Sukur — Vikipediya

Sukur
Sukur Cultural Landscape [* 1]
Ölkə Nigeriya Nigeriya
Tip Mədəni
Kriteriya (iii), (v), (vi)
Keçid 938
Region Afrika [* 2]
Daxil edilməsi 1999  (23-cü sessiya)
Sukur xəritədə
Sukur
Sukur


Sukur və ya Sukur Mədəni LandşaftıNigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır.[1]

Etimologiya[redaktə | mənbəni redaktə et]

"Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir.[2]

Tarix[redaktə | mənbəni redaktə et]

Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır.[3] Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi. 1912-1922-ci illərdə Sukur, Madaqali şəhərinin istilaları ilə darmadağın edildi. Bu müharibələr 1960-cı ilə qədər insanların Sukurun şimal və cənubundakı düzənliklərə köçməsi ilə dəmir istehsalının azalması ilə nəticələndi.[3] Bölgəni 1927-ci ildən müstəmləkə edən Britaniyalılar bu qəsəbənin mədəni üslublarında heç bir fərq yaratmadılar.[2] Nik Devid və Cudi Sterner, ümumiyyətlə bilinməyən ərazi haqqında məlumat topladılar və bu landşaftın xarici dünyaya daha yaxşı tanıdılması üçün bir çox nəşrlər hazırlandı.[4]

1999-cu ildə iii, v və vi meyarlarına əsasən verilən UNESCO-nun Ümumdünya irsi statusu Hidi Saray kompleksi və kəndin mədəni irsinə, maddi mədəniyyətə və toxunulmaz vəziyyətdə olan təbii terras sahələrə əsaslanır. Bu cəhətlərə sitat gətirilərkən deyilir: "Sukurun mədəni landşaftı, əsrlər boyu davam edən güclü və davamlı bir mədəni ənənənin şahididir".[3][4] Sukur, ölkənin iki Ümumdünya irsi ərazisindən biridir.[5]

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Kənd[ölü keçid] koması və Sukur xalqı

Kənd iki hissəyə bölünür: Sarayın yerləşdiyi yuxarı hissə Sakur Sama və digəri Sakur Kasa.[2] Böyük təpənin üstündə Hidi sarayı yerləşir. Bu quru daş divarları olan, yerli qranitdən tikilmiş dairəvi bir tikilidir. Saraya bitişik öküz və atlar üçün tövlələr mövcud idi. Sarayın yaxınlığında yerləşən hərəm evi dağıntılar şəklindədir. Saray meydanına giriş bir çox qapıdan ibarətdir və bunlardan biri iki böyük qranit blokdan ibarətdir və qapılarla təchiz olunmuşdur. Giriş yolu şimaldan və şərqdən olmaqla qranit plitələrlə döşənmişdir və eni 5,7 metrdir. Təpədən aşağıya baxdıqda, bu ərazinin unikal xüsusiyyətlərindən biri olan və "müqəddəs bir keyfiyyət" adlandırılan kənd əkinçiliyi üçün hazırlanmış terrasları görmək olar.[2][3] Saray hələ də qəbilə başçısı və xanımının evidir.[2]

Qəsəbənin aşağı hissəsindəki kənd komaları adi xalqın sadə dairəvi tikililəridir. Komaların taxta dayaqlar və gildən hazırlanmış dam və toxuma döşəmədən ibarətdir. Bu cür evlərin bir qrupu aşağı hündürlüyə malik mürəkkəb bir divarla əhatə olunmuşdur.[3]

Sarayın yaxınlığında yerləşən sadə daş konstruksiyalardan ibarət qəbiristanlıqlar kəndin qəbilələrinə və sosial qruplarına aiddir.[3]

Digər bir ayrılmaz xüsusiyyət, qəsəbənin dəmirçilərinə aid bir neçə ev və körüklər ilə təchiz edilmiş quyu tipli dəmir əritmə sobalarının qalıqlarıdır.[3]

Qəsəbənin yuxarıda göstərilən bütün xüsusiyyətləri Sukur xalqının siyasi və iqtisadi quruluşunun irsi statusunu təqdim edir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Brown, Jessica; Mitchell, Nora J.; Beresford, Michael. The Protected Landscape Approach: Linking Nature, Culture, And Community. IUCN. 2005. 43–. ISBN 978-2-8317-0797-6. 15 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2013.
  2. 1 2 3 4 5 Lizzie Williams. Nigeria: The Bradt Travel Guide. Bradt Travel Guides. 2008. 282–. ISBN 978-1-84162-239-2. 31 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 April 2013.
  3. 1 2 3 4 5 6 7 8 "Sukur Cultural Landscape". UNESCO Organization. 1 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2013.
  4. 1 2 "Sukur: A Culture of the Mandara Mountains". Sukur Information Organization. 19 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2013.
  5. Lizzie. Nigeria: The Bradt Travel Guide. Bradt Travel Guides. 2012. 288–. ISBN 978-1-84162-397-9. 31 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2013.