Steins;Gate: Load Region of Déjà Vu — Vikipediya

Steins;Gate: Load Region of Déjà Vu
Əsas personajlar — Makise Kurisu və Rintaro Okabenin təsvir olunduğu poster.
シュタインズ・ゲート 負荷領域のデジャヴ
(Shutainzu Gēto: Fuka Ryōiki no Dejavu)
Janr elmi fantastika, müəmma
Anime
RejissorKanci Vakabayaşi
SsenaristCukki Hanada
StudiyaWhite Fox
Digər lisenziyalar
Funimation
Buraxılış tarixi20 aprel 2013
Vaxt90 dəq.
Manqa
ManqakaReki Kuqayama
NəşriyyatKadokawa Shoten
Demoqrafiyaşonen
Nəşr tarixi26 mart 201326 noyabr 2013
Cildlər2
Manqa
ManqakaTatsuya Hamazaki
RəssamHuke, Kyuta Sakay, Bun150
NəşriyyatKadokawa Shoten
Nəşr tarixi1 may 20131 iyun 2013
Cildlər2
  Anime və manqa portalı

Steins;Gate: Load Region of Déjà Vu və ya Yaponiyada tanınan adı ilə Steins;Gate: Fuka Ryōiki no Déjà vu (シュタインズ・ゲート 負荷領域のデジャヴ, Shutainzu Gēto: Fuka Ryōiki no Dejavu?, azərb. Ştayns Qeyt: Yüklənmiş dejavü sahəsi‎)White Fox studiyası tərəfindən istehsal olunmuş anime filmi. Film 5pb.Nitroplus tərəfindən istehsal olunmuş vizual roman əsasında çəkilmiş anime serialı — "Steins;Gate" əsasında çəkilmişdir. Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır. 13 dekabr 2013-cü ildə BD/DVD formatında yayımlanmışdır.

Məzmun[redaktə | mənbəni redaktə et]

Anime serialında cərəyan etmiş hadisələrdən artıq 1 il keçib. Keçmişə göndərilə bilən D-poçtların ixtirasına görə müxtəlif Dünya xətlərində səyahət edən Rintaro Okabe nəhayət Ştayns Qeyt adlandırdığı, Makise Kurisu və Mayuri Şiinanın ölümlərinin, eləcə də gələcəkdə SERN-in hökmdarlıq edəcəyi gələcəyin qarşısının alındığı dünya xəttində yaşayır. 3 avqustda Kurisu mətbuat konfransında iştirak etmək məqsədilə Yaponiyaya gəlir və Gələcəyin Alətləri Laboratoriyasının üzvləri ilə yenidən birləşir. Eyni zamanda Okabedə zaman səyahətlərinə görə şiddətli yan təsirlər peyda olur, müxtəlif alternativ dünya xətlərini görməyə başlayır. Növbəti gün — 4 avqustda Kurisunun qaldığı otelə müəmmalı şəxs daxil olur, ona üç şeyi unutmamasını deyir: mobil telefonu, mikrodalğalı sobanı və SERN-i. Daha sonra Kurisu Okabeyə "Reading Steiner" gücünə oxşar dejavülər gördüyünü deyir, əvvəlki dünya xətlərindən bir neçə şeyi xatırladığını deyir. Bu zaman Okabe onun gözünün qabağında qəflətən yoxa çıxır. Bundan əlavə, hər kəs Okabenin varlığını unudur, amma Kurisu hansısa şəxs haqqında zəif xatirələrini qoruyur.

1 həftə sonra — 11 avqustda Kurisu Rintaronun arxasınca buraxdığı çəngəli tapır, onun dediyi qəribə sözləri xatırlayır. İtaru "Daru" Haşidanın səbəbsiz yerə SERN-in Verilənlər Bazasını sındırdığını öyrənir, özü də səbəbsiz yerə zamanda sıçrama alətini düzəldir. Kurisu bu alətlə zamanda sıçrayaraq 3 avqust gecəsinə yollanır. Orada Okabenin qəflətən yoxa çıxıb yenidən peyda olmasını, buna uyğun olaraq da dostlarının da yaddaşlarının dəyişdiyini müşahidə edir. Kurisu gələcəkdən gəlmiş Suzuha Amane ilə rastlaşır. Suzuha həm Kurisu, həm də Okabeyə başa salır ki, Okabe müxtəlif dünya xətlərini ziyarət etdiyindən onun Reading Steiner-i həddən artıq yüklənib, buna görə də indiki dünya xətti ilə Makise və Mayurinin ölmədiyi digər dünya xətti olan "R" dünya xətti arasında qətiyyətsizlik yaşayır. Suzuha qeyd edir ki, onu yox olmaqdan xilas etmənin yeganə yolu zaman maşını ilə keçmişə səyahət etməkdir, amma Okabe bunu rədd edir, düşünür ki, zaman maşınları və zamanda sıçrama alətləri heç vaxt ixtira olunmamalıdır. Okabe Kurisunun onun getdiyi yolla irəliləməsini istəmir, yoxa çıxmasının qarşılığında onun sakit yaşamasına razıdır. Okabe Kurisunu onu unutmasına vadar edir, onu öpərək yoxa çıxır.

