Seçki sistemi — Vikipediya

Map of electoral system for national legislatures, 2012 (2012) tarixinə olan məlumata əsasən,.
  Nisbi çoxluq sistemi
  İki mərhələli sistem
  Alternativ səs sistemi
  Majoritar bonus sistemi
  Blok səs sistemi
  Ümumi bilet sistemi
  Tək transfer edilməyən seçki sistemi
  Komulyativ seçki sistemi
  Borda hesablaması sistemi
  Partiya siyahılı proporsional seçki sistemi
  Tək transfer edilə bilən seçki sistemi
Şablon:Legend inlineŞablon:Legend inline
Şablon:Legend inlineŞablon:Legend inlineŞablon:Legend inlineŞablon:Legend inline

Seçki sistemi seçkilərinreferendumların necə keçirildiyini və onların nəticələrinin necə müəyyən edildiyini özündə ehtiva edən qanunlar toplusudur. Siyasi seçki sistemləri hökumətlər tərəfindən müəyyən edilsə də, biznesdə, qeyri-hökumət təşkilatlarında və rəsmi olmayan təşkilatlarda da müəyyən seçki sisteminə əsaslanan seçkilər təşkil edilə bilər.

Seçki sistemləri seçki prosesinin bütün yönlərini özündə ehtiva edir: nə zaman seçkilər keçirilir, kimlər səs verə bilər, kimlər namizəd ola bilər, bülletenlər necə işarələnir və necə hesablanır, seçki kompaniyasi xərcləmələrinin limiti nə qədər olur və s. Seçki sistemləri konstitutsiyalar və ya seçki qanunları ilə müəyyən edilir və çox zaman müəyən seçki komissiyaları vasitəsilə həyata keçirilir. Müxtəlif məqsədlər üçün müxtəlif seçki sistemlərindən istifadə oluna bilər.

Bəzi seçki sistemləri prezident, baş nazir, qubernator kimi yalnız 1 qalibi müəyyən edir, bəziləri isə parlament üzvləri, direktor şurası üzvləri kimi birdən çox qalibi müəyyən edir. Xeyli sayda seçki sistemləri mövcud olsa da, daha çox bunlardan istifadə olunur: Nisbi əksəriyyət sistemi, iki mərhələli sistem, proporsional seçki sistemi və öncəlikli seçki sistemi. Bəzi seçki sistemləri isə qarışıqdır. Məsələn qarışıq seçki sistemi qeyri-proporsional və proporsional seçki sistemlərinin üstünlüklərini birləşdirmək üçün yaradılmışdır.

Rəsmən tanımlanmış seçki sistemlərinin çalışmasına sosial seçim nəzəriyyəsi və ya seçki nəzəriyyəsi deyilir. Bu etüd siyasət, iqtisadiyyat, riyaziyyat və xüsusilə oyun nəzəriyyəsi və mexanizm dizaynı sahələrində reallaşdırılır. Arrounun mümkünsüzlük nəzəriyyəsi göstərir ki, seçicilərə 3 və ya daha çox seçim verilən zaman onlar ictimaiyyətin qlobal seçimlərini proporsionalmajoritar seçki sistemlərindəki kimi yansıta bilmirlər.

Seçki sistemlərinin növləri[redaktə | mənbəni redaktə et]

Çoxluq sistemləri[redaktə | mənbəni redaktə et]

Çoxluq sistemləri elə bir seçki sistemidir ki, daha çox səs toplaya bilmiş namizəd qalib gəlir. Qalib gəlmək üçün səslərin 50 faizdən çoxunu qazanmaq lazım deyil. Bu sistem qanunverici orqanlara olan seçkilərdə ən çox istifadə olunan ikinci sistemdir. Dünyada bu növ seçkilərdə 58 ölkədə istifadə edilir. Bu sistemdən xüsusən keçmiş Böyük BritaniyaAmerika koloniyalarında və bölgələrində iştifadə olunur. Bu sistem həmçinin prezident seçkilərində ən çox istifadə olunan ikinci sistemdir. Bu sistemdən prezident seçkilərində 19 ölkədə istifadə olunur.[1]

