Sarı Mustafa Paşa — Vikipediya

Sarı Mustafa Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Dəli Hüseyn Paşa
Həyat yoldaşı Saliha Sultan
Uşaqları Sultanzadə Əhməd bəy
Fatma xanım Sultan
Xədicə xanım Sultan
Ayşə xanım Sultan
Əminə xanım Sultan

Sarı Mustafa Paşa (ö. 1732) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Atası IV Mehmed dönəminin sədrəzəmlərindən Dəli Hüseyn Paşa idi. Atasının 1659-cu ildə edamından sonra saraya alındı və Əndərunda yetişdirildi. Burada yüksələrək qapıçılar kəndxudası oldu və 25 noyabr 1725-ci ildə vəzirlik rütbəsilə Sivas və İrəvan bəylərbəyi təyin edildi. Bu vəzifədə ikən 21 oktyabr 1727-ci ildə Sultan Əhmədin qızlarından Saliha Sultanla nigahlandı. Bu səbəblə paytaxta çağırıldı və cütlüyün toy mərasimi 1728-ci ilin mayında baş tutdu. 1732-ci ildə İstanbulda vəfat etmişdir.

Saliha Sultanla olan nigahından 1 oğlu, 4 qızı dünyaya gəlmişdir:

  • Sultanzadə Əhməd bəy (ö. 17 yanvar 1733) - uşaq yaşlarında vəfat etmişdir.
  • Fatma xanım Sultan - 1748-ci ilin aprelində atalığı Yəhya Paşanın qardaşı İbrahim bəylə evləndirilmişdir.
  • Xədicə xanım Sultan - Bığlı Mehmed Paşa və Fatma xanım Sultanın oğlu Səid Mehmed bəylə evlənmiş, Seyid Xəlil bəy (ö. 6 aprel 1782) adlı oğlu dünyaya gəlmişdir.
  • Ayşə xanım Sultan (ö. 1753) - Əyyubsultanda dəfn olunduğu bilinir.
  • Əminə xanım Sultan (ö. 12 may 1823) - 1750-ci ildə İsmayıl Zühdü Paşa ilə evləndiyi, Əyyubsultanda dəfn olunduğu bilinir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Sicill-i Osmani IV cild, səh. 179

İstinadlar[redaktə | mənbəni redaktə et]