Seyfəddin Qurbanov — Vikipediya

Seyfəddin Qurbanov
Doğum tarixi 19 oktyabr 1962(1962-10-19)
Doğum yeri
Vəfat tarixi 16 noyabr 2021(2021-11-16) (59 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Dəfn yeri
  • Xarkovda ikinci şəhər qəbiristanlığı[d]
Milliyyəti azərbaycanlı
Fəaliyyəti rəssam, memar
Təhsili
  • Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyası[d] (19851989)[1]
Mükafatları "Tərəqqi" medalı Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni
Ukraynanın xalq rəssamı Ukraynanın əməkdar rəssamı Azərbaycan Respublikasının əməkdar rəssamı
seifaddin.com.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyfəddin Əli oğlu Qurbanov (19 oktyabr 1962, Siyaqut, Noraşen rayonu16 noyabr 2021, Türkiyə) — azərbaycanlı heykəltaraş, memar, Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvü. Ukraynanın Xalq Rəssamı, dosent. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltaraşlıq kafedrasının müdiri

Həyatı[redaktə | mənbəni redaktə et]

Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.[2]

1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirmişdir. Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyasının Heykəltaraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlamışdır. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin muəllifidir.

2004-cu ildə "Ukraynanın Əməkdar rəssamı", 2010-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülmüşdür. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.[3]

Əsərləri[redaktə | mənbəni redaktə et]

2019-cu ildə Kiyevdə Nəsiminin heykəltaraş Seyfəddin Qurbanov tərəfindən hazırlanan heykəli ucaldılıb.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 http://artru.info/ar/27998/.
  2. Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
  3. "Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltaraş Seyfəddin Qurbanov dünyasını dəyişib". 2021-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-19.
  4. Real TV. "Ukraynada Nəsimi izi" (az.). Youtube.com. 25.05.2019. 2021-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]