Bir çox hallarda seçilmək üçün çox vəzifə olduğu zaman majoritar seçki sistemi blok səsverməsinə baş vurur. Bu özünü iki əsas formada göstərir. Birincidə seçicilərin seçkili yer qədər səsləri var və istədikləri namizədə səs verə bilərlər. Bundan 8 ölkədə istifadə olunur.[2] Digər formada isə seçicilərə seçkili yerin sayından az səs verə bilmə haqqı verilir. Belə sistemdən Cəbəllütariqdə istifadə olunur. "Tək transfer edilməyən səsvermə"də isə seçici məslən parlament seçkilərində yalnız bir namizədə səs verə bilir.[1] Ən çox səs toplamış namizədlər isə sonda qalib elan olunur. Bu sistemdən Əfqanıstanda, Küveytdə, Pitkern adalarındaVanuatuda istifadə edilir. Blok səsvermənin digər forması patiya blok səsverməsidir. Seçici bir partiyanın müxtəlif namizədlərindən birini seçir. bu formadan qarışıq sistemin hissəsi kimi 5 ölkədə istifadə edilir. Bundan əlavə Dovdall sistemi də mövcuddur. Bu sistem də Borca qaydasında istifadə edilir.[1]

Majoritar sistemlər[redaktə | mənbəni redaktə et]

Majoritar seçki sistemi elə bir sistemdir ki, burada qalib gələn şəxs səslərin əksəriyyətini qazanmalıdır. Lakin bəzi hallarda növbəti turlarda da üstünlük hər hansısa tərəfə keçmirsə, son turda daha çox səs qazanmış şəxs qalib elan olunur.[3]

Majoritar seşki sistemində alternativ səsdən istifadə oluna bilər. Belə olduğu halda, seçicilər öz seçim öncəliklərinə uyğun namizədləri sıralaya bilərlər. Bu sistemdən AvstraliyadaPapua Yeni Qvineyada parlament seçkilərində istifadə olunur. Əgər ilk mərhələdə səslərin əksəriyyətini heç bir namizəd qazana bilmirsə, ən az səs toplamış namizədlərin ikinci tərcihləri ümumiyə əlavə edilir. Bu hər hansısa namizədin 50 faizdən səs toplamasına qədər davam edir. əgər seçicilər bütün seçimlərindən istifadə etməyiblərsə sayım iki namizəd qalana qədər davam edir. Bu mərhələdə isə daha çox səs toplayan qalib gəlir. Alternativ səsin bir qədər dəyişdirilmiş forması da mövcuddur. Bu zaman seçicilərə bütün namizədləri sıralama haqqı verilmir, onlar yalnız limitli sayda namizədləri öz seçimlərinə uyğun sıralaya bilirlər. Əgər heç bir namizəd lazimi səsi toplaya bilmirsə o zaman ən çox səs toplamış 2 namizəddən başqa digərləri seçkidən kənarlaşdırılır və bu iki namizəd arasından qalib müəyyən edilir. Bu sistemdən Şri Lankada prezident seçkilərində istifadə olunur. Bu zaman seçicilərə 3 namizədə səs verməyə icazə verilir. Majoritar sistemin digər əsas forması iki mərhələli sistemdir. Bu sistem dünyada prezident seçkiləri üçün ən çox istifadə olunan sistemdir. Beləki dünyada 88 ölkədə prezident seçkilərində bu sistemdən istifadə olunur. Həmçinin 20 ölkədə də qanunverici orqanlara olan seçkilərdə bu sistemdən istifadə olunur.[1] Əgər ilk mərhələdə heç bir namizəd səslərin əksəriyyətini əldə edə bilmirsə ikinci mərhələ keçirilir. Bir çox hallarda ikinci mərhələdə birinci mərhələdə ən çox səs toplayan iki namizəd iştirak edir, lakin bəzi ölkələrdə ikinci mərhələdə 2-dən çox namizəd də iştirak edə bilər. Bu halda seçki çoxunluq səsverməsi sitemi ilə keçirilir. Bəzi ölkələrdə isə qarışıq sistemdən istifadə olunur. Məsələn Ekvadorda prezident seçkilərində namizəd 40 faiz səs toplayıbsa və bu ondan sonra ən çox səs toplayan namizədin səslərindən 10 faiz çoxdursa o qalib hesab edilir. Bu Argentinada 45 faiz — 10 faiz formasındadır.[4]

Əhatəli sistem iki mərhələ ilə limitli deyil. Lakin səsvermədə sonuncu yeri tutan namizəd seçkidən kənarlaşdırılır. Potensial mərhələlərin çoxluğuna görə bu ssitemdən aktual seçkilərdə istifadə edilmir. Bu sistemdən bəzi ölkələrin parlament sədrlərinin və İsveçrə Federal Şurasının üzvlərinin seçilməsində istifadə edilir. Bəzi formatlarda isə heç bir namizəd seçkidən kənarlaşdırılmır. Seçkilər hansısa namizədin səslərin əksəriyyətini qazandığı ana qədər davam edir. Buna misal olaraq ABŞ Seçicilər Komitəsində istifadə olunan sistemi göstərmək olar.

