Seylor Mars — Vikipediya

Seylor Mars
Seylor Mars "Sailor Moon Crystal" animesindən.
Franşiz(lər)"Seylor Mun"
Yayın tarixi"Seylor Mun" #3: "Rey — Seylor Mars" (1992)
YaradanNaoko Takeuçi
Manqadavar
Animedəvar
Profil
Əsl adıRey Hino
İngilis versiyasıRaye Hino
Növüinsan
Cinsiqadın
Doğum tarixi17 aprel (Qoç)
Yaşı14-16
Boyu160 sm
Qan qrupuAB(IV)
Ləqəb(lər)iŞahzadə Mars, 'Mars Reyko
KomandalarıSeylor döyüşçüləri
Güclərialovu idarə etmək, manipulyasiya etmək, psixi güclər

Seylor Mars (セーラーマーズ, Sērā Māzu?) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Rey Hino (火野 レイ, Hino Rei?) olan Seylor Mars Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür.

Seylor Mars Usaqi tərəfindən tapılmış 2-ci Seylor döyüşçüsüdür. Seylor döyüşçüləri komandasının Seylor Veneradan sonra ikinci lideridir.[1] Rey atəşi idarə etməklə yanaşı, zehni bacarıqlara da sahibdir.

"Seylor Mun" manqasından başqa Seylor Mars iki qısa manqada da yer almışdır. İlk belə manqası keçmişindən bəhs edən "Kasablanka xatirələri" manqasıdır. "Rey və Minakonun qız məktəbi döyüşü" manqasında isə hekayə Seylor Mars və Seylor Venera üzərində qurulmuşdur.

Profil[redaktə | mənbəni redaktə et]

Rey ilk dəfə Hikava məbədində (火川神社, Hikawa Jinja?, "Alov Çayı məbədi", ingilis versiyasında Albalı Təpəsi məbədi) miko kimi peyda olmuşdur və orada iki qarğası olduğu göstərilmişdir. Manqada bu iki qarğanın adının FobosDeymos (Mars planetinin iki peyki) olduğu bildirilmişdi. Manqada Rey möhtəşəm, qədim, mühafizəkar, köhnə dəbli, keçmiş adətlərə sadiq, ciddi, intizamlı, əhəmiyyətli birisidir. Rey müasir sevgi münasibətlərini sevmir. Animedə də Rey intizamlı və vacib insandır.[2]

Rey digər qızlardan fərqli olaraq katolik rahibələr tərəfindən idarə olunan T*A Özəl Məktəbinə gedir. Rey özü şintoizm rahibəsidir. Hikava məbədində babası ilə birlikdə yaşayır və işləyir. Babası məbədin baş keşişidir. Reyin anası çox gənc yaşlarda ölmüşdür. Atası isə məşhur siyasətçidir, işinə qızından daha çox diqqət ayırdığından onu ancaq ad günlərində ziyarət edir. Buna görə də Rey atasını sevmir, babası isə heç vaxt təsvir olunmamışdır.

Naoko Takeuçi tərəfindən çəkilmiş təsviri.

Həyatında əhəmiyyətli kişilər olmadığından Rey kişilərə o qədər də güvənmir. O, onları emosional, gücsüz və etibarsız hesab edir. Rey romantizm ilə heç maraqlanmır. Sadəcə "Kasablanka xatirələri" manqasında Rey atasının gənc katibi Kaydou ilə dost olduğunu demişdir. O, Kaydouya qarşı mehriban olmuş, hətta onunla sevgili olduğunu xəyal etmişdir. Amma Kaydou adaxlısı olduğunu açıqladıqdan sonra Rey şoka düşmüşdür, hərçənd ki, Kaydounun bu hərəkəti siyasi əhəmiyyət daşıyırdı. Rey onu öpüb onunla evlənmək istədiyini soruşduqda Kaydou Reyin atasının siyasi təsirinə görə bunu qəbul etməmişdir. Manqada bu onun yeganə sevgi münasibətidir. Teleseriallarda isə ümumiyyətlə oğlanları sevmir. Animenin 1-ci mövsümündə isə bir dəfə Mamoru Çibaya görüş təyin etmişdir. (Amma Mamo sadəcə dost olduqlarını düşünmüşdür.) Arabir isə babasının tələbəsi Yuiçiro ilə yaxınlaşır. Hətta bir epizodda Rey onu öpməyi arzulamışdır.[3]

