Slovenlər, Xorvatlar və Serblər dövləti — Vikipediya

Slovenlər, Xorvatlar və Serblər dövləti
serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov
Bayraq Gerb
Bayraq Gerb
Rəsmi dilləri
Paytaxt Zaqreb
İdarəetmə forması konstitusiyalı monarxiya, parlamentli respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Slovenlər, Xorvatlar və Serblər dövləti (serb-xorv. Država Slovenaca, Hrvata i Srba / Држава Словенаца, Хрвата и Срба; sloven. Država Slovencev, Hrvatov in Srbov) — Avstriya-Macarıstan dağılmasından sonra Balkan yarımadasında meydana gələn dövlət quruluşu.[1] 1918-ci il oktyabrın 29-da Xorvatiya və Slavoniya Krallığının, Dalmasiya Krallığının, Bosniya və HerseqovinaKrayna hersoqluğunun vahid bir dövlətə birləşdirilməsi nəticəsində yarandı. O, heç bir dövlət tərəfindən tanınmadı.[2] Həmin il dekabrın 1-də dövlət Serbiya krallığı ilə birləşdi və bununla Serblər, Xorvatlar və Slovenlər Krallığını (1929-cu ildən Yuqoslaviya Krallığı) yarandı. Serbiya kralı I Pyotr Karageorgiyeviç dövlət başçısı elan edildi.

Adlandırması[redaktə | mənbəni redaktə et]

Ölkə əhalinin mütləq əksəriyyətini təşkil edən üç cənubi slavyan xalqının (slovenlər, xorvatlarserblər) şərəfinə aldlandırıldı. Eyni zamanda, boşnaklar ayrı millət sayılmırdılar.

Tarixi[redaktə | mənbəni redaktə et]

Slovenlər, Xorvatlar və Serblər dövlətinin yeganə buraxdığı "Veriqar" seriyalı poçt markası. Sonradan Yuqoslaviya və Sloveniyanın simvollarından biri oldu

Dövlət rəsmi olaraq 1918-ci il oktyabrın 29-da quruldu. Ölkəni nüfuzlu siyasətçilərindən ibarət Slovenlər, Xorvatlar və Serblərin Milli Şurası (serb-xorv. Narodno vijeće Slovenaca, Hrvata i Srba / Народно вијеће Словенаца, Хрвата и Срба) idarə edirdi. Sloveniyalı Anton Koroşets ölkə prezidenti idi. Vitse-prezidentlər serb Svetozar Pribiçeviç və xorvat Ante Paveliç (Xorvatiya Müstəqil Dövlətinin lideri Ante Paveliç ilə səhv salmayın) idilər.

Yeni yaradılan ölkənin əsas məqsədi keçmiş Avstriya-Macarıstan İmperiyasının bütün slovenləri, xorvatları və serblərini birləşdirmək idi. Ancaq Banat, BaçkaBaranya bölgələrinin sakinləri paytaxtı Novi Sad şəhərində olan inzibati-ərazi vahidi yaratdılar. Voyevodinanın bu bölgələri 25 noyabr 1918-ci ildə Serbiya krallığının bir hissəsi oldu. Hadisədən bir gün əvvəl, noyabrın 24-də əvvəlcə Slovenlər, Xorvatlar və Serblər dövlətinin tərkibində olan Srem bölgəsinin administrasiyası ölkədən ayrılaraq, Serbiyanın tərkibinə qoşuldular.

Bir ay ərzində mövcud olmuş dövlət beynəlxalq hüquqi tanınmasına nail ola bilmədi. 1 dekabr 1918-ci ildə o, Serbiya Krallığı ilə birləşərək Balkanlarda yeni bir dövlət Serblər, Xorvatlar və Slovenlər krallığını yaratdılar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Писарев Ю. А. Создание Югославского государства в 1918 г.: уроки истории. № 1. Новая и новейшая история. 1992.
  2. Mitrović, Andrej. "SERBIA'S GREAT WAR, 1914-1918," (PDF). London: Hurst & Company. 2007. 2012-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.11.2010.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Владимир Ћоровић, Илустрована историја Срба, књига шеста, Београд, 2006.
  • Драго Његован, Присаједињење Војводине Србији, Нови Сад, 2004.