Sona Mustafayeva — Vikipediya

Sona Mustafayeva
Sona Mustafayeva Gülçöhrə rolunda (Arşın mal alan)
Sona Mustafayeva Gülçöhrə rolunda (Arşın mal alan)
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti vokalçı-aktrisa
Fəaliyyət illəri 1930-cu ildən
Teatr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sona Əyyub qızı Mustafayeva (Bağırova) (22 iyun 1916, Bakı1999, Bakı) — Azərbaycan vokalçı-aktrisası (lirik soprano), Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı[redaktə | mənbəni redaktə et]

Sona Mustafayeva 22 iyun 1916-cı ildə Bakıda anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, 14 yaşından, 1930-cu ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çıxış etmişdir.[1][2]

Lirik soprano səsə malik olan Sona Mustafayeva Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1938-ci ildə müstəqil teatr kimi fəaliyyətə başlayan zaman dəvətlə bir ilə yaxın truppaya kömək etmişdir. Burada da Gülçöhrənin və Gülnazın ("Arşın mal alan" və "Məşədi İbad", Üzeyir Hacıbəyov) partiyalarını ifa etmişdir.[1]

Müğənni-aktrisa 1999-cu ildə Bakıda vəfat etmişdir.[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Rol Tamaşa Müəllif
Nigar Koroğlu Üzeyir Hacıbəyov
Gülçöhrə Arşın mal alan Üzeyir Hacıbəyov
Gülnaz Məşədi İbad Üzeyir Hacıbəyov
Ağca qız Aşıq Qərib Zülfüqar Hacıbəyov
Gülzar Şah İsmayıl Müslüm Maqomayev
Nərgiz və Naznaz Nərgiz Müslüm Maqomayev
Dilbər Vətən Qara QarayevCövdət Hacıyev
Şirin Xosrov və Şirin Niyazi
Rəna Nizami Əfrasiyab Bədəlbəyli
Durna Durna Süleyman RüstəmSəid Rüstəmov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. 2017. səh. 209–210. ISBN 5-86874-179-X.
  2. Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 3. КетчерНежданова. М.: Советская энциклопедия. 1964. стб. 1017. 41 300 экз.