Sehrli ləçək (film, 1983) — Vikipediya

Sehrli ləçək
Janr uşaq
Rejissor Əsgər Məmmədov
Ssenari müəllifi Eldəniz Quliyev
Operator Ramiz Ağayev
Bəstəkar Azər Dadaşov
Rəssam Tahir Piriyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1983
Filmin növü qısametrajlı cizgi filmi
Ölkələr SSRİ SSRİ
İl 1983
Texniki məlumatlar 35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Günlərin birində balaca oğlan çərpələng uçurarkən onun çərpələngi gözlənilmədən yerə düşür. Sən demə, qanadı sınmış bir kəpənək həmin çərpələngin üstünə qonubmuş. Kəpənək dil açıb oğlana deyir ki, mənim qanadımı yalnız sehrli gülün ləçəyi sağalda bilər. Oğlan həmin gülün ləçəyini tapıb kəpənəyin qanadını sağaldana kimi başına çoxlu əhvalatlar gəlir.

Bu alleqorik nağılda insanla təbiətin qarşılıqlı əlaqəsindən, insanın ətrafındakılara qarşı diqqətli olmasından, xeyirxah əməllərindən bəhs edilir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Əsgər Məmmədov
Ssenari müəllifi: Eldəniz Quliyev
Quruluşçu rəssam: Tahir Piriyev
Operator: Ramiz Ağayev
Bəstəkar: Azər Dadaşov
Səs operatoru: Akif Nuriyev

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.