Srebırna Təbiət Qoruğu — Vikipediya

Srebırna Təbiət Qoruğu
bolq. Природен резерват Сребърна
Srebırna gölü.
Srebırna gölü.
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 6 km2 ha
Yaradılma tarixi 20 sentyabr 1948[1]
Florası 139 bitki növü
Faunası 39 məməli növü, 21 sürünənsuda-quruda yaşayan növü, 10 balıq növü, 139 quş növü.
Yerləşməsi
44°06′52″ şm. e. 27°04′41″ ş. u.
Ölkə  Bolqarıstan
Vilayət Silistra
Yaxın şəhər Silistra
Srebırna Təbiət Qoruğu xəritədə
Srebırna Təbiət Qoruğu
Srebırna Təbiət Qoruğu
Rəsmi adıing. Srebarna Nature Reserve
TipiTəbii
Kriteriyax
Tarixi1983 (7-ci sessiya)
İstinad nöm.219
RegionAvropa və Şimali Amerika
Təhlükədə1992-1993[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Srebırna Təbiət Qoruğu (bolq. Природен резерват Сребърна / Priroden rezervat Srebarna) — Bolqarıstanın şimal-şərqində (Cənubi Dobruca), eyniadlı kəndin yaxınlığında, Silistra şəhərinin 18 km qərbində,[2] Dunay çayının 2 km cənubunda[3] yerləşən təbiət qoruğu. Qoruq Srebırna gölünü və ətraf əraziləri əhatə edir, quşların Avropa ilə Afrika arasındakı miqrasiya marşutu olan Portika yolunun üzərində yerləşir.

Qoruğun sahəsi 6 km2, bufer zonasının sahəsi 5,4 km2 təşkil edir. Gölün dərinliyi 1–3 metr arasında dəyişir. Qoruqda muzey fəaliyyət göstərir, bu muzeydə qoruq ərazisi üçün nadir olan quş növlərinin doldurulmuş maketləri sərgilənir.

Tarix[redaktə | mənbəni redaktə et]

Mənzərə.

Srebırna gölü keçmişdə bir çox əcnəbi bioloqlar tərəfindən bir çox dəfə tədqiq edilmişdir. Göl ilə maraqlanan ilk bolqar alim buranı 1911-ci ildə ziyarət etmiş Aleksi Petrov olmuşdur. 1913-cü ildə Cənubi Dobruca Rumıniyanın əlinə keçmişdir, amma Bolqarıstan 1940-cı ildə bu torpağı geri almışdır. Petrov gölün yaxınlığında yuvalayan quş koloniyalarını öyrənmək üçün gölü bir dəfə də ziyarət etmişdir.

Ərazi 1948-ci ildə təbiət qoruğu, 1975-ci ildə Ramsar yeri elan edilmişdir.[1] 1983-cü ildə isə UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmişdir.[4]

Əfsanələr[redaktə | mənbəni redaktə et]

Gölün adının mənşəyi ilə bağlı bir neçə əfsanə mövcuddur. Bir əfsanə peçeneqlərlə qeyri-bərabər döyüşdə gölün yaxınlığında ölən Srebrist adlı xan haqqındadır. İkinci əfsanə isə gölün sahillərində görünən və gümüşlə (bolqar dilində "srebro" "gümüş" deməkdir) dolu olan qayıq haqqındadır. Üçüncü və daha inandırıcı əfsanəyə görə isə göl bu adını Ayın bədirlənməsi zamanı səthinin gümüş rənginə çalmasıdır.

Ətraf mühit[redaktə | mənbəni redaktə et]

Muzeydə sərgilənən qutanlar.

Flora[redaktə | mənbəni redaktə et]

Gölün ətrafında qamış kimi hidrofitlər geniş yayılmışdır. Qoruq ərazisində 139 bitki növü müəyyən edilmişdir. Onlardan 11-i yox olmaq təhlükəsi ilə üz-üzədir.

Fauna[redaktə | mənbəni redaktə et]

Qoruğun faunası zəngindir. Srebırna Təbiət Qoruğunda 39 məməli növü, 21 sürünənsuda-quruda yaşayan növü və 10 balıq növü yaşayır. Burada yuvalayan 139 quş növü müəyyən edilmişdir: qıvrımlələk qutan, fısıldayan qu quşu, boz qaz, bataqlıq belibağlısı, Luscinia svecica, vağ, qarabattaq və s.

Adlandırma[redaktə | mənbəni redaktə et]

Antarktida materikinin Cənubi Şetland arxipelağının Livinqston adasındakı Srebırna buzlağı adını bu qoruqdan almışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 Rəsmi sayt. "Qoruq ərazisinin tarixi - История" (bolqarca). 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2016.
  2. The Encyclopedia of Earth. "Srebarna Nature Reserve" (ingilis). İstifadə tarixi: 7 aprel 2016.
  3. BulgarianTravel. "Biosphere Reservation of Srebarna – village of Srebarna" (ingilis). 2014-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2016.
  4. UNESCO. "Srebarna Nature Reserve in UNESCO site" (ingilis). 2017-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]