Sento — Vikipediya

Sentonun girişi

Sento (yap. 銭湯?) — yapon ictimai hamamı. Sentonun əsas özəlliyi ondan prosedurların məcburi ardıcıllığıdır. Belə ki sentoya gələnlər ilk öncə ayrıca bir yerdə yuyunurlar və yalnız bundan sonra isti su olan hovuza keçirlər. Sentoya ailəlikcə baş çəkənlər də az deyil. 

Sentonun quruluşu[redaktə | mənbəni redaktə et]

Sentonun yerləşdiyi bina zahirən yapon məbədini xatırladır, girişdə noren adlanan pərdə asılır. Bu pərdə göy rəngdə olur və üzərində sentonun adından başqa həm də 湯 (yu, isti su) heroqlifi əks olunur.

Bir qayda olaraq, sentoda kişi və qadın bölmələri olur, onların quruluşu identikdir. Müasir sentolar əsasən bu bölmələrdən ibarət olur: soyunma otağı, gələnlərin yuyunması üçün ayrıca bölmə və hamı üçün nəzərdə tutulan isti su olan ümumi hovuz. Suyun temperaturu 55 °C civarında olur.

Sentonun ümumi planı

Giriş[redaktə | mənbəni redaktə et]

Giriş hissəsi memarlıq baxımından müxtəlif cür ola bilər amma ənənəvi formanı sağdakı şəkildə görmək olar. Girişdən sonra ayaqqabıları çıxarmaq üçün olan hissə yerləşir və bu hissədən növbəti bölməyə keçmək üçün sağa və sola olmaqla iki ayrı qapı və ya pərdə açılır. Bu qapılar kişilərin və qadınların soyunub-geyinmə otaqları olan datsuibaya aparır. Kişi və qadın hissələri çox oxşardır və yalnız bəzi xırdalıqlarda fərqlənir.

Datsuiba[redaktə | mənbəni redaktə et]

Soyunma otağınını daxilində giriş qapıları arasında banday  (番台) — 1.5-1.8 metr hündürlükdə yerləşən və xidmətçinin əyləşdiyi oturacaq yerləşir Bandayın üzərində adətən böyük saat asılır. Soyunma otağının ölçüsü təxminən 10 × 10 metrdir, döşəməsi tatamiylə örtülüb, orada geyimlər üçün şkaflar yerləşir. Tavan 3-4 metr hündürlükdədir.Soyunma otaqlarının adətən yapon stilində olan kiçik bağçalara və tualetə də çıxışı olur. Orada həmçinin içki və dondurma üçün avtomatlara, tərəziyə və boyölçənə də rast gəlmək olar. Bəzi qədimi sentolarda tərəzinin şkalası qədim ölçü vahidi olan mommelərlə və kanlarla da işarələnə bilər. 1 momme = 3.75 qr., 1 kan = 1000 mommeyə bərabərdir. Burada həmçinin hərhansısa reklam lövhəsi də asıla bilər. Qadınlar üçün olan hissədə çarpayı, stol və güzgüyə rast gəlmək olar.

Hamam hissəsi[redaktə | mənbəni redaktə et]

İçəridəki istiliyi itirməmək üçün bu hissə soyunma otağından sürüşmə qapıyla ayrılır. İstisna olaraq, Okinavada iqlim çox isti olduğundan bu hissələr arasında qapı yoxdur. Girişin yanında ləyən və hamam oturacaqları götürmək üçün kiçik hissə var. Zal boyunca və mərkəzdə yuyunmaq üçün kifayət qədər yer var və hər bir yerdə isti-soyuq su üçün iki kran, duş başlığı olan şlanq yerləşdirilib. OsakaKansaidə vanna adətən zalın ortasında, Tokioda isə sonunda yerləşir. Qadın və kişi hissələrini 2 metrlik divar ayırır. Tavan 4 metr hündürlükdədir və tavanda iri pəncərələr yerləşir. Bəzi sentolarda ayırıcı divarda ailə üzvlərinin bir-birinə sabun ötürməsi üçün kiçik bir deşik olur. Zalın uzaq küncündə adətən Fudzi və ya müxtəlif yapon landşaftı əks olunan rəsm də görmək olar. 

Qazanxana[redaktə | mənbəni redaktə et]

Hamam hissəsinin arxasında suyun qızdırıldığı qazanxana (kamaba) yerləşir. Qazanxana maye yanacaqla, elektriklə və ya odun qırıntılarıyla da işləyə bilər. Müharibədən sonra Tokioda tez-tez elektrik kəsintiləri olurdu, çünki bütün sento sahibləri qazanxanaları eyni anda qoşurdular.