Proporsional sistem[redaktə | mənbəni redaktə et]

Proporsional seçki sistemindən istifadə edən ölkələrin.

Proporsional sistem dünyada qanunverici orqanlara keçirilən seçkilərdə ən çox istifadə olunan sistemdir. Bu sistemin müxtəlif formalarından 80-dən çox ölkədə istifadə olunur.

Partiya siyahılı proporsional sistem ən məşhur sistem kimi 80-dan çox ölkədə istifadə olunur. Burada seçicilər partiyalar tərəfindən təklif edilən namizədlərə səs verirlər. Qapalı siyahı sistemində seçicilərin partiya tərəfindən təklif edilən namizədlər üzərində heç bir təsir imkanı yoxdur. Lakin açıq siyahı sistemində seçicilər partiyanın siyahısının müəyyən edilməsinə və seçilməsinə təsir edə bilir. Bəzi ölkələrdə (məsələn Niderlandİsrail) "saf" proporsional sistemdən istifadə olunur.

Seçki limitinə uyğun olaraq partiya qalib gəlmək üçün müəyyən edilmiş faizdən çox səs toplamalıdır. Bunu hesablamaq üçün müxtəlif yollar vardır. Ən çox bu iki üsuldan istifadə olunur: ən yuxarı averaj metodu və ən geniş qalıq metodu.

Tək transfer edilə bilən səsvermə proporsional seçki sisteminin bir digər formasıdır. Bu sistemdə seçicilər partiya siyashısına səs verməkdən çox seçki bölgəsindən namizəd olanlar arasında seçim edirlər. Bundan Maltada və İrlandiya Respublikasında istifadə olunur. Seçilmək üçün hər bir namizəd minimum səs limitini keçməli olur. Namizədlər limiti keçdikdən sonra seçilirlər. Ən az səs toplayan namizədlərin səsləri bölünür. Bu seçkili yerə uyğun namizəd qalana qədər davam edir.

Qarışıq sistemlər[redaktə | mənbəni redaktə et]

Bəzi ölkələrdə qanunverici orqanlara olan seçkilərdə qarışıq sistemlərdən istifadə olunur. Bura paralel səsvermə və qarışıq proporsional seçki sistemi daxildir. 20 ölkədə istifadə olunan paralel səsvermə sistemində qanunverici orqan üzvlərini seçmək üçün 2 metoddan istifadə olunur.[1] Üzvlərin bir hissəsi çoxunluq və majoritar səsvermə ilə seçilir. Digər hissəsi isə proporsional üsul ilə seçilir. Bu iki metodla seçkinin nəticələrinin bir-birinə təsiri yoxdur.

8 ölkədə istifadə olunan qarışıq proporsional sistemdə isə qanunverici orqan üzvləri seçki dairələri və proporsional metodlar üzrə seçilir. Bu iki metod üzrə keçirilmiş seçkilərin bir-birinə təsiri olur və bir-birilərini balanslaşdırırlar.

Əlavə xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Bəzi seçki sistemləri hər hansısa partiyanın və ya koalisiyanın qanunverici orqanda üstünlük qazanmasına şərait yaratmaq üçün ona əlavə yerlər verilməsini nəzərdə tutur. Yunanıstanda seçkilərdə üstün gəlmiş partiyaya əlavə olaraq 50 yer də verilir, San Marinoda isə bu məqdəs üçün dəyişiklik edilmiş 2 mərhələli seçkidən istifadə olunur.[5] Sonda qalib gələn qrupa isə 60 nəfərlik parlamentdə 35 nəfərlik yer verilir.[6]

Uruqvayda prezident və Ümumi Məclisi seçkilər zamanı eyni zamanda bir bülletenlə seçilir. Seçicilər bir səslə həmin partiyannı prezidentliyə, senatorluğa və nümayəndələr məclisinə olan namizədlərinə səs verə bilərlər. Bu metoddan əvvəllər BoliviyaDominikanda da istifadə edilirdi.

İlk seçkilər[redaktə | mənbəni redaktə et]

İlk seçkilər rəsmi seçkilərdən əvvəl keçirilir. Formasına və yerinə görə rəsmi və ya qeyri-rəsmi ola bilər. Məqsəd isə səslərin parçalanmasının qarşısını almaqdır. Bu nümunədən İtaliyada istifadə edilir. Argentinada bu rəsmi seçkinin bir hissəsidir və seçkilərdən iki ay əvvəl keçirilir. 1,5 faizdən az səs toplayan partiyaların əsas seçkilərdə iştirakına icazə verilmir. Bu sistemin bəzi xüsusiyyətlərindən ABŞ-də da istifadə olunur.

