Simbioz — Vikipediya

Simbioz (yun. syn – müştərək həyat) – iki növdən olan fərdlərin birgə yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə bilavasitə qarşılıqlı təsirdə olur; xarici mühitlə münasibətlərin tənzimi hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Geniş mənada Simbioz parazitizm də (bu halda antoqonist Simbioz adlanır) daxil olmaqla müxtəlif növlərdən olan orqanizmlərin sıx birgə yaşamasının bütün formalarını əhatə edir. Bitki bitki ilə, bitki heyvanla, heyvan heyvanla, bitkiheyvan mikroorqanizmlərlə simbiotik münasibətdə olurlar. Simbioz terminini ilk dəfə alman botaniki A. de Bari (1979) təklif etmişdir. Bitkilər arasındakı Simbioza ən yaxşı misal mikorizadır.[1]

Simbiogenez[redaktə | mənbəni redaktə et]

Simbioz yolu ilə çoxhüceyrəli orqanizmlərin mənşəyi haqqında hipotez. A.R.Faminski tərəfindən (19-cu əsrin 60-cı illərində) irəli sürülmüşdür. Simbiogenez problemi hələlik mübahisəli olaraq qalır.

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008