Sekellər — Vikipediya

Sekellər ([ˈseːkɛj] sekey) eləcə də Szekler hərfən. adamlar; eləcə də rum. Secui, alm. Szekler‎, lat. Siculi) — Macarların bir subetnosu.

Tarixi[redaktə | mənbəni redaktə et]

Sekellər Macar dilindən fərqli danışırlar. Sekellər Qərbi (Avropa) Hun imperiyasından sonra Karpat hövzəsinə köçək 3000 Hun əsgərin nəsillərindəndir. 895-ci ildə Macar ağalığına qədər varlıqlarını sürdürmüş və sonradan Macar ağalığına keçmişlərdir. Tarixdə Sekel krallığı adlı bir dövlət qurdular, lakin macarlar bu dövləti işğal elədilər. Daha sonra Osmanlı imperiyası zamanında Sekel Muxtariyyəti tanındı. Ancaq Avstriya-Macarıstan imperiyası zamanında Transilvaniyanın işğalı ilə sekellər macarlara qarışdılar. Hal-hazırda sekellər Rumıniya torpaqlarında yaşayan türk etnoslardır. 2003-cü ildə Milli Sekel Konseyi quruldu. Sekel türklərinin tək istəyi yaşadıqları bölgədə Sekelistan Muxtar Respublikası qurmaqdır.

Maraqlıdır ki, hazırda Macarıstan və Rumıniyada yaşamaqda olan, artıq bütünlüklə macar dilində danışan, fəqət öz türk köklərini unutmayan bir xalq yaşayır. Onlar özlərini "sekel" adlandırırlar. Bu xalqın ən azı XVl əsrə qədər türk- -run (Orxon-Yenisey) əlifbasından istifadə etdiyi, bu əlifba ilə yazılmış zəngin ədəbiyyata malik olduğu, dillərinin isə Avropanın geniş əraziləində işləndiyi məlumdur. Bu barədə Murad Aci yazır:

"Münhendən olan həvəskar şərqşünas Frans Babinger Ausburqda Fuqqerlərə mənsub knyaz və qrafların arxivində işlərkən 1553–1555-ci illərin hadisələrindən bəhs edən qədim mətnlərə rast gəldi. Bu mətnlər əvvəllər, çox güman ki, tövlə olmuş bir binanın divarlarından kopiyalanmışdı və heç kəs onlara heç bir əhəmiyyət vermirdi, lakin Babinger Tomsenin əsərləri ilə tanış olduğundan bu mətnin hərflərinin qədim türk əlifbasının hərflərini xatırlatdığını dərhal sezdi və onları Kopenhagenə-Vilhelm Tomsenə göndərdi. Mətnləri alan Tomsen çətin vəziyyətə düşdü. Yazının hərfləri türk hərflərini xatırlatsa da, onlardan bir qədər fərqlənirdi. Yalnız xüsusi tədqiqatlardan sonra hər şey aydın oldu: Alimlərin önünə türk dilinin Avropa dialekti çıxmışdı."[1]

Tapılan mətn macar salnamələrindən məlum olan bir hadisədən söhbət açdığı üçün onun Avropa mənşəliliyinə heç bir şübhə yox idi. Mətnin dilini Tomsen "qədim macar dili" adlandırdı. Sonralar məlum oldu ki, bu sekellərin dilidir. Sekellər artıq çoxdan macarlaşmış olsalar da və türk dilini unutsalar da özlərinin türk mənşəliliyini unutmamışdılar.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Аджи М. Европа, тюрки, Великая степь. "Мысль", Москва, 1998. c.109–110.
  2. Аджи М. Европа, тюрки, Великая степь. "Мысль", Москва, 1998. c.111.