Saxur dili — Vikipediya

Saxur dili (sax. цIаIхна миз) — AzərbaycandaDağıstanda danışılan ləzgi dillərindən biri. Azərbaycanda əsasən ZaqatalaQax rayonlarında, Dağıstanda isə Rutul rayonunda yerləşən saxur kəndlərində işlənilir. Danışanların sayı 60 min nəfərdən çoxdur.

İlk dəfə saxur dilinə dair elmi iş 1895-ci ildə alman dilçisi Roderix fon Erkert tərəfindən yazılmışdı. 1913-cü ildə digər alim Artur Dirr saxur dilinin ilk qrammatikasını tərtib etmişdi. Dilin ədəbi forması 1930-cu ildə Qanıx şivəsinin əsasında qurulmuşdu. 1934-cü ildən bəri məktəblərdə keçirilirdi, lakin Azərbaycanda 1938-cu ildə dərs kimi ləğv olundu və dilin tədrisi bir də 1989-cu ildə bərpa edildi.

Saxur dilində ismin 18 halı, felin 7 növü vardır.

2009-cu ildə Azərbaycanda "Buta Film" kinostudiyası "Arxası Qibləyə" (sax. "Къиблайыка йыкьыгьийна") adlı ilk saxurdilli film çəkmişdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]