Sivriburun kefal — Vikipediya

Sivriburun kefal
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Ranqsız:
Fəsilə:
Cins:
Növ:
Sivriburun kefal
Beynəlxalq elmi adı

Sivriburun kefal (lat. Liza saliens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.

Yayılması[redaktə | mənbəni redaktə et]

Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır.

Morfoloji əlamətləri[redaktə | mənbəni redaktə et]

D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır. Uzunluğu 40 sm-ə, kütləsi 0,8 kq-a çatır, 11 ilə qədər yaşayır. İki bel üzgəci vardır. Döş üzgəcləri hündürdə, qarın üzgəcləri onlara yaxın yerləşmişdir.

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Dəniz balığıdır, sürü ilə yaşayır. Şirin suya heç girmir, pelagik həyat keçirir. Qidasını detrit, bioloji yığın, xırda molyuskalar, qurdlar və xərçəngkimilər təşkil edir. Ən çox xırda körfəzlərdə və gəmi dayanacaq larında, külək tutmayan yerlərdə toplanaraq orada da qışlayırlar. Erkən yazda kefal körpələri yemlənmək üçün böyük sürülərlə qışlama sahələrindən suyun temperaturu 13- 14°C-dən yüksəyə qalxdıqda, bütün körfəz ərazisində, xüsusilə cənubi Xəzərin 3-5 m dərinliklərində daha çox rast gəlinir. Xəzərin sahilboyu bütün dayazlıqlarında, ən şimal hissələrdən başqa, çox böyük ərazidə qidalanıb çəkilərini artırırlar.

Çoxalması[redaktə | mənbəni redaktə et]

3-6 yaşında cinsi yetişkənliyə çatır. İyun-iyul aylarında Cənubi və Orta Xəzərin sahilindən 5-7 mil aralı ərazinin hər yerində, 5-700 m dərinlikdə kürü tokür. Kütləvi kürü tökmə suyun səthində temperatur 25-29°C olduqda məhsuldarlığı qızılı kefalda olduğu kimi yüksəkdir. Uzunluğu 25- 39 sm olan balığın verdiyi kürünün miqdarı 450-600 min ədədə çatır. Avqust-sentyabr aylarında kefalın körpələri sahilə miqrasiya edir və dayaz (1 m-ə qədər) zonada yemlənirlər. Kürüdən yenicə çıxmış sürfənin uzunluğu 1,7 mm-ə qədər olur.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Kefal Xəzərin qiymətli vətəgə balıqları sırasındadır. Bütün il boyu,daha çox isə yaz və yay aylarında tutulur. Müxtəlif illərdə Azərbaycanda 209-1226 sentner kefal ovlanmışdır. Kefal ən çox yaz-yay aylarında ovlanır. Xəzərdə kefalın sənaye ovu 1937-ci ildən aparıldığına baxmayaraq, xüsusi ov alətləri olmadığından mövcud ehtiyatından tam istifadə olunmur. Buna baxmayaraq İranda ildə 2,4-5,1 min tonadək kefal ovlanır.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Ovunun tənzim olunması barədə qanun qəbul edilmişdir. Xəzərin çirklənməsinə və ovlama işinə qarşı nəzarətin gücləndirilməsi vacibdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]