Bilvasitə seçkilər[redaktə | mənbəni redaktə et]

Bəzi seçkilər bilvasitə seçki xüsusiyyətinə malikdirlər. Beləki belə sistemlərdə xalq səsverməsi ya tamamilə yoxdur, ya da xalq səsverməsi ümumi seçki prosesinin bir mərhələsidir. Son seçki isə müəyyən seçki komitələri tərəfindən edilir. Trinidad və TobaqoMavriki bir çox ölkələrdə prezident qanunverici orqan üzvləri tərəfindən seçilir. Hindistan kimi ölkələrdə isə milli və ştat qanunverici orqanları üzvlərindən ibarət olan seçki komitəsi prezidenti seçir. ABŞ-də prezident iki mərhələdə seçilir. İlk mərhələdə xalq prezidenti seçəcək şəxsləri seçir və onlar da sonda prezidenti seçir. Bu vəziyyət elə bir şeyə gətirib çıxara bilər ki, ölkə üzrə ən çox səs qazanmış şəxs prezident seçilə bilməz. Belə bir hadisə 2000 və 2016-cı ildə baş vermişdir.

Səsvermənin məcburi olduğu dövlətlər.

Qaydalar və tənzimləmələr[redaktə | mənbəni redaktə et]

Namizədlərin seçilməsi ilə bağlı spesifik metodlarla yanaşı seçki sistemlərinin özlərinin qaydaları və tənzimləmələri də mövcuddur. Bu adətən həmin ölkənin konstitutsiyası və ya seçki qanunu ilə tənzimlənir. İştirakçılar barədə qaydalar namizədlərin müəyyən edilməsini, seçicilərin qeydiyyatını, onların yerləşdirilməsini, əlavə olaraq poçt səsverməsi, daimi yaşamayanlarla bağlı məsələləri müəyyən edir. Digər qaydalar isə səsvermə vəsaitinin kağız bülleten, maşın səsverməsi və ya açq bülleten sistemi olmasını, səsvermələrin sayılması sistemini, müşahidə qaydalarını və səsvermənin təsdiq edilmə üsullarını müəyyən edir.

Seçki qaydaları yerlərdə səsvermə haqqını və namizəd olma haqqını məhdudlaşdırır. Əksər ölkələrdə ümumi seçki hüququ tətbiq edilir. Lakin onlar arasında səsvermə yaşının müəyyən edilməsində fərqlər mövcuddur. Səsvermə yaşı ən az 16, ən yuxarı isə 21-dir. İstisna olaraq, İtaliyada senata olan seçkilərdə iştirak edə bilmək üçün seçicilərin ən azı 25 yaşı olmalıdır. İnsanları seçki hüququ bəzi hallarda əllərindən alına bilər. Buna misal olaraq həbsdə olanları və ya nə vaxtsa həbsdə olmuşları (müəyyən maddələr üzrə), iflas etmişləri, cinayətkar qruplarla əlaqəsi olanları və ya silahlı qüvvələrdə xidmət edənləri göstərmək olar. Namizəd ola bilmə məsələlərində də bəzi limitlər vardır. Əksər ölkələrdə namizəd ola bilmə yaşı səsvermə yaşından yuxarıdır. 21 ölkədə isə səsvermə məcburidir.[7] Bəzi ölkələrdə isə bu məhdudiyyətlərin heç biri yoxdur.

Bəzi bölgələrdə seçkilər seçki dairələri üzrə həyata keçirilir. Burada seçki dairələrinin coğrafi sərhədləri dəqqi olaraq müəyyən edilir. Bəzi seçki dairələri olur ki, orada əhali az olur. Partiyalar belə "çürük yerlər"dən namizəd irəli sürməklə uğur qazanmaq istəyirlər. Belə yerlərdən adətən varlı ailələrin nümayəndələri qanunverici məclisdə işləmək mandatı əldə edir.

Bəzi ölkələrdə isə seçkilərin keçərli sayıla bilməsi üçün minimum seçici iştirakı şərti mövcuddur. Məsələn Serbiyada 1997-ci il seçkiləri 1 dəfə, 2002-ci il seçkiləri isə 3 dəfə təkrarlanmışdı. Bu şərt 2004-cü ildə ləğv edildi. Oxşar problem Belarusiyada da mövcud idi. 1995-ci ildə parlament seçkilərində seçkilər 4 dəfə təkrarlanmışdı.[8][9]

