Saylau Serikov — Vikipediya

Saylau Serikov
Serikov Saylau Dosumoviç
Doğum tarixi
Doğum yeri Qostanay vilayəti, Qazaxıstan SSR, SSRİ
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Qarakənd, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Atası Dosum
Milliyyəti Qazax
Fəaliyyəti polis polkovniki, nazir muavini

Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович, 24 dekabr 1940 - 20 noyabr 1991) - Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir.

24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir.[1]

1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.[2]

20 noyabr 1991-ci il yerli saatla 14:42 vurulan SSRİ DİN-nin Mi-8 helikopterində həlak olmuşdur.

Almatı şəhərində dəfn edilmişdir. Ölümündən sonra xatirəsini əbədiləşdirmək məqsədiyə Almatı şəhərindəki küçələrdən birinə onun adı verilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Карточка ID-195 - Сериков Сайлау Досумович". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.
  2. Даурен ЗАРКЫМХАНОВ - Хранитель частицы истории страны[ölü keçid]
  3. "Память погибших 25 лет назад в Нагорном Карабахе почтили в Алматы". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-11.