Stiv Ditko — Vikipediya

Stiv Ditko
ing. Steve Ditko
Stiv Ditko 1945-ci ildə.
Stiv Ditko 1945-ci ildə.
Doğum tarixi
Doğum yeri Constaun, Pensilvaniya, ABŞ ABŞ[1]
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Nyu-York, Nyu-York, ABŞ ABŞ
Cinsi kişi[d][2]
Milliyyəti amerikalı
Komiks fəaliyyəti
Sahəsi komiks rəssamı, ssenarist, boyakar[d], illüstrasiyaçı
Əsas işləri Hörümçək-adam, Doktor Strenc, Sual, Kapitan Atom, Şahin və Göyərçin, Mister A
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stiv Ditko[3] (ing. Steve Ditko; d. 2 noyabr 1927, Constaun, ABŞö. 29 iyun 2018, Nyu-York, ABŞ) — ABŞ komiks rəssamı və yazıçısı. Marvel Comics-də işləyərkən Sten Li ilə birlikdə yaratdığı Hörümçək-adamDoktor Strenc personajları ilə məşhurdur.

Ditko Nyu-York şəhərində yerləşən Karikaturaçılar və İllüstratorlar Məktəbindən təhsil almış və müəllimi Betmen rəssamı Cerri Robinson olmuşdur. 1953-cü ildə peşəkar karyerasına başlamış, Cek Körbi və Co Simonun studiyasında işləməyə başlamışdır. Charlton Comics-də işləmiş, burada müəmma və elmi fantastika komiksləri üzərində işləmişdir. 1960-cı ildə Kapitan Atom personajını yaratmışdır.

1950-ci illərdə Marvel Comics-in xələfi Atlas Comics-ə qoşulmuş və burada böyük işlər görmüşdür. Burada Hörümçək-adamDoktor Strenc personajlarını yaratmışdır. Lakin özünün açıqlamadığı səbəblərdən ötürü nəşriyyatı tərk etmişdir.

DC Comics və Charlton Comics-ə qayıtmış, burada Göy böcək, Şahin və Göyərçin, Sual kimi məşhur personajlar yaratmışdır. Stiv müsahibə vermək həmişə imtina edirdi, çox nadir hallarda verirdi.

29 iyun 2018-ci ildə Nyu-York şəhərində öz evində vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Comics Buyer's Guide #1636 (December 2007) p. 135
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Bell, Blake. Strange and Stranger: The World of Steve Ditko. Seattle, Washington: Fantagraphics Books. 2008. səh. 14. ISBN 1-56097-921-6.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]