Daha sonra Ölü Ayın üzvləri Reyə psixoloji hücumlar etməyə başlamışdılar. Onlar Reyə onun rahibə olma arzusu və münasibətlərini ələ salan gənc simasını göstərirdilər. Bu sima onun bir çox oğlan ilə görüşməsinə, sonunda biri ilə evlənib varlanmasına çalışırdı. Rey onların bu illüziyasına qalib gəlmiş və öz kristalını əldə etmişdir. Kristalı əldə etdikdən sonra əvvəlki həyatını və Şahzadə Serenitiyə olan sədaqətini xatırlamışdır.[4] Bundan sonra heç vaxt romantikaya olan marağını birüzə vermir. Animelərdə bundan söhbət açılmasa da, bir dəfə həmişə tək qalmasını arzulamışdır.[5]

"Gözəl Qoruyucu Seylor Mun" animesində Rey öz yoldaşları olan Seylor döyüşçüləri daxil olmaqla həm başqalarına, həm də özünə inanmaqda çətinlik çəkmişdir.[6] Rey karaokeni sevmədiyini bildirir,[7] (dostları, xüsusilə Usaqi çox sevir) amma daha sonra Seylor Venera ona idol ilə məşğul olmağa məcbur etmişdir. "Mars Reyko" adı ilə cəmi 3 dəfə görünmüşdür: uşaqları xəstəxanaya çatdıranda, Minako ilə işləyəndə və Minako ilə idol biznesini əldən verməmək üçün müsabiqə təşkil edəndə.[8] Minako ilə münasibət qurmaqda çətinlik çəkir. Onlar bir-biriləri bəzən razılaşmasalar və yarışsalar da, bir-birilərinə böyük hörmətləri var.[9]

Hobbiləri[redaktə | mənbəni redaktə et]

Reyin ömrü boyunca ən böyük arzusu Hikava məbədinin baş keşişi olmaqdır. Meditasiya onun ən güclü nöqtəsidir, başqalarının falına baxmaq onun ən böyük hobbisidir.[10] Qədim yazıları oxuya bilir. Məktəbin oxçuluq klubunun üzvüdür.[11] Bu ona daha sonra Mars Oxu gücündən istifadə etməsinə kömək göstərmişdir. Rey həm qədim Şərq döyüş növlərində, həm də xizəksürmədə istedadlıdır. Ən sevdiyi çiçək zanbaq, ən sevdiyi qida Fuqu balığı və Tay, ən sevdiyi qiymətli daş yaqut, ən sevdiyi heyvanlar pandalar və kiçik kərtənkələlərdir. Manqada qeyd edilənə görə "Devilman" manqasını oxumaqdan zövq alır.[12]

Rey populyar mədəniyyətlə maraqlanır. Musiqiyə böyük marağı vardır. Öz musiqi bacarığını göstərir, gitarapianoda çalır, mahnı oxuyur, məktəb festivalları üçün mahnılar bəstələyir.[13] Rey ilə Usaqi arasında şiddətli yaxınlıq var və onlar tez-tez mübahisə edirlər. Bu mübahisələr əhəmiyyətsiz və kiçik olsalar da, hekayənin əvvəllərində Rey Seylor döyüşçülərinin lideri olmağa çalışmışdır. Daha sonra Seylor Muna sədaqətli olsa da, Rey hekayənin əvvəllərindəki bu xasiyyətini daha bir neçə dəfə göstərmişdir.

Aspektlər və formalar[redaktə | mənbəni redaktə et]

Seylor Mars müxtəlif təcəssümlərə, xüsusi bacarıqlara, güclərə, dəyişmələrə və uzunömürlülüyə malikdir. Uzunömürlülüyünə görə Rey Gümüş Minillik dövründən XXX əsrə qədər yaşamışdır. Hekayənin gedişində müxtəlif qabiliyyətlərə yiyələnmişdir.

Seylor Mars[redaktə | mənbəni redaktə et]

Rey Hinonun Seylor döyüşçülərində şəxsiyyəti Seylor Marsdır. Seylor Mars geyimi qırmızıbənövşəyi rənglərdən, qırmızı ayaqqabılardan ibarətdir. Manqada boynundan cəvahirat taxır, amma Seylor Marsa çevriləndə bu itir. (Əvvəllər bunun həmail və ya boyunbağı olduğu hesab edilirdi.) Hekayə ərzində Reyə müxtəlif ləqəblər verilmişdir: Müharibə döyüşçüsü,[14] Alov və Şövq döyüşçüsü.[15] Adi vətəndaş halı ilə şəxsiyyəti arasında fərq yoxdur, lakin bu formasında güclərindən istifadə edə bilmir.

