Sirac Abışov — Vikipediya

Sirac Abışov
Sirac Abış oğlu Abışov
Doğum tarixi 29 avqust 1989-cu il
Doğum yeri Azərbaycan SSR, Qubadlı şəhəri
Vəfat tarixi (32 yaşında)
Vəfat yeri Susuzluq, Kəlbəcər rayonu, Azərbaycan
Vəfat səbəbi Mina partlaması
Dəfn yeri Sumqayıt şəhər Şəhidlər xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
İxtisası Jurnalistika
Fəaliyyəti Jurnalist
Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2021

Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid.

Həyatı[redaktə | mənbəni redaktə et]

29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur.[1] Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. [2].

Vəfatı[redaktə | mənbəni redaktə et]

4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.[3]

Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb.[4]

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[5]

Xatirəsinin əbədiləşdirilməsi[redaktə | mənbəni redaktə et]

  • Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şəhid jurnalist Sirac Abışovun doğum günüdür". 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  2. Real TV. "Bu gün şəhid Sirac Abışovun doğum günüdür" (az.). Youtube.com. 29.08.2022. 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. "Sirac Abışov dəfn olundu". 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  4. "Məhərrəm İbrahimov və Sirac Abışovun adı vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına daxil edilib". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  5. "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  6. "Şəhid jurnalist Sirac Abışov və Məhərrəm İbrahimov medalla təltif olunub". 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  7. "Türkiyədə şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  8. "Şəhid jurnalistlərin xatirəsi əbədiləşdirildi". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-22.
  9. "AzTV-də Şəhid Sirac Abışov adına mükafatlandırma mərasimi keçirilib –FOTO". 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.