Stepan Şaumyan — Vikipediya

Stepan Şaumyan
erm. Ստեփան Գևորգի Շահումյան
rus. Степа́н Гео́ргиевич Шаумя́н
25 aprel 1918 – 31 iyul 1918
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
bayraq
Bakı Xalq Komissarları Sovetinin xarici işlər komissarı
bayraq2
25 aprel 1918 – 31 iyul 1918
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
17 dekabr 1917 – dekabr 1917
ƏvvəlkiSako Saakyan
SonrakıProkofi Caparidze
6 mart 1917 – 10 may 1917
ƏvvəlkiQriqori Ayollo
SonrakıSako Saakyan
bayraq
Bakı Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
2 noyabr 1917 – 12 dekabr 1917
Əvvəlkiİsidor Ramişvili
SonrakıProkofi Caparidze
bayraq
Bakı Soveti İcraiyyə Komitəsinin müvəqqəti sədri
bayraq2
13 oktyabr 1917 – 2 noyabr 1917
5 yanvar 1918 – 6 yanvar 1918
Seçki dairəsiZaqafaziya
Seçki siyahısıRSDFP-nin 5 nömrəli siyahısı
ƏvvəlkiVəzifə təsis olundu.
SonrakıVəzifə ləğv olundu.
Şəxsi məlumatlar
Doğum tarixi 13 oktyabr 1878(1878-10-13)
Doğum yeri
Vəfat tarixi 20 sentyabr 1918(1918-09-20)[1] (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, inqilabçı, ədəbiyyat tənqidçisi, jurnalist, tərcüməçi
Uşaqları
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[2], ədəbi tənqid[2], jurnalistika[2], tərcüməçilik fəaliyyəti[d][2]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stepan Georgiyeviç Şaumyan (13 oktyabr 1878, Tiflis[1]20 sentyabr 1918[1], Krasnovodsk) — XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş erməni əsilli kommunist inqilabçı və siyasi xadim, 1900-cü ildən Kommunist Partiyasının üzvü, 26 Bakı komissarının rəhbəri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Stepan Şaumyan SSRİ-nın poçt markasında (1933)

Stepan Şaumyan 1878-ci il oktyabr ayının 13-də Tiflisdə işlər müdiri köməkçisinin ailəsində anadan olmuşdur. 1889–1898-ci illərdə Tiflis real məktəbində təhsil almışdır. 1899-cu ildə Cəlaloğlu kəndində ilk marksist dərnəyi olan "Göyqurşağı"nı təşkil etmiş, 1902-ci ildə orada sosial-demokrat birliyini yaratmışdır. 1901-ci ilin avqustunda Riqa Politexnik İnstitunda təhsil almağa başlamış, 1902-ci ilin martında inqilabi fəaliyyətinə görə qovulmuşdu. Tiflisə geri qayıdan Şaumyan 1902-ci ilin sonunda Almaniyaya mühacirət etmişdir. Berlin Humboldt Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Berlində olarkən Karl Kautski, Roza LüksemburqKarl Libknext kimi aktivistlərlə təmaslarda olmuşdur. İlk dəfə 1903-cü ilin yazında İsveçrədə Lenin ilə tanış olmuşdur. 1905-ci ildə təhsilini başa vurduqdan sonra Gürcüstana qayıtmışdır. Orada müəllim işləmiş və bolşevik təşkilatının rəhbərlərindən biri olmuşdur. İrəvan, QarakilsəCəlaloğlu kimi bölgələrdə işləmişdir. Həmin il Allahverdi kəndində mis mədəni fəhlələrinin mitinqində iştirak etmişdir.

