Sultan Əbdülhəmid türbəsi — Vikipediya

Sultan Əbdülhəmid türbəsiİstanbulun Fateh ilçəsində yerləşən XVIII əsrə aid türbə.

Haqqında[redaktə | mənbəni redaktə et]

27-ci Osmanlı sultanı olan Sultan I Əbdülhəmid 1776–1777-ci illərdə İstanbulun Əminönü səmtində böyük bir imarət inşa etdirmişdir. Məktəb, xeyriyyə binası, çeşmə və türbədən ibarət olan bu imarətin bütün strukturu ikinci məşrutiyyət illərində dağıdılmış, yalnız türbəyə toxunulmamışdır. Sultan Əbdülhəmid 1789-cu ildə vəfat etdiyi zaman məhz bu türbəyə dəfn olunmuşdur. Sultan Əbdülhəmid burada öz adına bir məscid inşa etdirmək istəsə də, yaxınlıqdakı Yeni məscidin kölgəsində qalmasından çəkinmişdir.

Türbənin memarı dövrün saray memarı olan Mehmed Tahir ağadır. Kvadrat planlı olan türbənin daxili ümumilikdə 26 pəncərə ilə işıqlandırılır. Aşağı mərtəbədəki pəncərələr kvadrat, yuxarıdakılar isə dairəvidir. Tamamilə mərmərdən inşa olunan türbənin həyət qapısı üzərində Ənkəbut surəsinin 57-ci ayəsi, türbənin öz giriş qapısı üzərində isə xəttat Mehmed Əmin Əfəndi tərəfindən Fəcr surəsinin 27,28,29 və 30-cu ayələri işlənmişdir. Barokko üslubunda inşa olunmuş türbədə Osmanlı mənsublarının məzarları ilə yanaşı Qədəm-i Şərif də ziyarət olunur. Türbə 2009-cu ildə restavrasiya edilmiş və ziyarətə açılmışdır.

Türbənin daxilində I Əbdülhəmid və oğlu IV Mustafa ilə yanaşı aşağıdakı şəxslər dəfn edilmişdir:

Mənbə[redaktə | mənbəni redaktə et]