Sarı gəlin (film, 1998) — Vikipediya

Sarı gəlin
Fayl:Sarı gəlin (film, 1998).jpg
Janr dram
macəra
müharibə
Rejissorlar Yavər Rzayev
Ssenari müəllifləri Yavər Rzayev
Baş rollarda Hacı İsmayılov — Qədir
Cahangir Novruzov — Artavas
Münəvvər Əliyeva — Sarı gəlin
Ramiz Novruzov — Rasim
Fərman Abdullayev — Samvel
Operator Rövşən Quliyev
Bəstəkar Səyavuş Kərimi
Rəssam Rafiq Nəsirov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1998
Filmin növü tammetrajlı bədii film
Müddət 84 dəqiqə
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 1998
Texniki məlumatlar 9 hissə
2383 metr
35 mm
Rəng Rəngli
IMDb ID21956208

Sarı gəlinmüharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən bəhs edən film.

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir (Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim (Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası (Cahangir Novruzov) öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür...

Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır.

"Sarı gəlin" rəmzi addır. Bizim xalq mahnımız "Sarı gəlin" ermənilər arasında da geniş yayılmışdır. Bu mahnı ilə müəlliflər demək istəmişlər ki, əsrlərlə qonşu olmuş iki millət daim düşmən qalaraq yaşaya bilməz. Çünki müharibə uzandıqca "Sarı gəlin"lər hələ çox göz yaşı tökəcək.

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

  • Ən yaxşı kinossenariyə görə baş Priz — 1999-cu ildə Anapada (Rusiya) Beynəlxalq "Kinoşok" kinofestivalı[1]
  • "Azadlıq" Prizi və pul Mükafatı (Filip Morris Şirkəti) (az iqtisadi vəsaitlə yüksək səviyyədə vizual poeziyaya nail olduğuna görə) — 2000-ci ildə Karlovı-Varıda (Çexiya) Beynəlxalq kinofestival[2]

Film haqqında[redaktə | mənbəni redaktə et]

Filmdə Azərbaycan xalq musiqisi "Sarı gəlin"dən istifadə edilmişdir.

Filmin çəkilişlərinə Daşkəsən rayonu Bayan kəndi sakinləri və Şamaxı rayonu sakinləri köməklik göstərmişlər.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Yavər Rzayev
Quruluşçu rejissor: Yavər Rzayev
Quruluşçu operator: Rövşən Quliyev
Bəstəkar: Səyavuş Kərimi
Quruluşçu rəssam: Rafiq Nəsirov
Səs operatoru: Bəkir Bəkirzadə
Redaktor: Ramiz Rövşən (Ramiz Əliyev kimi)
Musiqi redaktoru: İsmayıl Dadaşov
İcraçı prodüser: Əlfi Şükürov
Məsləhətçi: Məhəmməd Bəydullayev (polkovnik), Qalib İsayev (polkovnik)
Kamançada ifa edən: Habil Əliyev
Çalır: Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl
Solist: Cəmilə Kamal, Səyavuş Kərimi, Hüseynağa Yəhyayev, Elşən Qasımov
Rejissor: Adil İsmayılov
Operator: Sərvər Rəşidoğlu
Rejissor assistenti: Yusif Quliyev (Y.Quliyev kimi), Elşən Zeynalov, Cəbrayıl Rzayev
Operator assistenti: Nizami Səfərov, N.Nağıyev
İnzibatçı: İnessa Safronova, Ədalət Yunusov, Muxtar İbadov
Qrim rəssamı: Berta Roqova
Montaj üzrə assistent: Tamilla Muxtarova, Xuraman Pişiyari
Geyim rəssamı: A.Mahmudova
Əlbəsəçi: G.Hüseynova
İşıq Ustası: S.Əliyev, Akif Rəhimov, Tahir Bağırov (T.Bağırov kimi)
İşıq tənzimləyicisi: Əminə Cəfərova
Sürücü: Muxtar Əzizbəyov, Oqtay Əliyev, Ə.Abdulov, Ə.Bərxudarov
Pirotexnik: Dmitri Kasilov, Əlibala Məmmədov

Rollarda[redaktə | mənbəni redaktə et]

Hacı İsmayılov — Qədir
Cahangir Novruzov — Artavas
Münəvvər Əliyeva — Sarı gəlin
Ramiz Novruzov — Rasim
Fərman Abdullayev — Samvel
Muxtar Maniyev — komandir
Muxtar Avşarov
Lətifə Əliyeva — Qədirin arvadı
Eldar Bağırbəyov
Rafiq Qasımov
Yuri Trubin
Muxtar İbadov
Muxtar Əzizbəyov
Ə.Bərxudarov

Filmi səsləndirənlər[redaktə | mənbəni redaktə et]

Eldəniz Rəsulov — Artavas (Cahangir Novruzov) (titrlərdə yoxdur)
Zərnigar Ağakişiyeva — Qədirin arvadı (Lətifə Əliyeva) (titrlərdə yoxdur)

[redaktə | mənbəni redaktə et]

"Azərkinovideo" İstehsalat Birliyi

Çəkilişə kömək edənlər[redaktə | mənbəni redaktə et]

Ağası Məmmədov (Gəncə dəmir yolu idarəsi işçisi)
Şaməddin Orucov (Gəncə dəmir yolu idarəsi işçisi)
Rasim Həsənov (Gəncə dəmir yolu idarəsi işçisi)
Qalib Qəribov (Gəncə dəmir yolu idarəsi işçisi)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Т. Иенсен. "Готовность к страху. «Сары гялин», режиссёр Явер Рзаев". kinoart.ru (rus). Искусство кино. 2000. 2014-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2016.
  2. "НЕВЕСТА В ЖЕЛТОМ ("Сары Гялин")" (rus). Энциклопедия кино. 2010. 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2016.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-366; 372.
  • Əhmədova, M. “Sarı gəlin və müharibə” ["Sarı gəlin" filmi haqqında] //Kino.- 2006.- 18 avqust.- səh. 6.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]