Stavropol diyarı — Vikipediya

Stavropol diyarı
Ставропольский край
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

45°03′ şm. e. 43°16′ ş. u.


Ölkə
İnzibati mərkəz Stavropol
Tarixi və coğrafiyası
Yaradılıb 13 fevral 1924
Sahəsi
  • 66.160 km²
Saat qurşağı
  • Moskva vaxtı[d]
Əhalisi
Əhalisi
  • 2.792.796 nəf. (1 yanvar 2021)
Rəqəmsal identifikatorlar
ISO kodu RU-STA
Telefon kodu 865, 879
Avtomobil nömrəsi 26, 126
Rəsmi sayt
Stavropol diyarı xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stavropol diyarı (rus. Ставропольский край) — Rusiya Federasiyası subyektlərindən biri. Sahəsi 66.5 min km2, əhalisi 2.7 mln. nəfərdir.

Tarix[redaktə | mənbəni redaktə et]

13 fevral 1924-cü ildə Cənubi-Şərqi vilayət (diyar) yaradılır. 16 oktyabr 1924-cü ildən 13 mart 1937-ci ilə qədər Şimali Qafqaz diyarı, 13 mart 1937-ci ildən 12 yanvar 1943-cü ilə qədər isə Orjonokidze diyarı kimi fəaliyyət göstərir. Hal-hazırda isə Stavropol diyarı adlanır.

Coğrafiya[redaktə | mənbəni redaktə et]

Ərazinin böyük bir hissəsi Stavropol yüksəkliyində yerləşir. Həmçinin şərqdə Terek-Kuma ovalığı, şimalda isə Kuma-Manıç çökəkliyi vardır. Dağətəyi zolaqda 1401 m hündürlüyə qədər dağlardan (Beştau dağı) ibarət olan Qafqaz Mineral Sular rayonu ayrılır. İqlimi kontinentaldır. Yanvarın orta temperaturu −4°S, iyulun isə 22–25°S-dir. İldə 300–650 mm yağıntı düşür. Şabalıdı və qaratorpaqlar yayılmışdır. Stavropol diyarı çöl və yarımsəhra zonasında yerləşir. Çöllərin böyük bir hissəsi şumlanmışdır. Həm enliyarpaq, həm də iynəyarpaq meşələr, daha yüksəkdə isə subalp və alp çəmənlikləri yayılmışdır. Çöl zonasının heyvanat aləmi vardır. Əsas çayları Kuban çayı və Kuma-dır. Az sayda göl vardır (müalicəvi palçıq ehtiyatına malik Tambukon gölü və Manıç-Qudilo gölünün bir hissəsi). Təbii şərait əhalinin həyat fəaliyyəti üçün əlverişlidir. Diyar təbii ehtiyatlarla zəngindir. Təbii ehtiyatlardan neft, qaz, mis, polimetallar, daş kömür, tikinti materialları vardır. Mirnen, Senqileyev, Şimali Stavropol — Pelaqiadin təbii qaz; Praskovey neft; Urup mis; Elbrus polimetal; Xumarin daş kömür yataqları mövcuddur. 200-dən çöx müalicəvi əhəmiyyətli mineral su mənbəyi istismar olunur və bu göstəriciyə görə Rusiya Federasiyasında birinci yerə sahibdir.

Əhali[redaktə | mənbəni redaktə et]

Ümumi əhalinin 56%-i şəhərlərdə yaşayır. Sıxlıq 1 km2-də 40 nəfərdir. Əhali əsasən kurortətrafı zonada daha sıx məskunlaşmışdır. Diyar ərazisində 90-dan çox millətin nümayəndəsi yaşayır: ruslar (85%), ermənilər (3%), ukraynalılar (3%), darginlər, noqaylar, beloruslar, çeçenlər, qaraçaylar, türkmənlər, tatarlar, azərbaycan türkləri, gürcülər, kabardinlər, osetinlər, yəhudilər və s.

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı taxılçılıq və zərif yunlu qoyunçuluq üzrə ixtisaslaşmışdır. Böyük qoyun sürüləri var, yun qırxımına görə RF yüksək yer tutur. Suvarma inkişaf etdirilir. Belə torpaqlara tərəvəz və bostan bitkiləri yetişdirilir. Otlaqlara su çıxarılır. Nəqliyyat şəbəkəsi seyrəkdir. Boru kəmər, avtomobil, hava nəqliyyatı inkişaf etdirilibdir. Xüsusilə Minaloks Podi hava limanı Rusiyanın bir çox şəhərləri ilə və xariclə əlaqədədir.

Rayonlar[redaktə | mənbəni redaktə et]

Şəhərlər[redaktə | mənbəni redaktə et]

  • Stavropol – 354.867 nəfər (2002-ci il siyahıya almasına əsasən)[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Шахрай С. М., Алексеев С. С., Собчак А. А., Конституционное совещание Российской Федерации, phaile Конституция Российской Федерации (rus.). // Российская газета Россия: 1993. Т. 102. С. 102. ISSN 1606-5484; 1560-0823
  2. "RussiaOutdoors - Путешествия по России". 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]