Yapon dilində Mars planeti Kasei (火星?) adlanır. Bu sözün ilkin mənası "alov", ikinci mənası isə "səmavi cisim"dir. Roma mifologiyasından götürülən ada baxmayaraq personaj üzərində yapon mifologiyası mövzusu işlənmişdir.[16] Buna görə də Reyin gücləri alov ilə əlaqədardır, alovu idarə edə bilər. Bununla yanaşı Seylor Marsa çevrilmədən də Reyin öz gücü var: psixi bacarıqlar. Bu bacarıq onun rahibə olmasından irəli gəlir: piromantiya ilə məşğul ola, təhlükəni hiss edə, şər ruhları zəiflədə bilir. Rey Minakodan sonra Seylor döyüşçülərinin ikinci lideridir. Bu fakt teleseriallarda tez-tez vurğulanır.

Seylor Mars güclü və qüvvətli olduqdan sonra əlavə güclər əldə etmişdir və geyimləri də buna uyğun dəyişmişdir. Geyimi ilk dəfə manqanın 36-ci aktında Mars kristalından istifadə etdikdən sonra dəyişmişdir və geyimi Super Seylor Mununkinə çox bənzəmişdir. Amma özünə yeni ad verməmişdir. Animenin 143-152-ci seriyalarında da eyni hal yaşanmış və özünü Super Seylor Mars[5] adlandırmışdır. Manqanın 42-ci aktında Əbədi Seylor Muna bənzəyən yeni geyimə sahib olmuşdur.[17]

Şahzadə Mars[redaktə | mənbəni redaktə et]

Gümüş Minillikdə Rey Hino öz planetinin şahzadəsidir. Ay Krallığından əsas vəzifəsi Şahzadə Serenitini qorumaqdır. Mars şahzadəsi kimi Fobos-Deymos qalasında yaşayır, qırmızı geyim geyinir.[18][19] Bu halı ilə manqada görünmüşdür. Naoko Takeuçi onu Cedaytın qolları arasında təsvir etmişdir.[20] Sailor Moon Crystal animesində[21] və musiqili filmlərdə onların Ay Krallığında sevgili olduqları göstərilmişdir.[22]

Daha sonra qarğaları Fobos və Deymosun Koronida planetindən göndərilmiş və Şahzadə Marsı qorumaq ilə vəzifələndirilmiş qızlar olduğu məlum olmuşdur. Bu qarğalar məbəddə Rey hələ buraya uşaq ikən gələndə var idilər və guya bu qarğalar Reyə öz adlarını "demişdilər". Bu qarğalar öz əsl simalarına ancaq Rey Mars kristalını qazandıqdan sonra qovuşmuşdular.[4]

Xüsusi güclər və əşyalar[redaktə | mənbəni redaktə et]

Rey Hino Seylor döyüşçülərinin yeganə üzvüdür ki, adi vətəndaş formasında üstün gücləri var. Bunun səbəbi onun rahibə olmasıdır. Bu güclərə psixi bacarıqlar, təhlükəni qabaqcadan qeyri-iradi hiss etmək aiddir. Rey həmçinin piromantiya ilə məşğul olur və şər ruhları zəiflədir. Şər ruhları qovmaq üçün Kuci-Qoşin-Ho adlı ritualdan istifadə edir. Bu ritual 9 güc sözünün (rin, pyou, tou, sha, kai, jin, retsu, zai, zen) oxunmasından ibarətdir. Bundan sonra isə "Şər ruh, itil!" (悪霊退散, Akuryō taisan!?) deyir və şər ruha bir və ya bir neçə ofuda atır. Bu fəndindən həm Seylor Mars ikən, həm də adi vətəndaş ikən geniş istifadə edir.[23]

Səmavi güclərindən istifadə etməsi üçün Rey Seylor Marsa çevrilməlidir.[24] Çevrilmək üçün xüsusi alətlərindən birini (qələm, qolbənd, kristal və ya nazik çubuq) göyə qaldırır və əsasən "Marsın gücü, toplan!" sözlərindən istifadə edir. Seylor döyüşçüsünə çevrildikdən sonra Marsın ulduz, planet və kristal güclərinə sahib olur.

Seylor Marsın gücü alovu yaratmaq və idarə etməkdir.[25] İşarət barmağından atəş topları atarkən "Alov Ürəyi" (teleseriallarda "Eybəcər, itil") sözlərini işlədir. Animenin 2-ci hissəsində Seylor Mars "Alov Ürək Quşu"[13] adlı gücdən istifadə edə bilir. Manqanın 3-cü hissəsində isə "Mars Alov İlanı"[26] adlı gücə sahib olmuşdur. Amma ilk istifadə etdiyi güc "Yanan Mandala"dır. Bu gücü işlədərkən düşmənin üzərinə yanan halqalar göndərə bilir. Buna baxmayaraq Seylor Marsın bədəni öz güclərinə qarşı müdafiə oluna bilmir.[27]