Bir çox ölkələrin qanunverici orqanlarında "rezerv edilmiş yerlər" mövcuddur. Bu yerlər həmin ölkənin etnik azlıqları, qadınları, gəncləri və ya fiziki məhdudiyyətli şəxsləri üçün nəzərdə tutula bilər (Mərakeş parlamentində qadınlar üçün 60 yer, gənclər üçün isə 30 yer rezerv edilmişdir. Bu yerlərə seçkilər isə ayrı seçki formasında aparılır). Bu yerlərə seçkilər ayrıca keçirilir və ya seçkilərin sonunda partiyaların topladığı səslərə uyğun partiyalar arasında bölünür. İordaniyada qadınlar üçün rezerv edilmiş yerlər vardır. Keniyada isə qadınlar, gənclər və fiziki məhdudiyyətli insanlar üçün rezerv edilmiş yerlər mövcuddur.[10]

Tarix[redaktə | mənbəni redaktə et]

Demokratiyadan əvvəlki dövr[redaktə | mənbəni redaktə et]

Qədim Yunanıstanİtaliyada seçki ən qədim zamanlardan ibtidai formada olsa da mövcud idi. Monarxiyaların erkən dövründə krallar hər hansısa məsələni etməmişdən xalqın təsdiqini almağa ehtiyac duyurdu. Buna görə xalq yığıncağı və ya xalq nümayəndələrinin yığıncağı keçirilirdi. Buraya gələn şəxslər müzakirə edilən məsələni ya qəbul edir ya da rədd edirdi. Bunu göstərmək üçün ya səs salır, ya da əllərini qaldırırdılar.[11]

Erkən demorkatiya dövrü[redaktə | mənbəni redaktə et]

Səsvermə e.ə. VI əsrdən Afina demokratiyasının ayrılmaz hissəsi kimi mövcud idi. Afinada bəzi vəzifələrə şəxslərin təyin edilməsində və qərarların qəbul edilməsində səsvermədən istifadə edilirdi. Lakin o zaman demokratiya hələ çox da inkişaf etmiş səviyyədə deyildi və səsvermələrin sonunda çox zaman varlılar qalib gəlirdilər.

Afinalılar tərəfindən yaradılmış səsvermə forması sonradan bütün yunan şəhər-dövlətlərinə yaranmışdı və bu barədə biz yunan əlyazmalarından məlumat əldə edirik. Məsələn əgər kiminsə 10 il müddətinə sürgün edilməsi səsverməyə qoyulurdusa o zaman səsvermə gizli formada həyata keçirilirdi. Qədim Romada seçki çox geniş yayılmış bir qavram idi. Lakin orada seçkilər daha çox korrupsiya və hədə-qorxu şəraitində keçirilirdi. Buna görə də e.ə. 139-cu illə e.ə. 107-ci illər arasında bəzi qanunlar qəbul edilmiş və bu qanunlarla bülletendən necə istifadə olunması, səsvermənin keçirildiyi qutuların möhürlənməsi və s. prosedurlar öz əksini tapmışdı. Qərarların qəbul edilməsi və ya şəxsin seçilməsi üçün səslərin sadə çoxluğu kifayət edirdi. e.ə. III əsrin ortalarına qədər Romada seçkilər zəngin təbəqənin mövqelərini qoruyurdu və seçkilərdə iştirak haqqı yalnız patrisilərə məxsus idi. Yalnız e.ə. III əsrin ortalarında plebeylər də vətəndaşlıq hüququ ala bildilər.[11]

Demokratiyaların erkən dövründə seçkilərdə çoxunluq seçki sistemindən və onun variantlarından istifadə olunurdu. Lakin XIII əsrdə Venesiya Respublikasında Böyük Şuraya seçkilər "qəbul edilmiş seçki sistemi"ndən istifadə edilirdi.[12] 10-a yaxın mərhələni əhatə edən seçkinin sonunda seçilən seçki komitəsi doju seçirdi. Bu cür seçki sistemi Venesiya Respublikasında təxminən 500 il, 1268-ci ildən 1797-ci ilə qədər mövcud olmuşdur.[13]

Yeni sistemlərin inkşafı[redaktə | mənbəni redaktə et]

