Spiro Quberina — Vikipediya

Spiro Quberina
Doğum tarixi
Doğum yeri Şibenik, Yuqoslaviya Krallığı
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Zaqreb, Xorvatiya
Milliyyəti xorvat
Vətəndaşlığı Xorvatiya
Həyat yoldaşı İnqrid Quberina
Uşağı 1
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1957-2020
Təhsili Dramatik Sənətlər Akademiyası Zaqreb Universiteti
Tanınma səbəbi Yozo Skovaçin. "Velom Misto".
Boyu 190 sm[1]
Mükafatları Vladimir Nazor mükafatı (2012)
IMDb ID0345544
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Spiro Quberina (1 mart 1933[2][3], Şibenik27 noyabr 2020[4], Zaqreb) - Xorvatiya aktyoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Spiro Quberina 1 mart 1933-cü ildə Xorvatiyanın Şibenik şəhərində anadan olub. Şibenik Milli Teatrında ilk rolunu oynayanda o, hələ lisey şagirdi idi. Orta təhsilini bitirən Quberina 1970-ci ildə Zaqreb Dramatik Sənətlər Akademiyasını bitirdi. Bundan sonra təqaüdə çıxdığı 1999-cu ilə qədər Zaqrebdəki Xorvatiya Milli Teatrında davamlı olaraq tamaşalarda rol oynadı. Teatr, kino və televiziya sahəsində rolları müvəffəqiyyətlə oynamış, spesifik nitqə əsaslanan xarakter komediyalarında üstün olmuşdur.

Ranko Marinkoviçin, İvo Breşanın, Marin Drjiçin və digər yazıçıların əsərlərində müstəsna bir müvəffəqiyyət qazandı və xüsusilə də, radio-televiziya seriallarında da rol aldı: Divaç ("Dilənçilər və Oğullar", İvan Raos), Strikan ("Velo misto", Milyenko Smoye), Oçenaşek ("Oçenaşekin gündəliyi", Vyekoslav Mayer) və s. rollar Quberinanın əvəzsiz rolları idi.

Bundan başqa, dublyajçılıq da edən Quberina "Asteriks Sezara qarşı" filmində Obeliksi və "Mune: Ay gözətçisi" filmində Yuneni xorvat dilindəki dublyajda səsləndirmişdi.

Ölümü[redaktə | mənbəni redaktə et]

Fəaliyyətinə yüzlərlə tamaşalar və onlarla filmlər sığdıran Spiro Quberina 27 noyabr 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində dünyasını dəyişib.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Qandallar (film, 1969)
  2. Timon (film, 1973)
  3. Balaca qaladan Servantes (film, 1982)
  4. Köhnə çardağın sirri (film, 1984)
  5. Meşə qabığı (film, 1990)
  6. Təhlükəli oyunlar kanyonu (film, 1998)
  7. Son iradə (film, 2001)
  8. Qoca adamlar (film, 2001)
  9. Laranın seçimi: İtkin şahzadə (film, 2012)
  10. Kiçik ayaqqabıçının cəsur macəraları (film, 2013)
  11. Səkkizinci komissar (film, 2018)

Mükafatları[redaktə | mənbəni redaktə et]

  1. Vladimir Nazor Mükafatı (2012)
  2. Xorvatiya Teatr Mükafatı (2014)

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Spiro Quberina dünyasını dəyişdi. Index.hr. 27 Noyabr 2020. İstifadə tarixi 27 Noyabr 2020.
  2. IMDB-də Spiro Quberina.