Sumqayıt Texnologiyalar Parkı — Vikipediya

Sumqayıt Texnologiyalar Parkı
STP
Yaranma tarixi 22 dekabr 2009
Fəaliyyət göstərdiyi yer Hacı Zeynalabdin, Sumqayıt
Üzvləri
  • 2.000 nəf.
STP.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sumqayıt Texnologiyalar Parkı (STP)2009-cu ildə Sumqayıt şəhərinin şimalında, Hacı Zeynalabdin qəsəbəsində 152 ha ərazidə salınmış texnologiya parkı. Cənubi QafqazdaAzərbaycanda yaradılmış ilk texnologiya parkıdır.[1]

STP-nin istehsal və tikinti-quraşdırma sahələrində hazırda 2000-dən çox insan məşğuldur və bütün planlaşdırılmış yerlərin işə salınması halında 10 min nəfərin işləməsi mümkündür.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

STP-nin açılış mərasimi 22 dekabr 2009-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutmuşdur.[2] Azərbaycanda bazar şəraitində fəaliyyət göstərən ilk texnologiya parkıdır.

2021-ci ilin yanvar ayında Ruslan Ağabəyli icraçı direktor vəzifəsinə təyin olunub.


2020-ci ildə Sumqayıt Texnologiyalar Parkı idarəetmə və sənaye sektorunda olan dəyişikliklərə və müştəri ehtiyaclarına çevik adaptasiya olunmaq məqsədilə Biznes və idarəetmə forması yenidən təşkil edilmişdir. Şirkət istehsalçı qurumdan baş ofis və idarəedici qurum formatına  keçib. Tərkibində  fəaliyyət göstərən zavod və istehsal sahələri yeni yaradılan şirkətlərdə birləşdirilib.

STP-nin  törəmə şirkətləri bunlardır:

  • STP Global Cable
  • STP Alüminium
  • STP Metal Structures
  • STP Polymer
  • SOCAR-STP
  • STP AH
  • Assan STP Panel

STP-nin Biznes vahidləri və Müştərək şirkətlərində istehsal olunan məhsullara elektrik avadanlıqları, kabellər, maşınqayırma, polimer məhsulları, polad istehsalı, sandviç panelləri, ventilyasiya sistemləri, polivinilxlorid pəncərələri, qaynar sinkləmə, texniki kasalar, günəş paneli və toz örtükləri daxildir.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "STP". 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-04.
  2. 2,0 2,1 "Arxivlənmiş surət". 2019-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-28.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • stp.az — Sumqayıt Texnologiyalar Parkının rəsmi saytı