Jan Carlz Borda 1770-ci ildə Fransa Elmlər Akademiyasına keçirilən seçkilərdə özünün yaratdığı "Borda üsulu"ndan istifadə edilməsini təklif etmişdi. Onun bu təklifinə Markez de Kondorket özünün yaratdığı "ikili qarşılaşdırma" üsulunu təklif edərək müxalif çıxmışdı. O, həmçinin Kondorket paradoksu barədə də yazmışdır. O, bunu "çoxluqların seçimlərin uyuşmazlığı" adlandırmışdı. Son araşdırmalar göstərir ki, Ramon Llull "Borda üsulu" ilə "ikili qarşılaşdırma" üsulu barədə XIII əsrdə yazdığı əsərində bəhs etmişdir. Onun bu haqda olan əlyazmaları itmişdi və yalnız 2001-ci ildə tapılmışdı. Buna görə də, 2001-ci ilə qədər Ramon Llullun araşdırmaları barədə elm aləminə heç nə məlum deyildi.[14] XVIII əsrin sonlarında ABŞ Konstitutsiyasında Nümayəndələr palatasındakı yerlərin bölünməsi mübahisə obyekti olaraq qalırdı. Aleksandr Hamilton, Tomas CeffersonDaniel Vebster tərəfindən müxtəlif təkliflər irəli sürüldü. Bu zaman ABŞ-də tətbiq edilməyə başlanan sistemin bir qədər təkmilləşdirilmiş forması XIX əsrdən Avropada işlədilməyə başlandı. Beləliklə eyni metodun iki müxtəlif adı oldu: Cefferson metodu D'Hondt metodu ilə, Vebster metodu Sainte-Laguë metodu ilə, Hamilton metodu Hare metodu ilə eynidir.[15]

"Tək transver edilə bilən səs" metodu (STV) Danimarkada 1855-ci ildə Karl Andre tərəfindən, Birləşmiş Krallıqda isə 1857-ci ildə Tomas Hare tərəfindən kəşf edilmişdir. STV sistemi əsasında ilk seçki 1856-cı ildə Danimarkada keçirilmişdir. 1896-cı ildə Endryu İnglis Klark tərəfindən bəzi dəyişiklik edilərək Tasmaniyada da tətbiq edilmişdir. Partiya siyahılı proporsional seçki sistemi XX əsrin əvvəllərindən Avropada qanunverici orqanlara olan seçkilərdə istifadə olunur. Bu sistemdən ilk dəfə 1900-cü il Belçika ümumi seçkilərində istifadə edilmişdir. O zamandan etibarən demokratik cəmiyyətlərin əksəriyyətində bu üsuldan istifadə olunmağa başladı. İstisnaların əksəriyyəti isə keçmiş Böyük Britaniya müstəmləkələri idi.[16]

Tək qalibli sistemlərin dirçəlişi[redaktə | mənbəni redaktə et]

Çox güman ki, çox qalibli seçki sistemlərinin çox sürətlə yayılmasından sonra nəzəriyyəçilər XIX əsrin ortalarından etibarən tək qalibli sistemlər haqda yazmağa başladılar. Bu təxminən 1870-ci ildə başlamışdır, bu ildə Uilyam Robert STV-nin tək qalibli seçki sisteminə tətbiq edilməsini təklif etmişdir. Tezliklə riyaziyyatçılar yenidən Kondorketın ideyalarını araşdırmağa başaldılar və bu barədə yeni kəşflərə imza atdılar.[17] Edvard J. Nanson "Borda üsulu" ilə "alternatov səs" metodunu birləşdirərək "Nanson metodu"nu meydana gətirdi. Çarlz Dodqson Kondorket metodu üzərində çalışaraq Dodgson metodunu yaratmışdı. Bu metod nümayəndəli seçki metodu ilə çox qalibli metodun birləşməsindən yaradılmışdı.

Dərəcəli səsvermə sistemi XX əsrin əvvəlində nəhayət ki, yetəri qədər dəstək toplaya bildi və bəzi ölkələrdə tətbiq edilməyə başlandı. Avstraliyada İRV 1893-cü ildə tətbiq edilmişdir, bu gün də STV ilə birlikdə istifadə olunmaqdadır. XX əsrin əvvəllərində ABŞ-də bəzi bələdiyyələt Bucklin üsulu ilə seçilirdi, lakin bu hökumət seçkilərində heç vaxt tətbiq edilmədi. Minnesota ştatında isə bu konstitutsiyaya zidd elan edilmişdi.[18]

Son dəyişikliklər[redaktə | mənbəni redaktə et]

Seçki sistemlərinin analiz edilməsində oyun nəzəriyyəsinin istifadəsi bəzi metodların təsiri haqda yeni kəşfləri ortaya çıxardı. Bundan əvvəllərdə də Arronun mümkünsüzlük nəzəriyyəsi kimi nəzəriyyələr Dərəcəli səsvermə sistemi ilə bağlı məsələləri gün üzünə çıxarmışdı. Steven Brams və Peter Fişburnun rəhbərlik etdiyi araşdırmalar 1977-ci ildə qəbul edilmiş səsvermə sisteminin rəsmi olaraq tanınmasına və istifadəsinə səbəb olmuşdu. XX əsrin politoloqları bir ölkənin seçki sisteminin həmin ölkənin siyasi sisteminə, o ölkədəki seçicilərin seçiminə və ölkədəki siyasi stabilliyə təsirləri barədə xeyli araşdırmalar etmişdilər. Bəzi elm xadimləri də bir millətin seçki sistemini dəyişdirməsinə nəyin səbəb olmasını araşdırmışdır. Bu dövrlərin ən məşhur alimlərindən biri də Nokilaus Tidemandır. O, Kondorket metodu əsasında dərəcəli cütlük metodunu yaratmıdşır.[19][20][21][22][23]

