Sergey Bodrov (ata) — Vikipediya

Sergey Bodrov
rus. Сергей Бодров
Doğum tarixi (75 yaş)
Doğum yeri Xabarovsk, RSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Uşağı
Fəaliyyəti rejissor, ssenari müəllifi, kinoprodüser
Fəaliyyət illəri 1974-cü ildən
Mükafatları
IMDb ID0091076
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sergey Bodrov (rus. Сергей Бодров) — sovetrus kinorejissoru, ssenaristi, prodüseriaktyoru. "Qafqaz əsiri" və "Monqol" filmlərinə görə iki dəfə "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub.[1][2]

Aktyor və kinorejissor Sergey Bodrovun (27 dekabr 1971 — 20 sentyabr 2002) atası.

Həyatı[redaktə | mənbəni redaktə et]

Sergey Bodrov 28 iyun 1948-ci ildə Xabarovskda anadan olub. Karyerasını jurnalist kimi başlayıb.[3] 1970-ci ildə o, "Krokodil" jurnalının keçirdiyi "Ən yaxşı satirik və yumoristik hekayə" müsabiqəsində üçüncü yeri tutub.[4] 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib.[3] Elə həmin ildə də Kommunist Partiyasına üzv olub.[5]

1978-ci ildə Sergey Bodrovun ssenarist kimi debütü baş tutub ("Boşboğaz").[3] Sonralar onun ssenariləri əsasında iyirmidən çox film çəkilib.[3]

Sergey Bodrov 1980-ci illərdə özünü rejissor kimi sınamağa başlayır və "Otun içində şirin şirə" (1984), "Qeyri-peşəkarlar" (1985) (Turində keçirilən festivalda münsiflər heyətinin xüsusi mükafatını qazanıb), "Mən sənə nifrət edirəm" (1986), "Dələduz" (1989) və "SER" (1989) filmlərini çəkir. Sergey Bodrov 90-cı illərdə ABŞ-yə köçür və orada öz həyat yoldaşı Kerolin Kavalero ilə birlikdə işləməyə başlayır.[3] O, 1992-ci ildən Los-Ancelesdə yaşayır və işləyir.[3]

Birinci Çeçen-Rus Müharibəsi barədə çəkdiyi "Qafqaz əsiri" filmi 1997-ci ildə "Ən yaxşı rejissor işi" nominasiyası da daxil olmaqla beş nominasiyada "Nika" mükafatını əldə etmişdir.[6] Film bundan əlavə, "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub.[1]

Sergey Bodrov bir neçə hekayəfelyetonlar toplusunun müəllifidir. 1991-ci ildə Fransada onun "Azadlıq = cənnət" adlı kitabı nəşr olunub.[3]

Oğlu — aktyor və kinorejissor Sergey Bodrov (1971–2002), rejissoru olduğu "Rabitəçi" filminin çəkilişi zamanı Şimali Osetiyadakı Karmadon dərəsində buz uçqunu zamanı həlak olub.[7][8][9]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Filmin adı Vəzifəsi Qeydlər
1960 İlk görüş Aktyor Epizodik rol
1974 Müharibə səsləri Rejissor Qısametrajlı film
Fitil Ssenarist Kinojurnal № 139
1978 Boşboğaz
1979 Mənim Anfisam
1981 Mexanik Qavrilovun sevimli qadını Ssenarist, aktyor Matros rolunda
1983 Gənc insanlar Ssenarist
Uzun süd yolu
1984 Ən vacib şəxs
Otun içində şirin şirə Rejissor, ssenarist
Yurka — komandirin oğlu Ssenarist
1985 Ərə getməyin, qızlar
Yaşıl təpələrdəki evim
Qeyri-peşəkarlar Rejissor, ssenarist
1986 Bəyaz və çilli özgə Aktyor Epizod
Mən sənə nifrət edirəm Rejissor, ssenarist Telefilm
1988 Köməyə, qardaşlar! Ssenarist
Fransız
1989 Dələduz Rejissor, ssenarist
SER
Dəli Ssenarist
…Və bütün məhəbbət
Oğul
1990 San-Remodakı bizim adam
1991 Cənnət quşu
1992 Ağ kral, qırmızı kraliça Rejissor, ssenarist
Mən mələkləri görmək istəyirdim
1994 Kimisə sevmək Ssenarist, assosiativ prodüser
1995 Gizli məktublar Rejissor köməkçisi
1996 Qafqaz əsiri Rejissor, ssenarist, prodüser
1999 Azad qaçan Rejissor
Şərq-Qərb Ssenarist
2001 Gəl bu işi tez görək Rejissor, ssenarist, prodüser
Bacılar Ssenarist
2002 Ayı öpüşü Rejissor, ssenarist, prodüser
2004 Şiza Ssenarist, prodüser
2005 Köçəri Rejissor
2007 Monqol Rejissor, ssenarist, prodüser
Sərxoş dənizçi Sənədli film
2008 Pullar Ssenarist, prodüser
İnsan hüquqları haqqında tarixçələr Rejissor, ssenarist, prodüser Kinoalmanax ("Səs" bölümü)
Mustafa Şokay Ssenarist
Morfi Aktyor Epizod
2009 42. Təxəyyülün bir sıçrayışı Rejissor Kinoalmanax (1 novella)
2010 Yakudzanın qızı Rejissor, ssenarist, prodüser
2014 Yeddinci oğul Rejissor
Dinləmə Prodüser Qısametrajlı film
Darxan Sənədli film
2015 Kuboklar cəngavəri Aktyor Sergey rolunda
2020 Kalaşnikov Ssenarist, prodüser
2022 Sərbəst nəfəs alın Rejissor, ssenarist İstehsaldadır

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "The 69th Academy Awards (1997) Nominees and Winners". oscars.org. 15 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2015.
  2. "Nominees & Winners for the 80th Academy Awards". Oscars.org. 2013-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-21.
  3. 1 2 3 4 5 6 7 "Сергей Бодров-старший. Биографическая справка". Ria.ru.
  4. Журнал "Крокодил", № 36, 1970 год
  5. БОДРОВ Сергей Владимирович Arxivləşdirilib 2016-08-19 at the Wayback Machine Кино: Энциклопедический словарь/Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.- М.: Сов. энциклопедия, 1987.- 640 с., 96 л. ил.
  6. "Лауреаты Национальной кинематографической премии «НИКА» за 1996 год". Kino-nika.com. 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-19.
  7. "Список погибших в Кармадонском ущелье — Прочее — Сергей Бодров-младший — Последний герой нашей эпохи". 2013-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
  8. "10 лет кармадонской катастрофе: ученые спорят о том, что убило 125 человек, включая Бодрова-младшего". NEWSru.com. 2012-09-20. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
  9. "Collapse of the Kolka glacier". NASA Earth Observatory. 2008-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-03-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]