Sarıca (Şəki) — Vikipediya

Sarıca
40°52′32″ şm. e. 47°20′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sarıca xəritədə
Sarıca
Sarıca

SarıcaAzərbaycan Respublikasının Şəki rayonunun Qayabaşı kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Turan qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Sarıca qəsəbəsi Sarıca kəndi hesab edilmişdir.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Sarıca kəndi 1930-cu ildə yaradılmışdır. Azərbaycan SSR-də mövcud olan Orconikidze adına taxılçılıq sovxozunun 3 nömrəli sovxozu kimi fəaliyyət göstərmişdir. Sovet təssərrüfat sistemi dağıldıqdan sonra Orconikidze taxılçılıq sovxozu ləvğ olunmuşdur.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 45 km Cənub-Qərbdə, Şəki yaylası ərazisində, Oğuz-Yevlax yolunun üstündə yerləşir. Kəndin yaxınlığndan Böyük Qafqaz çay sisteminə daxil olan Əlicançay keçir. Kəndin içməli suya olan təlabatı bu çay vasitəsi ilə təmin olunur.

Əhalisi[redaktə | mənbəni redaktə et]

Kəndin əhalisi 866 nəfər təşkil edir ki, onun da 424 nəfəri kişi, 442 nəfəri isə qadındır.

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Əhalisi kənd təsərrüfatının əkinçilikmaldarlıq sahəsi ilə məşğul olur. Azərbaycanın əsas taxılçılıq mərkəzlərindən biridir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə bir orta ümumtəhsil məktəbi, uşaq bağçası, ictimai tədbirlərin təşkili üçün mədəniyyət mərkəzi vardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]