Seçki sistemlərinin bu dərəcə araşdırılması seçki sistemkəri üzərində 1990-cı illərdən etibarən islahatların aparılması ilə nəticələndi. Təkliflər əsasın çoxunluq seçki sisteminin digər sistemlərlə əvəz edilməsi barədə idi. Yeni Zelandiya 1993-cü ildə ümumi seçkilər üçün qarışıq proporsional seçki sistemini, 2004-cü ildə isə məhəlli seçkilər üçün STV metodunu tətbiq etməyə başladı. 2000-ci il prezident seçkilərində çoxunluq seçki sisteminin bəzi etirazlara səbəb olmasından sonra bəzi bələdiyyələr İRV metoduna keçdi. Bəziləri isə daha sonralar yenidən əvvəlki sistemə geri döndülər. Hər halda, dəyişikliklər etmək həmişə mümkün olmurdu. Kanadada STV metodunu tətbiq etmək üçün 2005 və 2009-cu illərdə keçriilmiş referendum uğursuzluqla nəticələndi və yeni təkliflər xalq tərəfindən rədd edildi. 2011-ci ildə Birləşmiş Krallıqda aletrnativ səsvermə sistemi təklifi də xalq tərəfindən rədd edilmişdi.[24][25][26][27]

Bəzi ölkələrdə isə çoxunluq və ya mojaritar sistemlərin bərpa edilməsi və ya qurulması təklifləri edilirdi. 1994-cü ildə Ekvadorda iki mərhələli seçki sisteminə keçmək məsələsi referenduma çıxarılsa da, rədd edilmişdi. Belə seçki referendumlarından biri də Rumıniyada keçirilmişdi. Referendumun məqsədi parlamentə olan seçkiləri iki mərhələli etmək idi, lakin referenduma vətəndaşların qatılımı çox aşağı olduğuna görə təklif qəbul edilməmişdi. 2015 və 2016-cı ildə PolşaBolqarıstanda da seçki sistemi dəyişikliyi üçün referendumlar keçirilmişdi. Hər iki referendumda da əhali təklifləri rədd etmişdi.[28]

Seçki sistemlərinin müqayisəsi[redaktə | mənbəni redaktə et]

Seçki sistemləri müxtəlif mənalar üzrə müqayisə edilə bilər. Sistemə istiqamətlənən münasibətlər əsasən həmin sistemin dəstəkçilər və əleyhinə olanlar üzərindəki təsirindən ibarətdir. Bu da sistemlərin müqayisələrini bir qədər çətinləşdirir. Bu problemi müzakirə etmənin bir neçə ylu vardır:

  • Bir seçki sisteminin digəri ilə müqayisədə üstünlükləri və çatışmazlıqları riyazi baxımdan müəyyən edilməlidir. Bu bizə mükəmməl obyektiv nəticə verəcəkdir. Lakin bunun praktiki tərəfləri isə mübahisəlidir.
  • Digər bir yol isə ideal seçki sistemini müəyyən etmək və sonra da müqayisə edilən seçki sistemlərinin hansının buna daha yaxın və ya daha uzaq olmasını müəyyən etmək lazımdır. Bu bizə uyğun praktiki bilgi verəcəkdir, lakin məsələnin digər yanı isə mübahisəlidir.
  • Son yol isə dəqiq olaraq müəyyən edilməmiş kriteriyalar yaratmaq və ardıyca hər bir metodu bu kriteriyalara uyğun olaraq dəyərləndirmək üçün neytral struktur formalaşdırmaqdır. Bu yanaşma digər iki yanaşmanın gözdən qaçırdığı seçki sistemlərinin daxilinə boylana bilər, lakin bi kriteriyaların tanımları və idarəçiliyin dəyərləndirilməsi qaçınılmaz olaraq subyektivdir.

