Tək və cüt ədədlər — Vikipediya

Tək və cüt ədədlər ədədlər nəzəriyyəsində ədədin 2-yə tam və ya qalıqla bölünməsi ilə müəyyən olunur. Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Cüt ədədlər isə 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Tərifdən də göründüyü kimi tək və cüt ədədlər tam ədədlərdir. Ona görə də tək və cüt ədədlər mənfi, sıfır və müsbət ola bilər.

Cüt ədədlər[redaktə | mənbəni redaktə et]

Cüt ədədlər 2-yə qalıqsız bölünən tam ədədlərə deyilir. Cüt ədədlərə nümunə olaraq -6, -2, 0, 8, 12 və s. göstərmək olar. 0 ədədi 2-yə qalıqsız bölündüyündən bu ədəd cütdür.

Tək ədədlər[redaktə | mənbəni redaktə et]

Tək ədədlər 2-yə bölünməyən tam ədədlərə deyilir. Tək ədədlərə nümunə olaraq -9, -3, -1, 1, 5, 7 və s. göstərmək olar.

Tək və cüt ədədlərin xassələri[redaktə | mənbəni redaktə et]

Tək ədədlərdə ardıcıllıq

Tək və cüt ədədlər ardıcıl tam ədədlərdir: -3, -2, -1, 0, 1, 2, 3. Burada 0 cüt ədəd olduğundan ardıcıllıq pozulmur.


Tək və cüt ədədlərin toplanması və çıxılması

Tək ədədi tək ədədlə topladıqda və ya tək ədəddən tək ədədi çıxdıqda cüt ədəd alınır:

Tək + Tək = Cüt

Tək - Tək = Cüt

Cüt ədədi cüt ədədlə topladıqda və ya cüt ədəddən cüt ədədi çıxdıqda cüt ədəd alınır:

Cüt + Cüt = Cüt

Cüt - Cüt = Cüt

Tək ədədlə cüt ədədi topladıqda və ya birindən digərini çıxdıqda tək ədəd alınır:

Tək + Cüt = Tək

Tək - Cüt = Tək

Cüt - Tək = Tək


Tək və cüt ədədlərin vurulması

Cüt ədədi istənilən ədədə vurduqda cüt ədəd alınır:

Cüt × Cüt = Cüt

Cüt × Tək = Cüt

Tək ədədi tək ədədə vurduqda tək ədəd alınır:

Tək × Tək = Tək


Tək və cüt ədədlərin bölünməsinə aid hər hansı qayda mövcud deyil. Çünki, bir ədədi digərinə böldükdə tam olmayan ədəd də alına bilər.