Siyavuş Kərimi — Vikipediya

Siyavuş Kərimi
Ümumi məlumatlar
Doğum tarixi 9 noyabr 1954(1954-11-09) (69 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Musiqi aləti piano
Təhsili
Üzvlüyü
Mükafatları "Şərəf" ordeni — 2020 "Şöhrət" ordeni — 2014 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019
"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005 "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 1998

Siyavuş Əşrəf oğlu Kərimi (9 noyabr 1954, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor, Azərbaycan Milli Konservatoriyasının rektoru.

Həyatı[redaktə | mənbəni redaktə et]

Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib.[1] 1961–69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969–72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972–77-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib.

S. Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S. Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir.

Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.[2]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Siyavuş Kərimi: "İlk məhəbbət hisslərini mən..."". 2014-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.
  2. "Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]