Susayqışlaq (Xaçmaz) — Vikipediya

Susayqışlaq
41°39′30″ şm. e. 48°40′29″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Susayqışlaq xəritədə
Susayqışlaq
Susayqışlaq

SusayqışlaqAzərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi[redaktə | mənbəni redaktə et]

Susayqışlaq kəndi Xaçmaz rayonunun coğrafi şərayitinə görə yüksək məhsuldarlıqlı torpaq sahələri ilə zəngin kənddir. Sovet ittifaqı dövründə kənd ərazizində "Ukrayna" sovxozu adı altında, zəngin kənd təsərrufatı, maldarlıq və bağçılıqla məşğul olan bir neçə kəndi özündə birləşdirən ərazi vahidliyi idi. Kənd Sovetliyi və Sovxoz direktorluğu kənd ərazisində yerləşirdi. Sovxoz ərazi vahidliyinə Maqsud kənd, Şollar, Pərdiqıran kimi kəndləri özündə birləşdirirdi.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kəndin 11 illik orta təhsil məktəbi, uşaq bağçası, tibb məntəqəsi, zəngin kitabxanası var.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd ərazisi əsasən sıx meşə zolaqlar, təbii bulaqlar, çoxlu sayda artezian su quyuları ilə zəngindir. Kənd əlverişli sahədə yerləşir. Kəndin yaxıınlığında Bakı — Yalama şossesi və Bakı-Yalama dəmiryol xətti keçir. Xudat şəhəri ilə 3 km məsafədədir. susay kendinin yasi bilinmeyen qebirsanligi vardir kendin qedim mescidi var Kənd Samur-Dəvəçi ovalığındadır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Susay kəndinin əhalisi min nəfərdirdən artıqdır.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənd əhalisi əsasən bağçılıq, kənd təsərrufatı, əkinçilik ilə məşğuldur. Kənd təsərrufatı mallarının əsasən pomidor, xiyar, soğan, sarmısaq, kartof, qarğıdalı, lobya kimi növləri geniş yayılıb, Giləmeyvələrdən çiyələk, moruq, böyürtkən, qarağat sahələri də bir sıra ərazilərin illik əkin yerlərinə çevrilib, Bağçılıq sahəsini əsasən, fındıq, qoz, alma, armud, gavalı, zoğal, nar, gilas, albalı, üzümçülük təşkil edir. Əkinçilik sahəsinin əsasını buğda və arpa təşkil edir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]