Sanna Marin — Vikipediya

Sanna Marin
fin Sanna Marin
bayraq
Finlandiyanın 46-cı Baş naziri
bayraq2
Vəzifədədir
10 dekabr 2019-cu ildən
PrezidentSauli Niinistö
ƏvvəlkiAntti Rinne
Sosial Demokrat Partiyasının sədri
Vəzifədədir
23 avqust 2020-ci ildən
ƏvvəlkiAntti Rinne
Nəqliyyat və Rabitə naziri
6 iyun 2019 – 10 dekabr 2019
Baş nazirAntti Rinne
ƏvvəlkiAnu Vehvilainen
SonrakıTimo Harakka
Şəxsi məlumatlar
Doğum adı Sanna Mirella Marin
Doğum tarixi 16 noyabr 1985(1985-11-16)[1] (38 yaş)
Doğum yeri
Partiya
  • Finlandiya Sosial Demokrat Partiyası[d]
Təhsili
  • Tampere Universiteti[d] (20072017),
  • Suupanniitti məktəbi[d]
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Markus Raikkönen[d] (20202023)[2]
Uşağı 1
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[4], sosial-demokratiya[4]
sannamarin.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sanna Mirella Marin (16 noyabr 1985[1], Helsinki[3]) — 10 dekabr 2019-cu ildən etibarən Finlandiyanın Baş naziri.

O, 2015-ci ildən Sosial Demokrat partiyasından Finlandiya Parlamentinin üzvü və 6 iyun 2019 – 10 dekabr 2019-cu il arasında Nəqliyyat və Rabitə Naziridir.[5]

Antti Rinne baş nazir vəzifəsindən ayrıldıqdan sonra Finlandiya Sosial Demokrat Partiyası 8 dekabr 2019-cu ildə Marini yeni baş nazir vəzifəsinə namizəd seçdi.[6][7] Parlament tərəfindən təsdiqləndikdən sonra, 34 yaşında Marin həm dünyanın ən gənc baş naziri, həm də Finlandiyanın ən gənc baş naziri oldu. O, həmçinin Mari Kiviniyemi və Anneli Yattenmyakidən sonra ölkəsinin üçüncü qadın baş naziridir.[8][9][10]

Həyatı[redaktə | mənbəni redaktə et]

Marin 16 noyabr 1985-ci ildə Helsinkidə[11] anadan olub və Tampereya köçməzdən əvvəl Espoo və Pirkkalada yaşayıb.[12]

Karyerası[redaktə | mənbəni redaktə et]

Marin 2012-ci ildə

Marin 2004-cü ildə 19 yaşında Pirkkala liseyini bitirib.[13] 2017-ci ildə Tampere Universitetində inzibati elmlər magistri dərəcəsinə yiyələnib.[5] Marin 2006-cı ildə Sosial Demokratik Gənclik partiyasına qoşulub və 2010-cu ildən 2012-ci ilə qədər birinci vitse-prezident vəzifəsində çalışmışdır.[14][15]

Marin 2008-ci ildə Finlandiya bələdiyyə seçkilərində namizəd idi, lakin seçilmədi.[14][16] 2012-ci ildən siyasətdə aktiv oldu.[17] 2012-ci il seçkilərində, 27 yaşında Tampere Bələdiyyə Məclisinə seçildi, bu, siyasi karyerasında bir irəliləyiş anı idi.[8][18] 2013-cü ildən 2017-ci ilə qədər Tampere Şəhər Şurasının sədri olub. 2017-ci ildə yenidən Şəhər Şurasına seçilib.[19] O, həmçinin Tampere bölgəsi Məclisinin üzvüdür.[5] 2013-cü ildən 2016-cı ilə qədər Pirkanmaa Regional Şurasının üzvü olub.[11]

Marin 2014-cü ildə Sosial Demokrat Partiyası sədrinin ikinci müavini seçildi.[5] 2015-ci ildə 30 yaşında Finlandiya Parlamentinə Pirkanmaa seçki dairəsindən millət vəkili seçildi.[20][21] Dörd il sonra o, yenidən seçildi.[22] 6 iyun 2019-cu ildə Marin, nəqliyyat və rabitə naziri oldu.[5]

2019-cu ilin dekabrında Antti Rinnenin Finlandiyanın Baş naziri vəzifəsinə keçmək üçün Sosial Demokrat Partiyası tərəfindən namizəd göstərildi. Rinne, poçt tətilini idarə edərkən çox tənqid edildi, lakin ən azı 2020-ci ilin iyununda keçiriləcək bir qurultaya qədər partiyanın rəsmi lideri olaraq qalacaq.[23][24] Sosial Demokrat Partiyasından namizədliyini verən Sanna Marin əsas rəqibinə 3 artıq səslə qalib gəlib. Onun rəqibi Antti Lindtmandan 29 səslə məğlub olub. Sanna Marin isə 32 səslə ölkənin baş naziri seçilib.[25] Bildirilir ki, Sanna Marin kabinetdəki 18 nazirdən 12-nin qadınlardan ibarət olduğu beş partiya koalisiyasının yaratdığı hökuməti idarə edəcək.[26][27]