Okabenin yoxa çıxdığı günün ertəsi Kurisudan başqa heç kim onu xatırlamır. Kurisu onun arzusunu yerinə yetirərək onu unutmağa çalışır. Daha sonra 13 avqustda Gələcəyin Alətləri Laboratoriyası bağlanmaq təhlükəsi ilə üz-üzə qalır. Suzuha yenə Kurisu ilə görüşür, Kurisuya hislərinin səmimi olmadığını bildirir, amma sonda onu zaman maşınına minməyə razı salır. Kurisu Okabeni Ştayns Qeyt dünya xəttində saxlamaq üçün ona digər dünya xətlərindən fərqlənən güclü xatirə yerləşdirməlidir. Kurisu iki dəfə 30 iyun 2005-ci il tarixinə səyahət edib gənc Okabe ilə görüşmək istəyir, amma Okabe maşın qəzasında ölür, nəticədə Kurisu bir daha keçmişə səyahət etməkdən imtina edir. İndiki zamana qayıdan Kurisu Rintaro Okabenin hərəkətlərini yamsıladıqda dostlarının onunla bağlı zəif xatirələrə malik olduqlarını öyrənir. Hər kəsin hislərindən cəsarət alan Kurisu keçmişə səyahət edir. Bu dəfə o, Okabenin yaddaşına Kyoma Hooin konspetini yerləşdirir və ona ilk öpüşü verir. Bu, gənc Okabeyə Mayurini qorumaq üçün "çılğın alim" şəxsiyyətini qazandırır. Kurisu Rintaro Okabeni Ştayns Qeyt dünya xəttinə qaytarmaq üçün yanında gəlir. Film Okabenin "Mənə ilk öpüşümü verə bilərsən?" sualına Kurisunun gülüməsəyərək "Olmaz" deməsi ilə başa çatır.

İstehsal[redaktə | mənbəni redaktə et]

"Steins;Gate: Load Region of Déjà Vu" filmi ilk dəfə anime serialının sonunda — 13 sentyabr 2011-ci ildə anons edilmişdir.[1] Yaponiya kinoteatrlarında 20 aprel 2013-cü ildə ekranlara buraxılmışdır.[2] Kanako İto tərəfindən ifa olunan "Anata no Eranda Kono Toki o" (あなたの選んだこの時を, "Qərarını verdiyin an"?) açılış mahnısı kimi, Ayane tərəfindən ifa olunan "Itsumo Kono Basho de" (いつもこの場所で, "Həmişə bu yerdə"?) mahnısı isə bağlanış mahnısı kimi istifadə olunmuşdur.

Film 13 dekabr 2013-cü ildə Yaponiyada BD/DVD formatlarında yayımlanmışdır.[3] Bir neçə versiyası buraxılmışdır:[4] standart DVD nəşri, standart Blu-ray Disc nəşri, 5 diskdən və bir neçə radio doromasından ibarət paket və film musiqisi, radio doromalarından və 6 diskdən ibarət paket. Yaponiya buraxılışına ingiliscə subtitrlar da daxil edilib.[5]

Funimation tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır və 2017-ci ildə buraxılması planlaşdırılır.[6][7]

Qəbul[redaktə | mənbəni redaktə et]

