət Dəmir Yollarının tarixi". 2017-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-29.
  2. "В Стамбуле открыли туннель под Босфором, связывающий Азию и Европу :: Экономика :: Top.rbc.ru". 2013-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-22.