19 yanvar mitinqi (Azərbaycan, 2019) — Vikipediya

19 yanvar mitinqi
Yer Bakı, Azərbaycan
Tarix 19 yanvar 2019
Əsas məqsəd Siyasi məhbusların azad edilməsi
Nəticə Mehman Hüseynovun həbsdən azad edilməsi
Təşkilatçılar Milli Şura
İştirakçı sayı 2,800[1] (BŞBPİ-nin məlumatı);
20,000[2][3] (Təşkilatçıların iddiası)

19 yanvar mitinqi[4][5] — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.

Tarix[redaktə | mənbəni redaktə et]

2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib.[6][7] Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub.[8]

Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin.[8] Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb.[8]

Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər.[8]

Tribunada müxalif Müsavat, Respublikaçı AlternativAzərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar.[2] Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər.[8] Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.[8] Bundan əlavə, Dağlıq Qarabağ mövzusunda Azərbaycan hökumətinin sülhsüvər mövqeyi onları hiddətləndirən səbəblərdən olub.[8]

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.[8]

İştirakçı sayı[redaktə | mənbəni redaktə et]

Mitinqdən görüntü.

Təşkilatçıların iddialarına görə mitinqdə təxminən 20,000 nəfər iştirak edib.[2] Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə isə iştirakçı sayı 2,800 nəfər olub.[1]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

Etiraz aksiyasının nəticəsində 2019-cu il yanvarın 21-də Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib.[9] 2019-cu il yanvarın 22-də Azərbaycan Respublikası Baş Prokurorluğu məhbus həyatı yaşayan bloger Mehman Hüseynov barəsində açılan yeni cinayət işinə xitam verildiyi barədə məlumatla çıxış edib.[10]

2019-cu il yanvarın 23-də müxalifətin siyasi məhbuslara dəstək məqsədilə yanvarın 19-da Bakıda keçirdiyi mitinqin iştirakçıları polisin onlarla maraqlanmasından şikayətlənirlər.[11] Onları müxtəlif bəhanələrlə polis şöbələrinə dəvət ediblər.[11] Bəzilərinə isə telefonda bir neçə sual veriblər.[11] Suallar əsasən pasport məlumatları ilə bağlı olub – ad, soyad, ünvan və telefonlar dəqiqləşdirilib.[11] Bəzilərindən məşğuliyyəti və siyasi mənsubiyyəti haqda soruşublar.[11] Hansısa xüsusi şöbədən yox, yaşayış yeri üzrə yerli şöbələrdən zəng vurublar.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "BŞBPİ: Milli Şuranın mitinqində 2800 nəfər iştirak edib". www.report.az. www.report.az. İstifadə tarixi: 20 yanvar 2019.
  2. 2,0 2,1 2,2 "Opposition protest in support of political prisoners takes place in Baku". jam-news.net. jam-news.net. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  3. "Thousands Rally In Baku Calling For Release Of Political Prisoners". www.rferl.org. www.rferl.org. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  4. "Artıq müxalifətin mitinqinə icazə verilməyəcək?". BBC.com/azeri. 2021-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  5. "Milli Şura: "Azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacağıq"". Turan.az. 2019-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-08.
  6. "Protest Mounts in Azerbaijan". iwpr.net. iwpr.net. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  7. "Protest Rally In Baku Calls For Release Of Political Prisoners". www.rferl.org. www.rferl.org. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  8. 8,0 8,1 8,2 8,3 8,4 8,5 8,6 8,7 "Mehmana Hüseynova azadlıq! mitinqi baş tutdu - (Yenilənir)". www.meydan.tv. www.meydan.tv. 2019-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2019.
  9. "Azərbaycan Prezidenti məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib". report.az. report.az. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
  10. "Criminal case against Mehman Huseynov terminated". www.azernews.az. www.azernews.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2019.
  11. 11,0 11,1 11,2 11,3 11,4 11,5 "Azərbaycanda mitinq iştirakçılarına polisdən zəng vurub "nömrə və ünvan dəqiqləşdirirlər"". jam-news.net. jam-news.net. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2019.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]