Sultan Bəyazid türbəsi — Vikipediya

Sultan Bəyazid türbəsiİstanbulun Fateh rayonunda yerləşən XVI əsrdə inşa olunmuş Sultan Bəyazid külliyəsinə aid türbə.

Haqqında[redaktə | mənbəni redaktə et]

Türbə, Sultan Bəyazid külliyəsinin arxa həyətində dəfn olunmuş Sultan Bəyazidin məzarı üzərində oğlu Yavuz Sultan Səlimin sifarişi ilə 1514-cü ildə inşa edilmişdir. Türbə klassik Osmanlı memarlığına uyğun olaraq səkkizbucaqlı formasında olub, memarı isə memar Xeyrəddin Əfəndidir. Daxili interyerini bəzəyən xəttat əlyazmaları isə barokko üslubunda olub, XIX əsrdə türbəyə əlavə olunmuşdur. Sultan Bəyazidin sədəf bəzəmələrlə örtülü olan məzar sandığı türbənin mərkəzində yerləşir. Türbədə yalnız mərhum sultan dəfn olunmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]