Arrou və Qibbardın teoremləri sübut etdi ki, dərəcəli və kardinal seçki sistemləri heç vaxt bu kriteriyaların hamısını qarşılaya bilməz. Hansı kriteriyanın daha vacib olmasını müzakirə etməkdənsə müxtəlif seçkilərdə müxtəlif seçki sistemlərindən istifadə etmək olar. Bu zaman müşahidə etmək lazımdır ki, hansı seçki sistemindən istifadə edərkən seçicilər daha xoşbəxt və razıdırlar.[29][30]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 "Table of Electoral Systems Worldwide" (ing. ). 2017-05-23 tarixində orijinalından arxivləşdirilib.
  2. "Nauru Parliament: Electoral system" (ing. ). ipu.org. 20 yanvar 2019 tarixində arxivləşdirilib.
  3. "Democratic Socialist Republic of Sri Lanka" (ing. ). www.electionguide.org. 28 iyun 2019 tarixində arxivləşdirilib.
  4. "Ecuador: Election for President" (ing. ). www.electionguide.org. Archived from the original on 2022-01-23.
  5. "Hellenic Parliament: Electoral system" (ing. ). 24 fevral 2018 tarixində arxivləşdirilib.
  6. "SAN MARINO: Consiglio grande e generale (Great and General Council)" (ing. ). 24 fevral 2018 tarixində arxivləşdirilib.
  7. "Suffrage" (ing. ). 28 iyun 2019 tarixində arxivləşdirilib.
  8. "Pro-Western Candidate Wins Serbian Presidential Poll" (ing. ). 2019-06-28 tarixində orijinalından arxivləşdirilib.
  9. "BELARUS: Parliamentary Chamber: Verkhovny Soviet" (ing. ). 25 noyabr 2018 tarixində arxivləşdirilib.
  10. "Sejm (Sejm)". 28 iyun 2019 tarixində arxivləşdirilib.
  11. 1 2 "Voting" (ing. ). Encyclopædia Britannica. 2022-07-14 tarixində arxivləşdirilib.
  12. J.J. O'Connor & E. F. Robertson. Electing the Doge of Venice: analysis of a 13th Century protocol (PDF). HP Laboratories Bristol. 2007.
  13. Miranda Mowbray & Dieter Gollmann. Electing the Doge of Venice: Analysis of a 13th Century Protocol. 2007.
  14. G. Hägele & F. Pukelsheim. Llull's writings on electoral systems. III. Studia Lulliana. 2001. səh. 3-38.
  15. "Apportionment: Introduction" (ing. ). 2019-06-23 tarixində orijinalından arxivləşdirilib.
  16. "Proportional Voting Around the World" (ing. ). www.fairvote.org. 2019-06-28 tarixində orijinalından arxivləşdirilib.
  17. "The History of Instant Runoff Voting" (ing. ). www.fairvote.org. 9 iyun 2019 tarixində arxivləşdirilib.
  18. Tony Anderson Solgård & Paul Landskroener. Municipal Voting System Reform: Overcoming the Legal Obstacles. 59. Bench & Bar of Minnesota. 2002.
  19. Duverger, Maurice (1954) Political Parties, Wiley ISBN 0-416-68320-7
  20. Rein Taagapera & Matthew S. Shugart. Seats and Votes: The Effects and Determinants of Electoral Systems. Yale University Press. 1989.
  21. Douglas W. Rae. The Political Consequences of Electoral Laws. Yale University Press. 1971. ISBN 0-300-01517-8.
  22. Ferdinand A. Hermens. Democracy or Anarchy? A Study of Proportional Representation. University of Notre Dame. 1941.
  23. Arend Lijphart. Electoral Systems and Party Systems: A Study of Twenty-Seven Democracies 1945–1990. Oxford University Press. 1994. ISBN 0-19-828054-8.
  24. Arend Lijphart. The Field of Electoral Systems Research: A Critical Survey. IV. Electoral Studies. 1985.
  25. Arend Lijphart. Democratization and Constitutional Choices in Czecho-Slovakia, Hungary and Poland, 1989–1991. IV. Journal of Theoretical Politics. 1992. səh. 207-223.
  26. Stein Rokkan. Citizens, Elections, Parties: Approaches to the Comparative Study of the Process of Development. Universitetsforlaget. 1970.
  27. Ronald Rogowski. Trade and the Variety of Democratic Institutions. International Organization. 1987. səh. 203-224.
  28. Carles Boix (1999). Setting the Rules of the Game: The Choice of Electoral Systems in Advanced Democracies. American Political Science Review. 1999. səh. 609-624.
  29. "What is Voter Satisfaction Efficiency?" (ing. ). 28 iyun 2019 tarixində arxivləşdirilib.
  30. ""Bayesian Regret for dummies"" (ing. ). rangevoting.org. 2019-06-18 tarixində orijinalından arxivləşdirilib.