Jurnalistika fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Şaumyan həm də jurnalist olmuş, 1905-ci ilin noyabrında Cənubi Qafqazdakı ilk bolşevik qəzeti olan "Kavkazki raboçi listok"da baş redaktorluğa başlamışdır. Bundan savayı o, Ermənistanda "Qığılcım", "Yeni söz", "Günlər" qəzetlərində yazmışdır. "Vperyod" və "Proletar" adlı rus qəzetlərində də fəaliyyətdə olmuşdur. Yazılarında əsasən Daşnaksütun partiyasına və menşeviklərə qarşı mövzulara üstünlük verən Şaumyan 1907-ci ilədək Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Borçalı bürosunda işləmişdir. 1907-ci ilin sonlarına Bakıya gəlmiş, "Baş" adlı təşkilat yaratmışdır.[3] "Bakı proletarı", "Bakı fəhləsi qəzeti", "Şeypur" qəzetlərində, "Dalğa" jurnalında yazmışdır. 1911-ci ildə "Müasir həyat", daha sonra "Sosial-Demokrat" və "Raboçaya qazeta" qəzetlərində çalışmışdır. 1912-ci ilin iyun ayında Həştərxana sürgün olunmuş, oradan da Sankt-Peterburqa gedərək Leninlə görüşmüş və "Pravda" qəzetində işləməyə başlamışdır. Həmçinin Gürcüstandakı "Bizim söz" qəzeti ilə də əməkdaşlıq etmişdir. 1914-cü ilin martında Bakıya qayıtmış olan Şaumyan bu dəfə "Bizim həyat" qəzetində yazmağa başlamışdır. 1915–1916-cı illər ərzində "Mübarizə" adlı qəzetdə yazmışdır.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1911-ci ildə Rusiya Sosial-Demokrat Fəhlə Partiyası Praqadakı VI qurultayına Bakı şöbəsi üzrə qatılmağa haqq qazanmış, lakin həmin ilin sentyabrında həbs edildiyi üçün 1912-ci ilin yanvarı keçirilən bu qurultaya nümayəndələr göndərmişdi. 1912-ci ilin iyun ayında Həştərxana sürgün olunduqdan sonra 7 mart 1916-cı ildə Qroznıda həbs olunaraq Bakıya gətirilmişdir. 13 dekabrda Saratova sürgün olunan Şaumyan 1917-ci il fevral inqilabından sonra 17 mart 1917-ci ildə qayıtmışdır. Bakıdakı partiya funksionerləri onun polisə satanın Stalin olmasından şübhələnirdilər. Çünki Stalin və Şaumyanın arası yaxşı deyildi.[4] O, 8 martda artıq özünün xəbəri olmadan Bakı sovetinin sədri seçilmişdi. 1917-ci ilin oktyabrında Qafqaz bolşevik təşkilatının I qurultayına rəhbərlik etmiş, 16 dekabr 1917-ci ildə Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin olunmuşdur. Vəzifəyə gələn kimi "Bakı fəhləsi qəzeti"nin yayımına yenidən başlayan Şaumyan Karl Marks, Fridrix Engels və Leninin əsərlərini erməni dilinə tərcümə etmişdir. 1917-ci ildə bir mitinqdə çəkilmiş videosu qalmışdır. 25 aprel 1918-ci ildə Bakı Kommunasının sədrliyinə keçmişdir.

Stepan Şaumyan SSRİ-nın poçt markasında

Siyasi baxışları[redaktə | mənbəni redaktə et]

Bakı kommunasında daşnak-menşeviklərlə ittifaqa qarşı olan Lenin yazırdı:

Rusiya marksistinə eyib deyilmi ki, o bir erməni tövləçisi ilə eyni fikrə malik olsun?… Erməni korluğuna görə siz Piruşkeviç və onun milliyətçiliyinin əlaltısına çevrilirsiniz![5]

Lenindən fərqli olaraq Şaumyan Rusiyada rəsmi dil olaraq rus dilinin tərəfdarı idi:

1. Siz Rusiyada rəsmi dilin mövcud olmasının tərəfdarısınız. Bunun lazımi olduğunu, həmişə mövcud olduğunu və gələcəkdə proqressiv ehtiyacın olduğunu qeyd edirsiniz. Mən vurğulayaraq buna etiraz edirəm. -… — Haqlısınız ki, rus dili kiçik və geridə qalmış xalqlar üçün proqress və imkanlar şəraiti yaratmışdır, lakin bu məcburi olmamalıdır…

2. Siz muxtariyyətə qarşısınız və əvəzində regional özünüidarə tərəfdarısınız, mən sizdən tamamilə fərqli düşünürəm.-…- Niyə Polşada muxtariyyət olsun, amma Qafqazda, Cənubda və Uralda olmasın?[6][7]

Lionel Denstervil onun haqqında öz xatiratında yazaraq Şaumyanın erməni millətçisi olmadığını, əksinə bolşevik olduğunu yazırdı:

Xatırlamaq lazımdır ki, Şaumyan, bolşeviklərin rəhbəri, özü erməni idi və tamamilə bizə qarşı idi, bir erməni kimi yox, bir bolşevik kimi.[8]

Mart hadisələri[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Mart soyqırımı

1918-ci ildə Şaumyanın rəhbərliyi ilə Bakı soyqırımı baş vermişdir. Bu zaman minlərlə azərbaycanlı erməni-rus birləşmələri tərəfindən qəddarcasına qətlə yetirilmişdir. Soyqırımın təşkilatçısı və rəhəri olan Şaumyan başlanğıc üçün qırmızı ordu dəstəsinə açılan provokativ atəşi əsas götürülmüşdür. Azərbaycan tarixçiliyinə Mart soyqırımı kimi keçən bu hadisələr SSRİ dövründə Müsavat partiyasının provakasiyası kimi tədris edilirdi.

Şaumyan bu barədə yazırdı:

"Bizim ordumuza açılan ilk atəşdən istifadə edərək biz bütün cəbhə boyu hücuma keçdik… Bizim 6 minə yaxın silahlı dəstəmiz vardı. Daşnaksütunların da bizim tabeçiliyimizə verilmiş 3–4 minə yaxın milli ordusu vardı. Döyüş soyqırım formasını almışdı, ancaq bundan qaçmaq mümkün deyildi. Biz buna bilərəkdən getdik. Bakını ələ almasaydıq, o Azərbaycanın paytaxtı elan ediləcəkdi"[9]

Həmin dövrdə Nəriman Nərimanov Şaumyan tərəfindən Şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunmuşdu. O isə öz növbəsində hadisələri belə xatırlayırdı:

Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər

Daşnaksütuna qarşı olan Şaumyanın bu hərəkətə əl atmasının səbəbi olaraq bolşeviklərin Bakı kommunasında azlıqda olmaları və qərarın daşnak-menşeviklər tərəfindən verilməsi idi. Həmin daşnak-menşeviklər bir neçə ay sonra Sentrokaspi Diktaturasını qurmuşdular.

Qafqaz-İslam ordusu ilə qarşılaşma[redaktə | mənbəni redaktə et]

Qafqaz İslam Ordusunun Azərbaycana yaxınlaşmasını xəbər alan Lenin 24 may 1918-ci ildə Şaumyana mümkünsə Noy Jordaniya ilə ittifaqa girməsini və bu da alınmasa diplomatiyaya əl atmağı tapşırmışdı.[10] Qafqaz İslam Ordusunun Bakıya yaxınlaşdığı dövrlərdə Bakı kommunasının menşevik və eser üzvləri Bakını müdafiə üçün ingilislərdən kömək almağı müzakirə edirdilər. Buna Stalin 20 iyul 1918-ci ildə, Lenin isə ondan iki gün sonra Şaumyana göndərdiyi radio teleqramla etiraz etmişdi.[11]