Yeni seçilən baş nazir ətraf mühitin və təbiətin qorunması, qaz yanacaqlarından istifadə edən nəqliyyat vasitələrinin qadağan edilməsi yönündə fəailiyyəti ilə də tanınır. Qeyd edək ki, yeni seçilən gənc baş nazir Marin, Finlandiyanın NATO üzvlüyü mövzusunda da sərt fikirlər səsləndirirdi.[25]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Marin özünü eyni cinsli valideynlərin (iki qadın) övladı olduğu üçün özünü göy qurşağı ailəsindən gəldiyini təsvir edir.[28][29] O, eyni zamanda ailəsində yeganə uşaq idi və ailəsində universitetə gedən ilk şəxs idi.[30]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Sanna Marin Markus Rayikkönen ilə ailəlidir. Bir qız övladı var.[31][32][33]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://www.eduskunta.fi/FI/kansanedustajat/Sivut/1297.aspx.
  2. 1 2 https://www.hs.fi/politiikka/art-2000006589480.html.
  3. 1 2 Sanna Marin (fin.).
  4. 1 2 Marin, Sanna // Çex Milli Hakimiyyət Məlumat bazası.
  5. 1 2 3 4 5 Sanna Marin Arxivləşdirilib 2019-12-03 at the Wayback Machine Parliament of Finland (in Finnish). Retrieved 9 December 2019.
  6. SDP on valinnut: Sanna Marinista tulee Suomen seuraava pääministeri – suora lähetys menossa, Yle seuraa hetki hetkeltä Arxivləşdirilib 2019-12-09 at the Wayback Machine Yle 8.12.2019
  7. Finland's Social Democrats name Marin to be youngest ever prime minister Arxivləşdirilib 2019-12-10 at the Wayback Machine Reuters 8.12.2019
  8. 1 2 "Finland anoints Sanna Marin, 34, as world's youngest-serving prime minister". The Guardian. 9 December 2019. 18 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  9. "Finland: Sanna Marin to become world's youngest PM at 34". www.aljazeera.com. 22 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  10. Lemola, Johanna; Specia, Megan. "Sanna Marin of Finland to Become World's Youngest Prime Minister". The New York Times (ingilis). 2019-12-09. ISSN 0362-4331. 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2019.
  11. 1 2 "Sanna Marin: Minister of Transport and Communications" (PDF). European Parliament. December 9, 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 10, 2019.
  12. Kuka Sanna? Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine Sanna Marin's website. Retrieved 10 January 2017.
  13. Esfandiari, Sahar. "The rapid rise of Sanna Marin, the 34-year-old Finnish woman set to become the youngest serving world leader". Business Insider. 24 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  14. 1 2 Hemmilä, Ilkka. "SDP:n uraohjus nousi 10 vuodessa Pirkanmaan ääniharavaksi – Sanna Marin haluaa ravistella puolueita". Maaseudun Tulevaisuus (fin). 2018-05-18. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  15. "Ansioluettelo | Sanna Marin". www.sannamarin.net. 2019-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  16. Greenall, Robert. "Sanna Marin: The rising star set to lead Finland's 5.5 million". BBC News. 9 December 2019. 15 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  17. Lemola, Johanna; Specia, Megan. "Who is Sanna Marin, the world's youngest prime minister?". The Irish Times (ingilis). 10 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2019.
  18. Candidates elected Tampere Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine Ministry of Justice of Finland. Retrieved January 10, 2017.
  19. "Elected". vaalit.fi. 23 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2017.
  20. Candidates elected Arxivləşdirilib 2016-07-19 at the Wayback Machine Ministry of Justice of Finland. Retrieved January 10, 2017.
  21. "Sanna Marin". www.eduskunta.fi (fin). 3 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  22. "Valitut". tulospalvelu.vaalit.fi. 9 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2019.
  23. "Social Democrats selects Marin as its candidate to succeed Rinne". www.helsinkitimes.fi (ingilis). 16 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  24. Lemola, Johanna; Specia, Megan. "Sanna Marin of Finland to Become World's Youngest Prime Minister". The New York Times. 9 December 2019. 21 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2019.
  25. 1 2 "Baş nazir seçilən 34 yaşlı qadın dünyanın gündəmində…". 2019-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-11.
  26. December 9, Bloomberg News Updated:; 2019. "'I've proven my abilities': Finland's Sanna Marin becomes the world's youngest prime minister | Ottawa Citizen" (ingilis). 2019-12-09. 2020-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  27. Manzanaro, Sofia Sanchez. "Finland's Sanna Marin becomes the world's youngest Prime Minister". euronews (ingilis). 2019-12-09. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  28. "Finnish minister, 34, to be world's youngest PM". BBC News (ingilis). 2019-12-09. 2019-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  29. "Uusi valtuuston puheenjohtaja jakoi nuorena Tamperelaista" (Finnish). Tamperelainen. 26 September 2013. 9 December 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 December 2019.
  30. Waterfield, Bruno. "Finnish prime minister Sanna Marin is world's youngest leader at 34". The Times (ingilis). 2019-12-10. ISSN 0140-0460. 2019-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-10.
  31. Matson-Mäkelä, Kirsi. "Kansanedustaja Sanna Marinille syntyi vauva". Yle Uutiset (fin). 2019-01-31. 2019-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2019.
  32. "Finnish prime minister will be world's youngest". The Mercury News. CNN.com Wire Service. 9 December 2019. 9 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2019.
  33. Avins, Jenni. "Finland's Sanna Marin, 34, will be the world's youngest sitting prime minister". Quartz. 9 December 2019. 10 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

П:  siasət portalı П:  Finlandiya portalı