Stanislav Rostotski — Vikipediya

Stanislav Rostotski
rus. Станислав Иосифович Ростоцкий
Doğum adı Stanislav İosifoviç Rostotski
Doğum tarixi
Doğum yeri Rıbinsk, Rıbinsk quberniyası, RSFSR
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Vıborq, Leninqrad vilayəti, Rusiya
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Həyat yoldaşı
Fəaliyyəti kinorejissor, aktyor, ssenarist
Təhsili
Üzvlüyü
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi "Lenin" mükafatı SSRİ Dövlət mükafatı SSRİ Dövlət mükafatı Ümumittifaq Lenin komsomolu mükafatı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni
IMDb ID0745498

Stanislav İosifoviç Rostotski (rus. Станислав Иосифович Ростоцкий; 21 aprel 1922[1][2], Rıbinsk, Rıbinsk quberniyası[d], RSFSR[d][1]10 avqust 2001[2], Vıborq, Leninqrad vilayəti) — rus sovet kinorejissoru, ssenarist və aktyoru. SSRİ xalq artisti (1974). SSRİ dövlət mükafatı laureatı (1970, 1975). 1951-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü[3][4].

Həyatı[redaktə | mənbəni redaktə et]

Stanislav Rostotski 1922-ci ildə Rıbinsk şəhərində anadan olmuşdur. 1952-ci ildən kino fəaliyyətinə rejissor kimi başlamışdır. Əhvalat Penkovda baş vermişdir (1958), Bazar ertəsinədək yaşayıb görərik (1968), Şəfəqlər burada sakitdir (1972), Qaraqulaq ağ Bim (1977) və s. filmlər çəkmişdir. Onun bir çox filmləri ümumdünya kinofestivallarında mükafatlar qazanmışdır. 1974-cü ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. Stanislav Rostotski 2001-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində vəfat etmişdir.

Mükafatlar və fəxri adları[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Filmin adı Şəkil Filmin orijinal adı Fəaliyyəti
1952 Yollar-yolağalar rus. Пути-дороги Rejissor
1953 Sirli tapıntı
rus. Таинственная находка İkinci rejissor
1955 Torpaq və insanlar rus. Земля и люди Rejissor
1957 Əhvalat Penkovda baş vermişdir
rus. Дело было в Пенькове Rejissor, ssenari müəllifi
1959 May ulduzları
rus. Майские звёзды Rejissor
1962 Yeddi küləkdə
rus. На семи ветрах Rejissor, ssenari müəllifi
1963 Qış etüdləri rus. Зимние этюды Rejissor
1966 Zəmanəmizin qəhrəmanı
rus. Герой нашего времени Rejissor, ssenarist
1968 Bazar ertəsinədək yaşayıb görərik
rus. Доживём до понедельника Rejissor
1971 On beşinci bahar
rus. Пятнадцатая весна Rejissor
1972 Şəfəqlər burada sakitdir
rus. А зори здесь тихие Rejissor
1977 Qaraqulaq ağ Bim
rus. Белый Бим Чёрное ухо Rejissor, ssenarist
1979 Kinoaktyor peşəsi
rus. Профессия — киноактёр Rejissor
1980 Uçan qusarlar eskadronu
rus. Эскадрон гусар летучих Rejissor
1985 Daşlarda da ağaclar bitir
rus. И на камнях растут деревья Rejissor
1989 Fyodor Kuzkinin həyatından rus. Из жизни Фёдора Кузькина Rejissor
1998 Bıçaq üstə
rus. На ножах Aktyor

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ростоцкий Станислав Иосифович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Bibliothèque nationale de France Stanislav Rostotsky // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VIII ҹилд: ПрадоСпринт. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1984. С. 185.
  4. "Ростоцкий Станислав Иосифович — Биографии — Фильмографии". 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-06.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]