Suraxanı GES — Vikipediya

Suraxanı GES
Suraxanı Günəş Elektrik Stansiyası
Ümumi məlumatlar
Sahəsi 0.6 km²
Sahibi Azalternativenerji Agentliyi
Status İşlək
Tikilmə tarixi 2013
İstismara verilib 22 may, 2014
Əsas xüsusiyyətləri
İllik elektroenerji istehsalı 4 mln. kVt⋅s
Elektrik enerjisi gücü 1,2 MVt
Yerləşməsi
40°25′13″ şm. e. 50°00′17″ ş. u.
Ölkə  Azərbaycan
Rayon
Suraxanı GES xəritədə
Suraxanı GES
Suraxanı GES
Suraxanı GES (Azərbaycan)
Suraxanı GES
link=:Şəkil:
Suraxanı GES

Suraxanı Günəş Elektrik Stansiyası — Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanıda quraşdırdığı və idarə etdiyi günəş elektrik stansiyasıdır. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovatt-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır. Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. İnşasına 2014-cü ilin martından başlanılan stansiya mayın 22-dən test rejimində çalışır. Stansiyanın açılışı iyulun 16-da olub. Yaradılmasında əsasən yerli xammal və avadanlıqdan istifadə olunan stansiyanın layihə gücü 2800 kilovatdır. Stansiyada illik elektrik enerjisi istehsalı 4 milyon kilovatdır. Stansiya layihə gücü ilə tam işləyəndə il ərzində 1,5 milyon kubmetr qaza qənaət olunacaq.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]