Silk Way Airlines — Vikipediya

Silk Way Airlines
IATA
ZP
ICAO
AZQ
Çağırış adı
SILK LINE
Təsis olunub 2001
Mərkəz hava limanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Donanma ölçüsü 25
Şüar Passion movers
Alt şirkət Silk Way West Airlines
Təyinat məntəqələri 50
Qərargahı
Rəhbər Rəhim İslamov
Saytı silkwayairlines.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Yenilənmiş loqotip
Silk Way Airlines

Silk Way Airlines baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkətidir. Aviaşirkət müxtəlif yükdaşıma ehtiyacları üçün sərfəli həllər təqdim edir. Silk Way Airlines Bakıda yerləşən mərkəzindən bütün Asiya və Avropaya uzanan qitələrarası marşrutlar üzrə müntəzəm uçuşlar ilə bərabər, belə uçuşların yerinə yetirilməsi çətin olan ərazilərdə geniş təcrübəyə malikdir. Silk Way Airlines mürəkkəbliyindən asılı olmayaraq istənilən sorğunun həlli üçün dünyanın hər yerində hökumətlər və QHT-lərlə əməkdaşlıq edir. Aviadaşıyıcının personalı təhlükəsizlik və etibarlılıq öhdəliyinə əsaslanaraq şirkətin nüfuzunu gücləndirməyə davam edir.

Silk Way Group[redaktə | mənbəni redaktə et]

Silk Way Airlines daha iki şirkətin – Silk Way West Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir.

Tarixçə[redaktə | mənbəni redaktə et]

2001-ci ildə əsası qoyulmuş Silk Way Airlines dünya üzrə çarter istiqamətləri şəbəkəsi ilə xidmət göstərən hava yükdaşımaları şirkətidir.

Donanma[redaktə | mənbəni redaktə et]

Aviadaşıyıcının donanmasında hazırda ICAO-nun 16-cı Əlavəsinin 4-cü fəslinə uyğun olaraq, PS-90A səs standartı mühərrikləri ilə təchiz edilmiş iki İL-76TD-90 tipli təyyarə də daxil olmaqla beş təyyarə xidmət göstərir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]