Sauna[redaktə | mənbəni redaktə et]

Bir sıra müasir sentolar həmçinin soyuq su olan saunalara da sahibdilər. Bəzi sentolarda saunadan istifadə etmək üçün əlavə ödəniş etmək gərəkir.

Sentonun tarixi[redaktə | mənbəni redaktə et]

Sentonun təsvir edildiyi tarixi qravür, 1867-ci il

Sentonun tarixi buddist mədəniyyətindən və hind məbədlərindən qaynaqlanır. Buradan bu ənənələr Çinə, daha sonra isə Nara dövründə Yaponiyaya yayılıb.

Dini yuyunma — Naradan Kamakuraya qədər olan dövr[redaktə | mənbəni redaktə et]

İlk vaxtlar Yaponiyada hamamlar məbədlərin tərkibində tikilirdi və yuya (isti su piştaxtası) adlanırdı. Əslində isə bunlar musiburo yəni buxar hamamları idilər. Baxmayaraq ki, ilk vaxtlar bu hamamlar kahinlər üçün tikilirdi və adi adamlar ora buraxılmırdı artıq Kamakuralar dövründə (1185—1333) adi adamlar da tam sərbəst girib istifadə edə bilirdilər. Bu vaxt artıq imkanlı şəxslər və aristokratlar evlərində öz şəxsi hamamların sahib idilər.

Kommersiya məqsədli istifadə, Kamakura dövrü[redaktə | mənbəni redaktə et]

Sentoların kommersiya məqsədilə istifadəsi barədə ilk dəfə 1266-cı ilə aid mənbədə rast gəlinir. O dövr sentoları qarışıq idilər, həm kişilər həm də qadınlar istifadə edirdilər və müasirlərindən çox fərqlənirdilər.

Edo dövrü hamamları[redaktə | mənbəni redaktə et]

Edo dövrünün (1603—1867) əvvəlində iki tamam fərqli növ hamamlar mövcud idi. Tokioda (o vaxtlar Edo adlanırdı) bunlar hovuzu olan adi hamamlar (yuya) idi, Osakada isə kiçik hovuzu olan musiburo adlanan buxar hamamları.

Edo dövrünün sonunda ictimaiyyət əxlaq qaydalarına uyğun olaraq hamamları kişi və qdın hissələrinə ayırmağı tələb edirdi. Hamam sahibləri isə bu məsələni sadə bir yolla - hamamın ortasına arakəsmə qoymaqla həll etdilər. Bütün bunlara baxmayaraq, qarışıq hamamları qadağan edən qanun qəbul olunmadı. O dövrdə hamamların populyarlığı onunla izah edilirdi ki, orada işləyən cavan qızlar (yuna) adətən hamam bağlandıqdan sonra fahişəliklə pul qazanırdılar.

Bu ənənə bu gün də qalmaqdadır, belə ki şəxsi hamamlarda qızlar xidmət göstərməzdən öncə müştəriləri çimizdirirlər.

Tokuqava dövründə yunaların sayı qanunla məhdudlaşdırılaraq hər bir sentoya 3 qız müəyyənləşdirildi, 1841-ci ildə isə ümumiyyətlə yuna saxlamaq qadağan edildi.

Meydzi dövrü[redaktə | mənbəni redaktə et]

Kənd məktəbində hamam, Yaponiya, təxminən 1920-ci illər

Meydzi dövründə (1867—1912) hamamların müasir dizaynı tamamilə təsdiqləndi.Dar və alçaq giriş hissəsinəhayət ki genişləndirildi, vannalar daha rahat istifadə üçün döşəməyə yerləşdirildi və tavanın hündürlüyü iki dəfə artırıldı.Hamamlarda pəncərələr əmələ gəldi və sentolar daha da işıqlı oldu.Müasir sentolardan yeganə fərqi hamamın interyerində taxtadan istifadə olunması və duşun olmaması idi.Yenidən qarışıq hamamları qadağan edən qanun qəbul edildi. Yalnız 8 yaşına çatmamış və valideyni tərəfindən müşayiət edilən uşaqlara istisna edilirdi.

Kantodakı böyük zəlzələdən sonra hamamların yenidən qurulması[redaktə | mənbəni redaktə et]

Taysö dövrünün  (1912—1926) əvvəlində tavan və döşəmələr daş plitələrdən qoyulmağa başlandı.1 Sentyabr 1923-cü ildə baş vermiş zəlzələ Tokioda demək olar ki bütün hamamları yerlə bir etdi vəağacın daşla əvəz olunması prosesini daha da sürətləndirdi.1926-cı ildə su kranları da artıq geniş yayılmışdı.

