Sarıbaba (Şuşa) — Vikipediya

Sarıbaba
39°40′46″ şm. e. 46°35′05″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.500 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sarıbaba xəritədə
Sarıbaba
Sarıbaba
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sarıbaba (əvvəlki adı: Yextsahoq)[1]; həmçinin bəzi mənbələrdə Salatınkənd[2]Azərbaycan Respublikasının Şuşa rayonunun Sarıbaba kənd inzibati ərazi dairəsində kənd[3][4].

Toponimikası[redaktə | mənbəni redaktə et]

Azərbaycan toponimlərinin ensiklopedik lüğətində qeyd olunur ki, yaşayış məntəqəsində XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri yerləşdirilmiş və sonralar Yextsahog (ermənicə "kilsə yeri") adlandırılmışdı[2]. Həmçinin lüğətdə qeyd olunur ki, 1991-ci ilin yanvarında kəndə ermənilərin vəhşicəsinə qətlə yetirdiyi jurnalist Salatın Əsgərovanın adı verilmişdir.[2] Lakin 5 oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba dağının[5] adı ilə[6] Sarıbaba kəndi adlandırıldı, Yextsahoq kənd inzibati-ərazi vahidi isə Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırıldı[1]. Hal-hazırda Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında sözügedən kəndin adı Sarıbaba kimi göstərilibdir[3][4].

14 dekabr 2021-ci il tarixində Milli Məclisin payız sessiyasının iclasında deputat Qənirə Paşayeva bildirmişdi ki, Salatın Əsgərova şəhid olan zaman o vaxtkı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və Salatınkənd adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi amma Salatınkənd adlandırılmadığı aydın olub. Qənirə Paşayeva həmçinin öz çıxışında Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarlarının və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq çıxışında Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə Salatınkənd adlandırılmasını xahiş etdi.[7]

Jurnalist Sultan Laçının araşdırmasına görə, Salatın Əsgərovanın qətlə yetirildiyi həmin il Azərbaycan parlamentinin qərarıyla kənd onun xatirəsinə Salatınkənd adlandırılıb, lakin sonradan nədənsə həmin qərar Azərbaycan hökuməti tərəfindən rəsmiləşdirilməyib və kənd rəsmən Sarıbaba adını daşıyır. Həmçinin, Sultan Laçın 1991-ci ildən bəriki bütün yazılarında həmin məntəqəni Salatınkənd kimi göstərdiyini bildirir.[8]

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd dağətəyi ərazidə yerləşir[2].

Tarixi[redaktə | mənbəni redaktə et]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur[6].

Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şuşa rayonunun Yextsahoq kənd inzibati-ərazi vahidi tərkibindəki Yextsahoq kəndi Sarıbaba kəndi, Yextsahoq kənd inzibati-ərazi vahidi Sarıbaba kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1]

1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Sarıbaba kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2022-ci ilin avqustundan Ermənistan və Dağlıq Qarabağ arasında olan Laçın dəhlizini əvəz edən və o zaman Rusiya sülhməramlılarının nəzarətində olan yeni dəhlizdə yerləşirdi.[9]19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır[10].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
  2. 1 2 3 4 AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ (az.). II CİLD. BAKI: ŞƏRQ-QƏRB. 2007. 171. ISBN ISBN 978-9952-34-156-0.. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19. (#invalid_param_val)
  3. 1 2 "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  4. 1 2 İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 95.
  5. AZƏRBAYCAN TOPONİMLƏRİNİN ENSİKLOPEDİK LÜĞƏTİ (az.). II CİLD. BAKI: ŞƏRQ-QƏRB. 2007. 175. ISBN ISBN 978-9952-34-156-0.. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19. (#invalid_param_val)
  6. 1 2 Studio, Balans Web. "Ermənilər Şuşanın Sarıbaba kəndini boşaltdılar". ANS Press (az.). 2023-09-24. 2024-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-21.
  7. Ayna.az. "Səfər Mehdiyevdən spikerə zəng, Milli Qəhrəmanın tanınmayan haqqı və... - İCLAS". Ayna.az (ingilis). 2021-12-14. 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  8. moderator.az. "Salatın Əsgərovanın adını daşımalı olan - ermənilərin yaşadığı kənd...-ARAŞDIRMA". moderator.az (az.). 2024-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-19.
  9. Busaat.az. "Sülhməramlılar yeni yolu "Laçın dəhlizi" kimi RƏSMİLƏŞDİRDİ – ŞOK MƏQSƏDİN DETALLARI" (az.). Busaat.az. 10.09.2022. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
  10. "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]