Solmaz bir bahar kimi (film, 1979) — Vikipediya

Solmaz bir bahar kimi
Janr bioqrafik
Rejissor Cahangir Həsənağa (Zeynallı)
Ssenari müəllifi Seyfəddin Dağlı
Operatorlar Şərif Şərifov
Tofiq Sultanov
Rəssam Fikrət Əhədov
İstehsalçı "Azərbaycanfilm" kinostudiyası
Filmin digər adı Cəfər Cabbarlı
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1979
Texniki məlumatlar 5 hissə
1295 metr
35 mm
Rəng rəngli

Solmaz bir bahar kimi — rejissor Cahangir Həsənağanın filmi.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 80 illiyinə həsr edilmişdir.

1934-cü ildə SSRİ yazıçılarının I qurultayında C.Cabbarlı da iştirak etmişdir. Filmdə biz onu Moskvada yazıçı Maksim Qorki ilə gəzən qurultay iştirakçıları arasında görürük. Bu görüşü əks etdirən xronikal lentdən ilk dəfədir ki, kinoda istifadə olunur. Sonrakı kinokadrda eynək arxasında qaynar gözlər görünür. C.Cabbarlı görkəmli kino xadimi Vsevolod Pudovkinlə söhbət edir. Bu epizod "Sevil" bədii filminin çəkilişi vaxtı lentə alınmışdır.

Filmə "1905-ci ildə" dramından, "Od gəlini" pyesindən, "Sevil" tamaşasından parçalar, "Sevil" və ""Almaz" filmlərindən fraqmentlər daxil edilmişdir.

Kinoda Sevil və Almaz rollarının ifaçısı, akademik İzzət Oruczadə, yazıçı Mirzə İbrahimov, aktyor Ağasadıq Gəraybəyli və başqaları C.Cabbarlı haqqında söhbət açırlar. Filmdə dramaturqun ev-muzeyi, onun müxtəlif illərdə buraxılmış kitabları, haqqında yazılmış elmi əsərlər, monoqrafiyalar da öz əksini tapmışdır.

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1) 1980-cı ildə

  • Film Azərbaycan Komsomolu Mükafatına layiq görülmüşdür.

2) 2013-cü ildə

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Cahangir Həsənağa (Zeynallı)
Rejissor assisenti: Maarif Məhərrəmbəyli
Ssenari müəllifi : Seyfəddin Dağlı
Operator: Şərif Şərifov, Tofiq Sultanov
Rəssam: Fikrət Əhədov
Səs operatoru: Şamil Kərimov
Quraşdırılmış çəkilişlərin operatoru: Aleksandr Milov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. cabbarli.ev-muzeyi.az. ""Cəfər Cabbarlı" mükafatı təqdim olundu" (az.). Cabbarli.ev-muzeyi.az. 15.04.2013. 2018-08-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-24.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.