Sarıdərə yaşayış yeri — Vikipediya

Sarıdərə yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Şahbuz
Yerləşir
Aidiyyatı Tunc dövrü
Tikilmə tarixi e.ə. III – I miniliklər
Üslubu arxeoloji abidə
İstinad nöm.2083
KateqoriyaNekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Sarıdərə (Azərbaycan)
Sarıdərə

Sarıdərə yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində yerləşən abidələr kompleksi.

Sarıdərə yaşayış yeri Şahbuz rayonun Aşağı Remeşin kəndi yaxınlığında, Küküçayın sağ sahilində, hündür təpə üzərində yerləşir. Abidə tunc dövrünə aid edilir.

Yaşayış yeri hər tərəfdən dərin dərələrlə sərhədlənir. Abidə oval planda olub iki terrasdan ibarətdir. Abidənin sahəsi 1500 m² – dir. Burada tikinti qalıqlarına təsadüf edilmişdir. Yerüstü materiallar çəhrayı və boz rəngli gil məmulatından ibarətdir.

Təpənin yamacında boz və qara rəngli tufdan hazırlanmış dən daşlarına təsadüf edilmişdir. Tapıntıların təhlili və analizi Sarıdərə yaşayış yerinin e.ə. III – I minilliklərə aid olmasını göstərmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ə. İ. Novruzlu, V. B. Baxşəliyev – Şahbuz bölgəsinin arxeoloji abidələri, Bakı, 1992

Həmçinin bax[redaktə | mənbəni redaktə et]