Seylor Mars ən güclü və ən sonuncu gücünə hekayənin 4-cü hissəsində ikinci dəfə Seylor döyüşçüsü olduqdan sonra (Animedə Super Seylor Mars) qovuşmuşdur. Hekayənin bu hissəsində Seylor Mars məşhur silahı olan Mars oxunu"Mars Alov Snayperi" adlı gücü qazanmışdır,[28] həmçinin bu, onun seriyada əsas hücumuna çevrilmişdir. Bundan əvvəl isə kristalı onun güc mənbəyi idi. Oxdan istifadə etməsinə onun oxçuluq bacarığının böyük köməyi var.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Takeuchi, Naoko. Materials Collection. Kodansha. October 1999. ISBN 4-06-324521-7.
  2. Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 166. ISBN 1-880656-72-8. OCLC 50898281.
  3. Usagi's Everlasting Wish! A New Reincarnation // Sailor Moon. Series 1. 46 epizod. February 27, 1993. Toei. TV Asahi.
  4. 4,0 4,1 Takeuchi, Naoko. Act 36 // Pretty Soldier Sailor Moon. 12. Kodansha. September 6, 1995. ISBN 4-06-178814-0.
  5. 5,0 5,1 Burning Passion! Mars' Furious Deadly Attack // Sailor Moon. Series 4. 152 epizod. November 11, 1995. Toei. TV Asahi.
  6. Pretty Guardian Sailor Moon Act 23.
  7. Pretty Guardian Sailor Moon, Act 3.
  8. daha dəqiq 23, 37 və 40-cı epizodlarda.
  9. Pretty Guardian Sailor Moon, Act 17 et seq.
  10. Takeuchi, Naoko. Back of volume // Pretty Soldier Sailor Moon. 10. Kodansha. June 6, 1995. ISBN 4-06-178806-X.
  11. Takeuchi, Naoko. Act 34 // Pretty Soldier Sailor Moon. 12. Kodansha. September 6, 1995. ISBN 4-06-178814-0.
  12. Takeuchi, Naoko. Pretty Soldier Sailor Moon. 13. Kodansha. ISBN 4-06-178820-5.
  13. 13,0 13,1 The Culture Fest is for Me?! Queen Rei Sings with Passion // Sailor Moon R. Series 2. 54 epizod. May 8, 1993. TV Asahi.
  14. Takeuchi, Naoko. Act 23 // Pretty Soldier Sailor Moon. 7. Kodansha. July 6, 1994. ISBN 4-06-178781-0.
  15. Pretty Guardian Sailor Moon, Act 3
  16. Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. səh. 286. ISBN 1-880656-72-8. OCLC 50898281.
  17. Takeuchi, Naoko. Act 42 // Pretty Soldier Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  18. Takeuchi, Naoko. Act 41 // Pretty Soldier Sailor Moon. 15. Kodansha. July 5, 1996. ISBN 4-06-178835-3.
  19. Takeuchi, Naoko. Pretty Soldier Sailormoon Original Picture Collection. IV. Kodansha. September 1996. ISBN 4-06-324519-5.
  20. Takeuchi, Naoko. Pretty Soldier Sailormoon Original Picture Collection. I. Kodansha. August 1994. ISBN 4-06-324507-1.
  21. Sailor Moon Crystal act #12 "Enemy –Queen Metalia"
  22. Takeuchi, Naoko. Act 3 // Pretty Soldier Sailor Moon. 1. Kodansha. July 6, 1992. ISBN 4-06-178721-7.
  23. Drazen, Patrick. Anime Explosion! The What? Why? & Wow! of Japanese Animation. Berkeley, California: Stone Bridge Press. October 2002. 165–166. ISBN 1-880656-72-8. OCLC 50898281.
  24. Allison, Anne. "A Challenge to Hollywood? Japanese Character Goods Hit the US". Japanese Studies. Routledge. 20 (1). 2000: 67–88. doi:10.1080/10371390050009075.
  25. Takeuchi, Naoko. Act 3 // Pretty Guardian Sailor Moon shinzōban. 1. Kodansha. September 22, 2003. ISBN 4-06-334776-1.
  26. Takeuchi, Naoko. Act 25 // Pretty Soldier Sailor Moon. 8. Kodansha. ISBN 4-06-178790-X.
  27. The Sailor Warriors Die! The Tragic Final Battle // Sailor Moon. Series 1. 45 epizod. February 27, 1992. Toei. TV Asahi.
  28. Takeuchi, Naoko. Act 36 // Pretty Soldier Sailor Moon. 10. Kodansha. June 6, 1995. ISBN 4-06-178806-X.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]