Siyaqut — Vikipediya

Kənd
Siyaqut
Siyaqut
45°01′24″ şm. e. 39°32′16″ ş. u.
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Şərur rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 819 m
Saat qurşağı UTC+04:00
Əhalisi
Əhalisi 1.687 nəfər (2009)
Rəqəmsal identifikatorlar
Telefon kodu 036 542
Poçt indeksi AZ 6830
Xəritəni göstər/gizlə
Siyaqut xəritədə
Siyaqut
Siyaqut

SiyaqutAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda, rayon mərkəzindən 10 km cənub şərqdə, Bakı-Şərur dəmir yolundan 3 km aralı, Şərur düzündə yerləşən kənd.[1]

Haqqında[redaktə | mənbəni redaktə et]

Kəndin əhalisi əsasən meyvəçilik, tərəvəzçilik və çuğundurçuluqla məşğuldur. Kənddə orta məktəb, iki kitabxana, klub, tibb məntəqəsi, məscid, istirahət parkı və mədəniyyət mərkəzi mövcuddur. Güllüklər, Qaraxallı, Kalafalar kimi tarixi məhəllələri var.[2]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Siyaqut kəndindən köçüb gəlmiş azərbaycanlı ailələr tərəfindən salınmışdır. Oykonim İran dillərindəki siya (qara) və qut (qala) komponentlərindən düzəlib "qara qala" mənasındadır.[3]

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ildə keçirilmiş əhalinin siyahıyalınmasında kəndin əhalisi 1687 nəfər göstərilir.[4]

Tanınmışları[redaktə | mənbəni redaktə et]

  • Seyfəddin Qurbanov — azərbaycanlı heykəltaraş, memar, Ukraynanın Xalq Rəssamı.
  • Budaq Təhməz — Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası (PDF). Bakı: AMEA. 2002. səh. 516. ISBN 5-8066-1468-9.
  2. Adil Bağırov. Naxçıvanın urbanonimləri (PDF). Bakı: ADPU-nun nəşri. 2014. səh. 146-149.
  3. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb nəşriyyatı. 2007. səh. 192. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Bakı. 2010. səh. 629.