Britaniyanın Bakıdakı vitse-konsulu Ranald MakDonnel yayda Şaumyanın evini ziyarət etmiş və ona Qafqaz İslam Ordusuna ingilis dəstəyini güdməsini təkid etmişdi, lakin o Lionel Denstervilin şəhərə girməsinə icazə verməmiş, müdafiəni özlərinin davam edəcəklərini demişdi.[12] 26 iyul 1918-ci ildə Bakı Kommunasında ingilis yardımı haqda keçirilən səsvermədə bolşeviklər 236 əleyhinə, birləşmiş menşevik-daşnak-eser fraksiyası isə 259 lehinə səs vermişdi. 31 iyulda isə Sentrokaspi Diktaturasının qurulduğu elan olunmuşdu. 16 avqustda hərbi gəmilərlə qaçmağa çalışarkən həbs olunan Şaumyan 14 sentyabrda Anastas Mikoyan və bir qrup kommunist tərəfindən həbsdən azad olunmuşdu. "Türkmən" gəmisi ilə Krasnovodska yollanan Şaumyan orda Zakaspi Müvəqqəti Hökuməti tərəfindən həbs olundu. 3 gün sonra ingilis mayor-generalı Vilfrid Malleson Şaumyanın Məşhəddəki ingilis qərargahına göndərilməsini üçün Zakaspi hökumətindəki attaşesi vasitəsilə tələb etdi, lakin attaşe bu xəbəri hökumətə çatdırmadığı üçün Şaumyan 20 sentyabr 1918-ci ildə Fyodor Funtikovun əmri ilə edam olundu.[13]

Yenidən basdırılması[redaktə | mənbəni redaktə et]

1920-ci ildə Şaumyan və digər 26 Bakı komissarının cəsədləri Bakıda "Sahil" parkındakı məzarlıq-abidə kompleksində yenidən basdırılmışdı. 2009-cu ilin yanvar ayının 24–29-da orada aparılan abadlıq və məzarlığın başqa yerə köçürülməsi zamanı anatomik tədqiqatlarda nə onun, nə orada dəfn olunduqları və SSRİ vaxtı qəhrəman kimi qələmə verilən Tatevos ƏmirovBaqdasar Avakyanın cəsədlərinin qalıqları aşkar edilmədiyi iddia olundu.[14] Məzarlığın köçürülməsinə ilk etirazlar Ermənistan Kommunist Partiyasının baş katibi Ruben TovmasyanAzərbaycan Kommunist Partiyasından gəlmişdi. Şaumyanın Hindistana qaçması haqqındakı iddialara isə nəvəsi Tatyana Şaumyan etiraz edərək, Şaumyanın həyat yoldaşının da orada olduğunu, bu fikrin absurd olduğunu iddia etmişdir.[15]

"Şaumyan" eskadrilya minonosu

Haqqında deyilmiş sözlər[redaktə | mənbəni redaktə et]

  • Trotski: "Bir gün 26 Bakı komissarının hesabını soruşacağıq, onlardan Şaumyan keçmiş inqilabçı və Mərkəzi Büronun üzvü idi."[16]
  • Nadejda Krupskaya: "Vladimir İliç evə yorğun gələrdi və mənim ürəyim gəlmirdi ona iş barədə sual verim, Amma hər ikimiz də düşünürdük ki, hər şey barədə bildiyimiz ən asan yolla danışa bilərdik — gəzərək. Bəzən Petroqradın səssiz küçələrində uzun-uzun gəzərdik. Xatırlayıram, bir dəfə belə bir gəzintini Şaumyan və Yenukidze etmişdik və Şaumyan İliçə bir neçə qırmızı döş nişanı vermişdi, dedi ki, bunu ondan oğulları xahiş edib. İliç gülümsədi."[17]
  • Məhəmməd Əmin Rəsulzadə: "Şaumyan idarəsindəki "sovet"in müsəlmanlara qarşı tutduğu sərd məslək gündən-günə şiddət ediyordu. Gözləri qabağında erməni milli əskərlərinin azadlıqla gəzdiklərini görən xəlq müsəlman firqəsi zabitlərinin tovqif olunduğunu və firqə nəfəratının təərrüzə düçar olduğunu görüncə bittəbii ğələyana gəliyordu."[18]
  • Heydər Əliyev: "Stepan Şaumyanın və başqa bolşeviklərin fədakar əməyi Azərbaycan xalqının mədəniyyətində demokratik cərəyanların güclənməsinə, onun ən yaxşı nümayəndələrinin ictimai tərəqqiyə şüurlu xidmət yoluna keçməsinə kömək göstərirdi."[19]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Milli məsələlər və Sosial Demokratiya
  • Abstrakt milli sual
  • Milli-mədəni muxtariyyət sualı
  • İntelligentsia və millətçilik
  • Millətçilik və Qafqaz cəbhəsindəki effektləri
  • Oxucunun heyrəti
  • Lev Nikolayeviç Tolstoyun dini mənsubiyyəti haqda haqda bir neçə söz
  • Qorki
  • Müasir Avropa cəmiyyətinin kateqorizasiyası
  • Sosial elmlərdə təkamülçülük və inqilabçılıq