İkinci dünya müharibəsindən sonra hamamların bərpası[redaktə | mənbəni redaktə et]

Müharibə dövründə bir çox yapon şəhərləri bombalanmaya məruz qaldığından hamamların da əksəriyyəti dağılmışdı. Müharibədən sonra hamamlara böyük tələbat yaranmışdı və onları əldə olan materiallarla və hətta şox vaxt damsız tikirdilər.Evlər daha az məsrəfli tikildiyindən adətən onlarda duç və ya hamam olmurdu, bu səbəbdən də ictimai hamamlara olan tələbat artırdı.

Müasir və gələcək sento[redaktə | mənbəni redaktə et]

Ötən əsrin 80-ci illərində Yaponiyada daha çox sento müşahidə olunurdu, lakin o vaxtdan etibarən onların sayı azalmaqdadır.Bunun əsas səbəbi evlərdə artıq şəxsi hamamların sayı artmaqdadır. Bəziləri hesab edir ki, sentolarsız uşaqlar düzgün tərbiyə edilə bilməz,digərləri isə onlardan imtina edir.Bəzi sentolar sağ qalmaq üçün tarixi ixtisaslaşma yolunu tuturlar və daha çox gözəl mənzərəli yerlərdə tikilirlər. Digər qismi isə quyu qazaraq təbii isti su əldə etməklə prestijini daha da artırmağa və bunula müştəri cəlb etməyə çalışırlar. Üçüncü qism isə xidmətlərin sayını artırmağa çalışırlar, hamamı sauna əlavə edərək genişləndirirlər, buxar hamamlarını bərpa edirlər, hidromassaj vannaları (cakuzi) və s.quraşdırırlar.

Sentoda davranış qaydaları[redaktə | mənbəni redaktə et]

Baxmayaraq ki, yaponlar adətən xaricilərin yapon mədəniyyətiylə bağlı səhvlərinə anlayışla yanaşırlar bu qaydalar ictimai hamamlarda o qədər də keçərli deyil və ənənələrin çeynənməsi yerli ziyarətçilərin ciddi xətrinə dəyə bilər.

İnventar[redaktə | mənbəni redaktə et]

Sentoya baş çəkmək üçün ən azından kiçik bir dəsmal və sabun gərəkdir.Adətən xidmətçilər bu məhsulları satırlar. Digər təmizlik məhsullarına süngərdaşı, diş pastası və fırçası, taraş üçün məhsullar,duş üçün papaq, dodaq boyası, krem və s. daxildir. Bəzi müştərilər hətta öz şəxsi ləyənlərini də gətirirlər.

Giriş və soyunma[redaktə | mənbəni redaktə et]

Yaponiya adətlərinə görə evə girərkən ayaqqabıları soyunmaq gərəkdir. Eyni qaydada hamam hissəsinə daxil olarkən də ayaqqabıları soyunmaq lazımdır. Bundan sonra siz qadın və ya kişi bölməsinə keçirsiz. Kişi tərəf adətən mavi rəngdə,qadın tərəfi isə qırmızı rəngdə olur. Rus hamamlarında olduğu kimi sentolarda da yuyunmadan öncə tamamilə soyunurlar. Sentodan istifadə haqqı demək olar ki eynidir,Tokioda bu 430 yen təşkil edir.

Hamam hissəsi[redaktə | mənbəni redaktə et]

Sentolarda adətən vannaya girməzdən öncə dərini yuyunmadan sonra dəsmalla silirlər.

Sosial münasibət[redaktə | mənbəni redaktə et]

Yunoxan Onsenin girişindəki yazı 

Bəzi sentolarda bir vaxtlar əcnəbilərə giriş qadağan idi. Əksər sentolarda tatulu insanlara giriş qadağandır, çünki Yaponiyada tatu yakudzaya mənsubluğu bildirir. Əcnəbilərə giriş qadağan olunmayan sentolarda qaydaları ingilis, çin, portuqal, tay dillərində oxumaq olar. Hokkaydoda bir çox hamamlara rus dənizçilərin girişi qadağandır, belə ki dəfələrlə içkili şəxslərlə bağlı problemlər olmuşdur. İstənilən halda, əgər hərhansı əcnəbinin iştirakı ziyarətçiləri narahat edirsə yaxşı olar ki o sentonu tərk etsin.

Sanitariya aspekti[redaktə | mənbəni redaktə et]

Sentolarda su xlorlanır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

SENTO // Yaponiya A-dan Z-yə qədər. İllüstrasiyalı ensiklopediya. (CD-ROM).— M.: Directmedia Publishing.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]