Film Yaponiyada çıxdığı ilk həftədəcə 7-ci yerə yüksəlmişdi: Yaponiyanın 18 kinoteatrında göstərilmiş 86.822.800 yen (874.130 dollar) gəlir əldə edilmişdi.[8] Üçüncü həftədə filmin əldə etdiyi gəlir 319.125.723 yenə (3.142.750 dollar) çatmış və 12-ci yerə enmişdir.[9] Çiyomaru Şikura daha sonra rəsmi Twitter hesabı ilə əldə olunan gəlirin 500 milyon yeni (5 milyon dollar) keçdiyini açıqlamışdır. O, müəllif olduğuna görə cəmi 1 yen aldığını bildirmişdir.[10] Blu-rayDVD buraxılışları haqqında verilən xəbər zamanı Famitsu filmin gəlirinin 550 milyon yeni (5,6 milyon dollar) keçdiyini açıqlamışdır.[11]

Kotaku-dan Riçard Eysenbeys və Toşi Nakamura filmi ""Steins;Gate" üçün əla epiloq" adlandırmışdırlar: "Personajları səsləndirənlər heyranedici performans göstəriblər".[12]

Digər media[redaktə | mənbəni redaktə et]

Manqa[redaktə | mənbəni redaktə et]

Reki Kuqayama tərəfindən hazırlanmış filmin manqa adaptasiyası Kadokawa Shoten-in "Shōnen Ace" jurnalında 2013-cü ilin may-dekabr aylarında nəşr olunmuşdur. 2013-cü ilin 26 martında26 oktyabrında yenidən nəşr olunmuşdur.[13] Manqa seriyası daha sonra iki cilddə toplanmış, 24 aprel26 aprel 2013-cü ildə yayımlanmışdır.[14][15]

Roman seriyası[redaktə | mənbəni redaktə et]

Yazıçı Tatsuya Hamazaki və rəssamlar — Huke, Kyuta Sakay və Bun150 tərəfindən hazırlanmış iki cildlik roman seriyası Kadokawa Shoten tərəfindən Kadokawa Sneaker Bunko leybli ilə nəşr olunmuşdur. Roman seriyası 1 may1 iyun 2013-cü ildə yenidən yayımlanmışdır.[16][17]

İstehsal[redaktə | mənbəni redaktə et]

  1. "Steins;Gate Science-Fiction Game/Anime Franchise Gets Film (Updated With Teaser)". Anime News Network. 2011-09-13. 2016-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  2. "Steins;Gate Film Slated for April 20". Anime News Network. 2013-02-01. 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  3. "Steins;Gate Film to Open in 17 Theaters". Anime News Network. 2012-10-19. 2012-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  4. Green, Scott. ""Steins;Gate" Anime Movie Home Video Release Scheduled". Crunchyroll. 2013-07-12. 2015-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  5. "Steins;Gate Film Blu-ray/DVD Includes English Subs, New Drama CD". Anime News Network. 2013-07-12. 2013-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  6. "Funimation Licenses Haruhi Suzumiya, Lucky Star, Strike Witches, Steins;Gate Films". Anime News Network. 2014-08-09. 2015-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-09.
  7. "Funimation to Release Steins;Gate Movie in 2017". ANN (ingiliscə). 29 oktyabr 2016. 2016-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 oktyabr 2016.
  8. "Steins;Gate Film Opens at #7 With 86 Million Yen on 18 Screens". Anime News Network. 2013-04-22. 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  9. "Japanese Box Office, May 4-5". Anime News Network. 2013-05-12. 2013-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  10. "Steins;Gate Film Box Office Totals 500 Million Yen". Anime News Network. 2013-06-02. 2013-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  11. "Steins;Gate Film Earns 550 Million Yen at Box Office". Anime News Network. 2013-07-12. 2013-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  12. Eisenbeis, Richard. "The Steins;Gate Movie is an Emotional Ride Through Time". Kotaku.com. 2013-04-23. 2013-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  13. "「劇場版 STEINS;GATE」エースで先行コミカライズ開始" (Japanese). Natalie.mu. 2013-03-26. 2013-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  14. "劇場版 STEINS;GATE (1) 負荷領域のデジャヴ" (Japanese). Kadokawa Shoten. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  15. "劇場版 STEINS;GATE (2) 負荷領域のデジャヴ" (Japanese). Kadokawa Shoten. 2015-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  16. "劇場版 STEINS;GATE 負荷領域のデジャヴ 上" (Japanese). Kadokawa Shoten. 2013-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.
  17. "劇場版STEINS;GATE 負荷領域のデジャヴ 下" (Japanese). Kadokawa Shoten. 2017-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 mart 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]