İrsi[redaktə | mənbəni redaktə et]

Şaumyanın ölümündən sonra onun adı bir çox şəhər və kənd yerlərində, küçələrdə qalmışdır.

Ermənistanda[redaktə | mənbəni redaktə et]

Cəlaloğlu kəndində Şaumyanın ev muzeyi

Azərbaycan SSR-də[redaktə | mənbəni redaktə et]

Rusiyada[redaktə | mənbəni redaktə et]

Gürcüstanda[redaktə | mənbəni redaktə et]

Ukraynada[redaktə | mənbəni redaktə et]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Yekaterina Sergeyevna ilə evlənmişdir. Oğulları:

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Шаумян Степан Георгиевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. ЦГИА, Груз. ССР, ф. 4, д. 40, л. 245
  4. Albert Weisbord, Stalinism — Before and during World War II, Önsöz
  5. "В.И.Ленин. Полное Собрание Сочинений, том 48, стр.302". 2009-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-01-30.
  6. Bakı fəhləsi qəzeti, No: 48, 2 mart 1918
  7. Lenin Toplu Əsərləri, 19-cu cild, 499–502-ci səhifələr, 1977, Moskva
  8. Lionel Denstervil, "Dunsterforce macəraları", səh 261, 1920, London
  9. Шаумян С.Г. Избранные произведения. — М., 1978, т.2, с.246
  10. Lenin Toplu Əsərləri, 44-cü cild, səhifə 93, 1977, Moskva
  11. Lenin Toplu Əsərləri, 35-cild, səhifə 342, 1977, Moskva
  12. Hopkirk, Peter. On Secret Service East of Constantinople: The Plot to Bring Down the British Empire, Oxford University Press, 2001; ISBN 0-19-280230-5, pp 304–05, 322
  13. C. Dobson & J. Miller The Day We Almost Bombed Moscow Hodder and Stoughton, 1986. pp 94–95.
  14. "Arxivlənmiş surət". 2009-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-05.
  15. Azerbaijan: Outcry at Commissars' Reburial
  16. Trotski — "Metallurgiya fəhlələrinin 6-cı ümumrusiya qurultayı, 16 iyun 1923", Britaniya imperializminin çöküşü, 1-ci cild.
  17. Nadejda Krupskaya, "Lenin xatirələri" — Petroqradda — International Publishers, 1970
  18. Məhəmməd Əmin Rəsulzadə əsərləri, V cild, Qanun nəşriyyatı, 2014
  19. Heydər Əliyev, "Stepan Georgiyeviç Şaumyanın anadan olmasının 100 illiyi münasibətilə məruzə""Kommunist" qəzeti, 19 aprel 1980-ci il.
  20. Heydər Əliyev, "Lenin işi uğrunda, kommunizm uğrunda, mərd, mübariz — Stepan Georgiyeviç Şaumyanın anadan olmasının 100 illiyi münasibətilə", Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1978