Suffoziya

Suffoziya - torpaqda həll olmuş duzların (xlorid, xlorid-sulfat, karbonat) yuyulub çıxarılması, qruntların mikroaqreqat quruluşunun pozulması, enən su cərəyanları vasitəsilə xırda süxur hissəciklərinin yuyulub dərinə daşınması və sonradan yeraltı sularla çıxarılması. Mexaniki və kimyəvi suffoziya növləri ayrılır. Suffoziya nəticəsində üstdə yatan süxur qatlarının çökməsi, Yer səthində isə qapalı çuxurlar, yaxud xırda mikroçökmələr, "boşqablar" və daha iri enmiş sahələr əmələ gətirir. Kiçik çuxurların diametrı 10 m-dən 100–500 m, dərinliyi 0,1–1,5 m, iri çökmələrin ölçüləri uyğun olaraq, 600–1500 m-ə qədər olur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.